Архив тегов | Borxesin hekayələri

AZƏRBAYCAN VELOSİPEDİ

BORXESİN «DON KİXOT»UN MÜƏLLİFİ PYER MANAR» HEKAYƏSİNƏ NƏZİRƏ

Azərbaycan aliməri və sənayeçiləri yeni nəqliyyat vasitəsi — Azərbaycan velosipedi yaratmağa nail olublar.

Azərbaycan velosipedi velosipeddən tamamilə fərqlənir.

Müqayisə edək:

Velosiped – iki təkərə malik, əzələ qüvvəsi ilə hərəkətə gətiriln nəqliyyat vasitəsidir.

Azərbaycan velosipedi isə iki təkərə malik, əzələ qüvvəsi ilə hərəkətə gətiriln nəqliyyat vasitəsidir.

Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipedlə hərəkət etmək mümkün olur.

Azərbaycan velosipedində isə yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində  hərəkət etmək mümkün olur.

Velosipeddə sürətlərin indeksli ötürməsi tətbiq olunur.

Azərbaycan velosipedində isə  sürətlərin indeksli ötürməsi tətbiq olunur.

Beləliklə, Azərbaycan velosipedi tamamilə yeni nəqliyyat vasitəsi olaraq yalnız Azərbaycan elmi fikrinin və yüksək səviyyəli texnoloji sənayesinin məhsuludur.