Архив тегов | Düma Bakıda

DTX ALEKSANDR DÜMANI CASUSLUQDA İTTİHAM EDİR

Azərbaycan Dövlət təhlükəsizlik xidməti məşhur fransız yazıçısı Aleksandr Dümanın əleyhinə cinayət işi qaldırıb.b. Cinayət işi hələlik ata Dümanın əleyhinə açılıb, güman etmək olar ki, tezliklə oğul Düma da cinayət məsuliyyətinə cəlb ediləcək. Çünki Azərbaycan qanunlarına görə oğul ataya, ata oğula cavabdehdir.

DTX-nın verdiyi açıqlamada deyilir ki, Aleksandr Dümanın 1858-ci ildə Bakıya səfəri onun casusluq fəaliyyəti ilə bağlı olub. Aleksandr Dümanın Fransanın kəşfiyyat orqanlarından aldığı tapşırıqlardan biri Qız qalasının necə tikildiyini öyrənək imiş. Çünki fransızlar belə bir möhtəşəm qalanın surətini Parisdə tikmək istəyiblər. Ancaq bilməyiblər ki, qalanı şaquli, yəni altdan yuxarı hörsünlər və ya yerdə böyrü üstə hörüb sonra təkanla qaldırsınlar. Görünür ki, Düma Bakıda bu tapşırığı yerinə yetirə bilməyib, ona görə fransızlar Qız qalası tikmək arzusiyla vidalaşıb əvəzində yöndəmsiz Eyfel qülləsini ucaldıblar…

DTX-nın məlumatına görə, Aleksandr Düma Bakıda olarkən xan qızı Natəvanı casusluq fəaliyyətinə cəlb edib və bizim şairə uzun illər “Natali” təxəllüsü ilə Fransız kəşfiyyatının agenti olub. Bakıda olarkən Dümanın Natəvanla şahmat oynaması və uduzub ona şahmat dəstini bağışlaması da casusluq gəaliyyəti ilə bağlıdır. Dümanın bağışladığı şahmat fiqurlarında çiplər olub, bu çiplərlə Natəvan Qarabağa aid məlumatları Dümauya ötürürümüş. Düma da, əlbəttə, bu məxfi informasiyanı Fransa ermənilərinə çatdırırmış…

Aleksandr Dümanın əleyhinə qaldırılmış cinayət işinin necə cərəyan edəcəyi məlum deyil. Yüz əlli il bundan qabaq ölmüş yazıçı-casus necə mühakimə olunacaq və ona hansı cəza kəsilə bilər? Vallah, qabaqda görəcəkli günlərmiz var…

Mirzə Əlilin fikrincə, dünyada ən ədalətli məhkəmə olan Azərbaycan məhkəməsinin hökmü ilə Aleksandr Dümanın sür-sümüyünü Fransadan almaq və gətirib Kürdəxanı türməsində basdırmaq lazımdır.

Sözümü burda bitirib deyirəm:

Yaşasın DTX!

Yaşasın Əli Nağıyev!

Yaşasın Paşaholdinq!

Yaşasın dəmir yumruqlu müzəffər və əbədi prezident!

Mirzə Əlil

  1. 01. 2024, Samara