Архив тегов | Azadlıq prospekti

«ODDA YANMAZ, SUDA BATMAZ…»

ФАКЕЛ дОМ

SƏƏ NƏ?  

Oğul, mən müavinəm,

Səə nə?

Arxama güvənirəm
Səə nə?

Bakıda yanğın olub –

Səə nə?

Xeyli vətəndaş ölüb –

Səə nə?

Alışıb-yanıb üzlük,

Səə nə?

Bu söhbət özümüzlük,

Səə nə?

Tikən də biz, sökən də,

Səə nə?

Ağayıq biz ölkədə,

Səə nə?

Hərləyirik milləti,

Səə nə?

Yeyirik insan əti,

Səə nə?

Dalımızda duran var,

Səə nə?

Ağızları cıran var,

Səə nə?

 

24.05. 2015 Samara

 

«SƏNƏ-MƏNƏ NƏ ŞƏRİƏT?»

Dünən Əliyevdən ünummilli matəm tələb edən xalq bu gün “Avrovizion” təəsürlərini bölüşür.

Üzümü xalqa tuturam: Allaha şükür elə ki, Əliyev səni vecinə almır. Vecinə alsaydı, gərək ümummilli matəm elan edəydi, “Avrovizion” birinci olmaqla bütün əyləncə verilişlərinin transliyası ləğv olunaydı. Onda nə qayıracaqdınız?

Bilirəm ki, matəm tələb edənlərin çoxunun peyk antennaları var, İnternetləri var, yer tapıb “Avroviziona” baxacaqdılar. Deməli, onlar matəmi kasıb-kusub üçün tələb edirmişlər. Belə çıxmırmı? Cəfər Cabbarlının bir qəhrəmanı deyirdi ki, “şəriət avam adamlar üçündür”. “Sənə-mənə nə şəriət?”

Ancaq bu xalqa baxanda matəm öz-özündən gəlir, fikirləşdikcə yasa batırsan…

 

«AĞLINIZI BAŞINIZA YIĞIN, NƏ YANMAQ…»

горящее здание

“BALA, BƏLKƏ KÜFTƏ?” “DA, QOFTA, QOFTA…”

Rusdilli soydaşlarımızın FB-da yanğından yazdıqlarını oxuyanda görürsən ki, ən ağır faciəni də bunlar felyetona çevirə bilirlər. Həmid adlı birisi yazır: “Эмоции захлестывает». A zalım oğlu, ay sənin… Allah əkbər… sən Bakıda yaşayırsan, ev Bakıda yanıb, adamlar orda qırılıblar, denən “ürəyim partlayır”, ya da bir kürdəmirli arvadın bir dəfə mənə qatarda dediyi kimi de “ürəyim qanqal budağı kimi sınıb”. A kişi, heç olmasa bu gün üzündən pudranı, pomadanı sil, onsuz da Bakını yanğının hisi basıb… Hələ biri ingilis dilində basır…Adından kişidir, ancaq özünü elə əzdirir ki, elə bil ərə getmək istəyir…

Millətin yarısı “Yanırıq!” sözünü öz dilində demək istəmir – belə ölkədə necə yanğın olmasın?
Тогда горите все синим огнем!..