Архив тегов | Azerfredsdom

QURBAN MƏMMƏDLİNİN CƏNNƏT YUXUSU

Dumanlı, yağışlı London gecələrinin birində Qurban Məmmədli dörd saat çəkən efirdən sonra yorğun halda isti və quru yatağına girib təzəcə yuxuya getmişdi ki, Balzak deyən yaşda bir xanım Həvva paltarında onun yuxusuna girdi. Qurban cənnətə belə tez düşdüyünə təəccüblənib həyəcanından pıçıltıyla soruşdu:

 — Sən hurisən?

Xanım sinəsini silkələyib dedi:

— Yox, mən Cəmil Həsənlinin qızıyam.

— Bəs sən mənim yuxuma niyə girmisən? Mən mömin bir müsəlmanam, məni günaha batırma…

— Bilirəm necə müsəlmansan… Bəs hər gecə məni arzulamırdın? Gəlmişəm…

— Xanım… Mənim yuxuma indi ayrı adam girməlidir. Çox mühüm adamdır. Sən get, ayrı vaxt girərəsən…

— Mühüm adamın adı nədir?

— Adı Əlidir…

— Əli Kərimli? Bəs o sənin düşmənin deyil?

— Əli Kərimli yox, ayrı Əli…

— Baş nazir Əli Əsədov?

— Yox… Mənim yuxuma həzrət Əli girəcək…Mənə ciddi məsləhətlər verəcək ki, Azerfridom ailəsinə çatdırım…

— Qurban, həzrət Əli bu gecə gəlməz, çünki bu gecə atamın yuxusuna girəcək… Ədyalını qaldır, girim yanına…Bir az üşüdüm… Ah, bu London gecələri…

Qurban Məmmədli ədyalı qaldırmaq istəyəndə şiddətli telefon səsinə oyandı. Xanımla görüşünün yuxu olduğunu başa düşüb az qaldı ağlasın. Zəng Ərəstun Orucludan idi. Bu zalım oğlu gecənin bu vaxtı ondan nə istəyir?

Qurban Məmmədli telefonu açdı.

— Qurban bəy, mən səni okeanın bu tayından salamlayıram. Yuxunuza müdaxilə etdyimə görə sizdən və yuxunuzdakı xanımdan dönə-dönə üzr istəyirəm. Mənə adını hələ çəkmək istəmədiyim bir general Bakıdan mühüm məlumat göndərib..

Mirzə ƏLil

23.01. 2024, Samara