Архив тегов | birgünlük müharibə

RUBEN KİRVƏ, SAĞ ƏLİN BİZİM DUSTAQLARIN BAŞINA…

vardanyan

VODEVİL

İŞTİRAK EDİRLƏR: SƏBİNƏ ƏLİYEVA VƏ RUBEN VARDANYAN

— Ruben qardaş, hər vaxtınız xeyir. Ayıb olmasın, ərim xahiş elədi Ruben kirvəyə onun da salamını çatdırım. Ərimi tanıyarsız.

— Tanımıram.

— Ərim deputatdır. Həm də sizin kimi milyarderdir.

— Mən qabaq milyarder idim. İndi milyarder eyiləm. Yüz milyonum çatmır.

—  Ruben qardaş, yüz milyon nədir ki? Darıxmayın, üstünü düzəldərik. Bir şeydən ehtiyacınız yoxdur ki?

— Mən çimmək istəyirəm.

— Ruben qardaş, sizin ki burda hamamınız var, saunanız var, cakuziniz var, niyə çimmirsiniz?

— Çimirəm. Ancaq mən Xəzər dənizində çimmək istəyirəm. Qorxuram arzum qala ürəyimdə.

— Buy, Ruben qardaş, düşmninizin arzusu qalsın ürəyində. Sizi göndərərəm dənizə. Öz çimərliyimiz var. Hasarın içində. Ərimi qoşardım, ancaq yazıq üzməyi bilmir, sudan da qorxur. Oğlumu qoşaram. Çox mötəbər oğlandır. Ərim deyir bizim oğlumuz kimi cəmi bir nəcib adam dünyaya gəlib, o da imam Əlidir…Elə sabah gedib çimərsiniz. Həmişə təmizlikdə, ay Ruben qardaş…

 

06. 10. 2023, Samara