Архив тегов | Əhməd Cavad Leyla şeirinin təhlili

ƏHMƏD CAVAD KAZUSU. BADƏNİN CANI DODAĞINDA ÇIXAN «BUGÜNKÜ LEYLA»…

Əhməd Cavad Leyyla şeiri

1934-cü ildə Əhməd Cavad “Leyla” adlı şeir yazıb. Yazı belə başlanır:

“Deyirlər Qarabağ bir cənnət imiş”.

Kim deyirmiş? Haçan cənnət imiş? 1934-cü ildə Qarabağ cənnət statusunu itiribmiş?
“Bəslərmiş qoynunda gözəllərini!”.

Elə bil mal-heyvandan danışılır….

“Məndə qüdrət yoxdur qələm çalmağa,
Tərif eyləməyə ancaq birini”.

Bunu yadda saxlayaq. Şair özünə xas olmayan təvazö hissi ilə eriraf edir ki, hətta bir gözəli tərif eləməyə qüdrəti yoxdur. Ancaq dərhal ona xas olmayan təvazö hissini itirir və başlayır tərifə. Əhməd Cavad ya Qarabağa gedib, ya Qarabağ gözəllərindən birini onun yanına gətiriblər. Şair əməlli-başlı qızıb və qızışıb, “can qurban edir”.
“O gərgin qaşların kölgəsindəki,
Can alıb, can verən gözlərə qurban!”

Sonrakı iki misra həm gülməlidir, həm müəmmalıdır.

Bugünkü Leylanın xoş səsindəki
Mənalı, mənasız sözlərə qurban!

Necə yəni “bugünkü Leyla”? Dünən ayrı Leyla olub? Şairin hərəmxanası varmış? Hər gün bir Qarabağ gözəlini gətirirlərmiş?

Bir şeyi başa düşmək olur: “bugünkü Leyla” çox da dərin ağıllı deyilmiş, bir mənalı söz deyəndə, iki mənasızını deyirmiş, yəni sarsaqlayırmış.  Ancaq ağzından nə çıxsa, şairin canı qurbandır.

“Qurban qəbul edib töksə qanımı,
Nəyi var şairin, verər canını?!”

Birinci misranı başa düşmək olur.  İkinci misra dolaşıqdır. Əvvəl can verilməliydi, sonra “bugünkü Leyla” qanı tökməliydi. Buna dəyməyək.

“Qəmzəsi qan olan, gərdişi əla”.

Bugünkü Leylanın qəmzəsi qandır. Gərdiş nədir? Gəzinti? Seyr? Yeriş? Gəzməyi əladırsa, qəmzə niyə qandır? Əla – yəni necə? Model kimi yeryirmiş? Ya “bugnkü Leyla” elə model imiş?

“Doğrudan gözəldir, göyçəkdir Leyla!”

Gözəlliyini oxucu nədən bildi? Qəmzəsinin qan tökməyindən? Gərdişinin əla olmağından?

Vaqif öz modelini elə təsvir edir ki, biz onu görür və hətta həyəcanlanırıq (cavan olanda).

Üz yanına tökülübdür tel nazik,

Sinə meydan,zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik…

Bəh-bəh… Təzyiqim qalxdı…

Acı təəssüflə qayıdaq Əhməd Cavada…

Ruslar yaxın adamlarını dəfn eləməyə aparanda ağlaşıb deyirlər: Na koqo, na koqo tı nas ostavil…”

Yəni bizi kimə tapşrıb gedirsən…

İndi bizim də ağlayan dəmimizdir: Ay Vaqif Molla Pənah, Ay Sabir Mirzə Ələkbər, bizi kimlərə tapşırıb getmisiniz… Əhməd Cavadan sonra hələ Zəlimxan Yaqub var, Sabir Rüstəmxanlı var…

“Çiçəklər qoynunda bəsləmiş əndam.”

Əndam”, səhv etmirəmsə, “bədən”dir.  Yəni “bugünkü Leyla” əndamnı çiçəklər qoynunda bəsləyib. Arı kimi.

“Çıxdı dodağında badənin canı.”

Bu, şeir misrası deyil, Azərbaycan ədəbiyyatında zəlzələdir. Bizim klassiklərimiz badədən çox yazıblar. Ancaq badənin canının dodaqda çıxmağı onların ağlına gəlməyib. Heç bilməyiblər ki, badənin canı var. Yəqin bugünkü Leyla gillədirmiş, birbaşa badəni boğazının yoluna tullayırmış…

Bu oldu zəlzələ. Sonra gərək tsunami gələ.

Gəlir:

“Gözəlsən, incəsən, qur yeni bir dam,
Əsir et, qul eylə mahi-tabanı”

Şair bugünkü Leylaya onun gözəlliyini, incəliyini xatırladıb tövsiyə edir ki, bir dam, yəni türmə tiksin və orda “mahi-tabanı”, yəni ayı  əsir, qul saxlasın…

Bunu oxuyanda istədim ərizə yazıb Azərbaycan vətəndaşlığından çıxam, ancaq yadıma düşdü ki, Azərbaycan vətəndaşı deyiləm və heç vaxt olmamışam…

“Böylədir önündə hər yeni şair,
Yeni bir yol bular, bir əməl bəslər”.

Yəqin “bugünkü Leylanı” başqa şairərin də yanına gətirirlərmiş. Eskort maşını ilə..

Əməli necə bəsləyirlər?
“Mənim təbiətdən istəyim budur,
Çoxalsın yurdumda böylə gözəllər!”

Necə gözəllər? Dodağında badənin canı çıxan gözəllər?
“Könül tazalandı sitayişindən…”

Sitayişdən könül necə “tazalanır”? Boynuma alım ki, “tazalandı”nı əvvəl “tazılandı” oxumuşdum…

“Qorxum var dünyanın bircə işindən,
Mümkünsə dəyişdir qələm-əzəli!”

Dünyanın bircə işi – hansı işi? “Qələmi-əzəl” nədir? Bugünkü Leyla onu necə dəyişdirsin?

“Söylə ki, çiçəklər solmasın, Leyla!”

Kimə söyləsin? Allaha? Mircəfər Bağırova? Stalinə?

“Dolansın başına ulduzlar, aylar,
Bu köhnə dünyanın Leylası da var!”

Bunu oxuyanda adam başına kül sovurmaq istəyir! Kül gətirin, kül!

“Gözəllər toplaşıb olsunlar bacı,
Leyla da onların başının tacı!”

Dördlüklərdən ibarət olan şeiri şair beytlə bitirir, əlbəttə, şah beytlə.

Gözəllər bacı olsunlar…

Bugünkü Leyla onların başının tacı…

Əhməd Cavad haqqında Vikipediyada çox böyük məqalə var. Onu yazan şərəfsiz deyir ki, Əhməd Cavad “yeni ədəbi məktəb” yaradıb.

Ay anası….,  budur sənin ədəbi məktəbin?

Nə qədər adam Azərbaycanda bu cəfəngiyyatdan dissertasiyalar qondarıb elmlərin doktoru olub!

Və əgər düşünürsünüzsə ki, o doktorların Təbriz küçələrində Rəisi üçün göz yaşı töküb saç yolan güneyli arvadlardan fərqi var, yanılırsınız. Bu doktorlar onlardan da pisdir. O arvadlar bədbəxtdirlər , zavallıdırlar. Azərbaycandakı elmlərin doktorları isə yüzləri, minləri bədbəxt edirlər və bu fəlakətdən çıxış yolu görünmür…

X.X.

23.04. 2024, Samara