Архив тегов | Dədə Qorqut şeirləri

XATINININ DİRSƏ XANA DEDİYİ

U LENİ. KİNO

Səbr elə, Dirsə xan, qəzəb eləmə!

Bu acı sözləri mənə söyləmə!

Cinini cilovla, xan, ayağa dur!

Tikdir yer üzündə qırmızı çadır!

At, ayğır, buğa kəs, qoyun, qoç öldür!

Yığ Daş, İç Oğuzdan bəyləri bir-bir!

Don al yalıncığa, doydur acları!

Borclunun yerinə ödə borcları!

Ət təpəyə dönsün, ağ qımız gölə!

Toy elə, arzunu tanrıdan dilə!

Ağzı dualıdan alqış eşitsə,

Bəlkə tanrı bizə oğul bəxş edər.

15. 03. 2021, Samara

XATININA DİRSƏ XANIN DEDİYİ

U LENİ. KİNO

Durummu yerimdən indi, xan qızı?

Keçsinmi əlimə yaxan, boğazın?

Dizimin altına səni salımmı?

Poladüz qılıncı ələ alımmı?

Ayırım başını bəlkə bədəndən?

Sənə don geydirim öz al qanından?

Can necə dadlıdır, bilərsən onda.

Xan qızı, səbəbi nədir, de mənə!

İndi qatı qəzəb edərəm sənə!

15.03. 2021, Samara

URUZUN AĞACA SÖYLƏDİYİ

U LENİ. KİNO

“Ağac” desəm sənə, utanma, ağac!!

Məkkə, Mədinənin qapısı ağac!

Museyi-Kəlimin əsası ağac!

Böyük, gur suların körpüsü ağac!

Qara dənizlərin gəmisi, ağac!
Şahmərdan Əlinin yəhəri ağac!

Zülfüqarın qını, qəbzəsi ağac!

Həsənlə Hüseynin beşiyi ağac!

Kişinin, arvadın qorxusu ağac!

Başından baxarsam, başın yox, ağac!

Dibindən baxarsam, dibin yox, ağac!

Səndən asılarsam, götürmə, ağac!

İgidliyim tutsun, götürsən, ağac!

Qara qullarıma buyura biləm,
Səni para-para doğraya, ağac!

14. 03. 2021, Samara

SALUR QAZANIN QURDLA XƏBƏRLƏŞMƏYİ

U LENİ. KİNO

Qara axşam olcaq günəşi doğan,
Qar ilə yağmurda ər kimi duran,

Atları  qorxuya  salıb kişnədən,

Dəvəni hayıqrdan təşviş içində!

Ağca qoyunlara quyruq əsdirən!

Vurub arxasıyla ağılı sökən,
Qoçun yağlısını dişinə çəkən.

Qanlı quyruğunu basıb aşıran,

Səsi köpəkələri qovğalandıran!

Çobanı əlində kösöv yüyürdən!

Yurdumdan bir xəbər bilirsənsə, de!
Qara başım qurban, qurdum, tələs, de!

 

14.03. 2021, Samara

SALUR QAZANIN SU İLƏ XƏBƏRLƏŞMƏYİ

U LENİ. KİNO

Qayalar altından coşub çıxan su,

Ağac gəmiləri atıb-tutan su!

Həsənlə Hüseynin həsrətisən su!

Bağ ilə bostanın ziynətisən su!

Ayişə, Fatimə nemətisən, su!

Səni şahbaz  atlar gəlib içər, su!

Üstündən dəvələr aşıb keçər, su!

Yurdumdan bir xəbər bilirsənsə, de!

Qurban qara başım sənə, tələs, de!

13.03. 2021, Samara

SALUR QAZANIN YURDU İLƏ SORAQLAŞMAĞI

U LENİ. KİNO

Qohum-qəbiləli, günləri coşqun!

Qulana, sığına, keyikə qonşu!

Yurdum, yağı səni taladı hardan!

Boşalmış yurd qalıb uca binamdan,
Oturan yer qalıb qoca anamdan,

Qalıb burda Uruz oxundan nişan,
Bəylərin cıdıra çıxdığı meydan.

Mətbəxdən ocaqdır qalan, qaralan.

14.03. 2021, SAMARA

DƏDƏ QORQUTUN SÖYLƏDİYİ

U LENİ. KİNO

Allah deməyincə düzəlməz işlər,
Kişinin qazancı Tanrıdan gələr,

Qəzası əzəldən yazılıb qulun,
Əcəlin vədiylə yetişər ölüm.

Çıxan can qayıtmaz, dirilməz ölən,
Bu Qara dağ boyda sərvəti olan,

Ha yığa, qismətdən çox yeyə bilməz,
Sular qarışmaqla dənizə dönməz.

Tanrı sevgisi yox təkəbbürlüyə,
Könlü uca tutan başına döyər.

Saxla —  oğul olmaz yad balasından,
Böyüyüb gedəcək yada salmadan.

Kül təpəcik olmaz, kürəkən – övlad.

Eşşək qatır olmaz yüyənləsən də,
Kəniz xanım olmaz don geyinsə də.

Lopa-lopa yağa qar, yaza qalmaz,
Çəmənin yaşılı payıza qalmaz.

Gözləmə bez olar əski pambığın,
Düşməndən  dost olmaz, hədərdi qayğın.

Ağaclar qırılar yol çəkiləndə,

Qılıncdır döyüşdə sonu həll edən.

Kişi ad çıxarmaz qıymasa mala,

Qız gərək öyüdü anadan ala.

Oğul süfrə açar, görsə atadan,
Bir göz işığıdır ataya oğlan.

Ataya ümiddir ağıllı olan.

Ata mal qoymasa, neyləsin oğlan.
Başda dövlət yoxsa, nə fayda maldan…

Ağılsız adamın şərindən sizi,
Xanım, qoy saxlasın Tanrının hifzi…

13.03. 2021, Samara