Архив тегов | ehtiyac haqqında şeir

ROBERT BERNS. AH, KAŞ HEÇ VAXT EVLƏNMƏYƏYDİM…

Xor

Çovdar sıyığıdır səhər, günorta,
Çovdar sıyığıdır gündə üç dəfə.

Gündə kimə versən çovdarı suda,
Çeçəyər, gözləri çıxar kəlləyə.

1.

Ah, evlənməyəydim kaş ki, mən heç vaxt,
Nə dərdim olardı, nə də ki, qayğım.

İndi uşaq basıb, çünki var arvad,
Daim çığırırlar: “Çovdar sıyığı!”

2.

Qorxudur aclıq və acı ehtiyac,

Artıq artırmaya gəlib çıxıblar.

Qapıda onlarla əlbəyaxayam,
Qorxuram içəri girələr onlar.

ingiliscədən tərcümə

09.09. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O, That I Had Ne’er Been Married

Chorus
Ance crowdie, twice crowdie,
Three times crowdie in a day!
Gie ye crowdie onie mair,
Ye’ll crowdie a’ my meal away.
Читать далее

ÖZGƏ ÇÖRƏYİ

09. 10. 23

Özgə çörəyisə əgər yediyin,

Süfrə başında tək deyilsən, demək.

Səninlə üzbəüz oturub yəqin,

Çörəyin yiyəsi, görünməyərək.

 +

Görünmür, yaxşıca görür o ancaq,

Səndən baxışları çəkilmir bir an.

Sayır hər tikəni, ağzına alcaq,
Baxır — çeynəyirsən, baxır – udursan.

 +

Gözünə görünmür çörək yiyəsi,
Duyursan önündə yəqin kimsə var.

Doymamış yox olur yemək həvəsi,
Könülsüz kəsdiyin tikə zəhrmar.

 +

Alnından, boynundan axıb gedir tər,

Daş kimi ağırdır xırda hər tikə.

Daş qoyub töksəydin bu təri əgər,

Yeməzdin heç özgə çörəyi bəlkə…

 

07. 07. 2024, Samara