Архив тегов | Cənubi Azərbaycan

ŞEŞ-BEŞ

U LENİ. KİNO

Qəribədir bu torpaq.

Olmaz bu ərazidən
Çətin işdir ayırmaq

Farsları azəridən.

 +

Qonşudan da yaxınıq,
Müxaliflə hisar tək,
Mümkün deyil ayrılıq,
Lap ortadan hasar çək!

 +

Bura ərazi deyil,

Böyük bir nərdtaxtadır.

Tale atır zərləri,
Tarix də baxtabaxtdır.

 +

Bəzən biz  oturmuşuq,

Taxtda — tac başımızda.

Vuruşmuşuq, qurmuşuq,
Taxt sizdə, şahsa bizdə.

 +

Aramızda məsafə,

Beşdən şeşə qədərdir,
Düşəndə mübahisə,
Səbrə çağırır sə-bir!

 +

Diz üstdə tarı farsın,
Bizimki sinədədir.

Mizrab vuranlarınsa,

Eşqi, ehtirası bir…

 

08. 04. 2023 Samara