Архив тегов | dəlilik

REDYARD KİPLİNQ. ANAMIN OĞLU

 

Bir yuxu görürəm – qorxulu, müdhiş.
Elə yuxu ki, çin olmaz heç zaman.

Bir insan görürəm – zəkası itmiş,
Anamın oğludur həm də bu insan.

Atılıb bu adam dəlixanaya,
Azdır buranınsa fərqi qəbirdən.

Nə üstdə yatmağa səni qoyurlar,

Üzünü qırxmağa qoyurlar nə də.

Bu yerə gətirib çıxaran onu,
Nə bir cinayətdir, nə də ki, azar.

Sadəcə belinə Anam oğlunun,

Gücündən çox artıq qoydu yük Onlar.

Olüm qorxusundan, küydən ayılan,
Yaraı-xoralı, üşüyən, əsən.

Anamın oğlunun camını onlar,

Doldurdular daşıb tökülənəcən.

Əzib bədənini, zəkasını da,
Ancaq dəymədilər onun canına.

Tapmazdı bir insan cavab dünyada,
Anamıın oğlundan soruşulana.

Zülm versələr də ona nə qədər,
Görəndə  nə ölür, üzülür nə də,

Çəkə bildiyindən çox incitdilər,

Anamın oğlunu ona görə də.

Bilən yox, o nə vaxt gələr özünə —
Aha, o, hardasa burda olacaq:

Güzgüyə baxanda saqqal da görsəm,

Bilirəm ki, mənəm o insan ancaq.

ingiliscədən tərcümə

23.10. 2021, Samara

 =======

Rudyard Kipling

The Mother’s Son

I have a dream — a dreadful dream —

  A dream that is never done.

I watch a man go out of his mind,

  And he is My Mother’s Son. Читать далее

DƏLİLİK

“Не дай мне Бог сойти с ума…»

                                      А.С. Пушкин

 

Güllə qabağına gedə bilsə də,

Puşkin dəlilikdən qorxub nədənsə.

Axı dəlilikdə qorxmalı nə var? –

Dalınca bir həkim, bir də sanitar,

Gəlib aparalar. Vurub iynəni,

Atalar bir dəmir yatağa səni.

Zaman sonubitməz gecəyə dönə,

Oyada sanitar… əlində iynə.

Yanına gələni tanımayasan,

Fikir çəkməyəsən, gələn olmasa.

Sözünün başına ip atmayalar,
Açıb ayıbını ağartmayalar.

Qarışa ağzının-burnunun suyu,

Gözünün yaşına, yuyan olmaya.

Qarnına nə getsə, doyura səni,

Yumruğu sığaldan ayırmayasan.

Başına buz kimi su əndərələr,

Çırpalar, özündən gedənə qədər,

Gedə ayılınca acığın, kinin,

Sevəsən cəlladı qardaşın kimi…

Nə ölüm qorxuda, xəstəlik nə də,

Sanitar Allahın, qüdrət iynədə.

Küçəyə atalar, dondura şaxta —

Elə biləsən ki, hamı bu halda…

Keçilməz, aşılmaz olsa hasar da,

Sarıyıb yatağa bağlasalar da,

Dərmandan ayıldın – yenə azadsan,

Ağılın quludur həmişə insan.

Yeganə sərvətdir ağıl, itəndə,

Nə axtaran olur, ağlayan nə də…

 

03-11.04.2015 Samara