Архив тегов | döyüş haqqında şeir

ALEKSANDR PUŞKİN. DƏLİBAŞ

Təpənin dalında atışma gedir,

Hər iki düşərgə müşahidədə.

Qırmızı dəlibaş özünü yeyir,

Kazaklara yaxın gəlib, təpədə.

 +

Dəlibaş! Başını soxma qovğaya,
Hayıfsan, həyatı məhv olub gedər;

Bu ötkəm məzənə sənin son qoyar,

Nizə, sancılaraq sinəni didər.

 +

Ey kazak, döyüşə can atma sən də,

Səyirdib atını Dəlibaş indi,

Əyri qılıncını çəkər qınından,
Başın düşər yerə çiyinlərindən.

 +

Çaparaq rəqiblər gəlir üz-üzə,
Bir baxın! Həngamə qopur təpədə…

Artıq Dəlibaşa sancılıb nizə,
Kazakın ayrılıb başı bədəndən.

1829

ruscadan tərcümə

02. 04. 2025, Samara

++++++++++

АЛЕКСАНДР ПУШКИН

ДЕЛИБАШ

 

Перестрелка за холмами;
Смотрит лагерь их и наш;
На холме пред казаками
Вьется красный делибаш.
Читать далее