Архив тегов | azad söz

TURAL SADIQLI HƏR AZƏRBAYCANLININ BAŞINA 130 MİN MANAT QOYUB…

tural sadıqlı 10

Sırtıq və ayıbçı uşaq olan Vova haqqında rus lətifələrinin biri belədir:

Sinifin qızları sözü bir yerə qoyurlar ki, Vova bir də dərsdə ayıb danşsa, durub bir yerdə sinifdən çıxsınlar.

Növbəti dərs şifahi inşadır. Hər şagird öz küçəsində görülən quruculuq, abadlıq işlərindən danışır. Növbə çatır Vovaya. Vova durub deiyr:

—  Bizim küçəmizdə isə fahişəxana tikilir…

Bunu eşidn kimi sinfin qızları üz qoyurlar qapıya sarı. Vova onları daldan haraylayır:

— Qızlar, hara tələsirsiniz. Oranın hələ indi özülünü qoyublar…

Tural Sadıqlı deyib ki, hər şəhidə 130 min verəcək. Niyə yüz əlli min yox, ancaq 130 otuz min, Sadıqlı izah etməyib. Hərçənd 130 min də çoxdur. İndiyəcən nəinki müharibəyə, hətta əsgər getməyən bakılılılar guya komissarlıqların qabağında növbəyə durublar. Söyüş qoyan da var: “Şəhid olmasam, maygülüyəm, bicbalayam!” Guya arvadlardan da getmək istəyən çoxdur. Ancaq şərt qoyublar ki, Tural Sadıqlı pulun yarısını qabaqcadan versin…

Zalım uşağı, verəcək də. Tural Sadıqlı  haçan yalan danışmışdı ki, indi onun sözünə şübhə edirsiniz…Qoy bu zalım balası sərhədi keçib gəlsin. Hara tələsirsiniz?…

Mirzə Əlil

20. 01. 2024, Samara

TURAL SADIQLI HİÇKOKU KEÇİB…

Tural Sadıqlı 3

Qərbdə yaşayıb You Tube kanalları işlədən müxalifətçilər “saspens” janrını elə mənimsəyiblər ki, ustalıqda Hiçkoku da ötüblər.

Ərəstun Oruclu vaxtaşırı  elan edir: “Məndə konfidensial məlumat var. Baş prokurorluqdan pozitiv addımlar gözləyirəm. Bir həftə vaxt verirəm. Atmasa, məlumatı yayacağam”.

Bir həftə keçir. Baş prokuror neqativ addımlamağa davam edir, çünki ölkənin addımlamaq qaydası belədir. Ərəstun Oruclu baritonunu basa endirib məlumatını yayır. Məlum olur ki, məlumat hem məlumat deyilmiş, rus demişkən, “pşik” imiş. Amerikada yaşayan Ərəstun Təzə bazardakı alverçidən nəyi çox və yaxşı bilər? Əlli il bundan qabaq guya təhlükəsizlik orqanlarında işləyib… Bizim milli Ştirlits… Qalıb kino çəkmək…

Hələ Qurban Məmmədlini demirəm… “Əziz həmvətənlərini” elə intizarda saxlayır ki, infarkt alanların olduğuna şübhə eləmirəm. Nəticədə çayxanalarda üç il bundan qabaq danışılan əhvalatı şiə mollaları kimi avazla danışır və tələb edir ki, qonorarını təcili göndərsinlər…

Son vaxtlar Ərəstunun və Qurbanın cavan bir konkurenti meydana atılıb: Tural Sadıqlı. Bir həftə idi  Baş prokurordan “pozitiv addımlar” tələb edir, əks təqdirsdə “bomba” video yayacağını bildirirdi. Baş prokuror, həssas adamdırsa, yəqin ki, bu həftə içində bir neçə dəfə şalvarıbnı isladıb…

Tural bəy də Baş prokurorun əvvəlki kimi neqativ yeridiyin görüb “bomba” videosunu yaydı.

Çox məyus oldum. Bir həftə nahaq yerə “saspens” halında olmuşam. Çörək boğazımdan keçmirdi…

Videoda bir azərbaycanlı arvad pul sayır, onun türk əri isə onu telefona çəkir. Arvad pulu saya-saya danışır, hərdən burda yazılası mükün olmayan sözlər də işlədir, ad çəkir, guya saydığı pulları aparıb Tərtər prokuroruna verəcəklər…

Birinin evində pul saymağı nə vaxtdan cinayət olub? Vallah, mən ömrümdə o qədər pul görməmişəm, pul saymağım da yadıma gəlir. Pensiyamı atırlar karta, məndən qabaq kommunalçılar öz xərclərini kartdan çıxırlar, elə baxa-baxa qalıram…

Deyək ki, mənm pulum var, mən pulu sayıram və özümü telefona çəkdirirəm. Hələ vilayət prokurorunun adını da çəkirəm.

Burda cinayət varmı? Cinayət varsa, onu mən törədirəm, çünki prokurora şər atıram.

Prokurorun o pulu aldığına Turalın nə sübutu var?

Tural “əziz həmvətənlərini” dolayıb? Onları hərif sayır?

Tural Sadıqlı deyir ki, mühacirət hökuməti qurur. Belə adama hakimiyyət etibar eləmək olarmı?

Vallah, bu adamlar müxalifətçiliyi özləri gözdən, hörmətdən salırlar. Kasıblar üçün şoumenlikdən başqa heç nəyə yaramırlar.

“Əziz həmvətənlər” isə bu verilişlərə baxdıqlara vaxtı dəyərli bir məşğələyə sərf etsələr yaxşıdır. Məsələn, Hiçkokun filmlərinə baxsınlar…

Mirzə ƏLİL

  1. 11. 2-23, Samara