“Azadlıq” radiosunun saytında “Dil və ədəbiyyat” dərgisinin redaktoru Tahir Cəfərli ilə müsahibənin mətnini oxudum. Cənab Cəfərli jurnalla əməkdaşlıq etmiş görkəmli alimlərin adını çəkir: Ağamusa Axundov, Tofiq Hacıyev, Nərgiz Paşayeva…
Ağamusa Axundov, Tofiq Hacıyev – bu adamlar doğrudan da ciddi filoloqdurlar. Bəs Nərgiz Paşayev hardan çıxdı? Ortabab belletrist Elçinin yaradıcılığından yazılan doktorluq dissertasiyası ciddi elmi iş sayıla bilərmi? Və Nərgiz Paşayevanı böyük filoloq adlandıran jurnal redaktoru özünü də, jurnalı da hörmətdən saldığını başa düşürmü?
Təsəvvür edirəm ki, bu adam müsahibədən sonra evinə gəlir, oğlu (ya qızı) ona deyir: “Ata, heç utanmırsan? Ayıb deyil bu yaşında yaltaqlıq eləmək? Qonşularımız bizə gülürlər…”