Архив тегов | Əli Nağıyev

DTX ALEKSANDR DÜMANI CASUSLUQDA İTTİHAM EDİR

Azərbaycan Dövlət təhlükəsizlik xidməti məşhur fransız yazıçısı Aleksandr Dümanın əleyhinə cinayət işi qaldırıb.b. Cinayət işi hələlik ata Dümanın əleyhinə açılıb, güman etmək olar ki, tezliklə oğul Düma da cinayət məsuliyyətinə cəlb ediləcək. Çünki Azərbaycan qanunlarına görə oğul ataya, ata oğula cavabdehdir.

DTX-nın verdiyi açıqlamada deyilir ki, Aleksandr Dümanın 1858-ci ildə Bakıya səfəri onun casusluq fəaliyyəti ilə bağlı olub. Aleksandr Dümanın Fransanın kəşfiyyat orqanlarından aldığı tapşırıqlardan biri Qız qalasının necə tikildiyini öyrənək imiş. Çünki fransızlar belə bir möhtəşəm qalanın surətini Parisdə tikmək istəyiblər. Ancaq bilməyiblər ki, qalanı şaquli, yəni altdan yuxarı hörsünlər və ya yerdə böyrü üstə hörüb sonra təkanla qaldırsınlar. Görünür ki, Düma Bakıda bu tapşırığı yerinə yetirə bilməyib, ona görə fransızlar Qız qalası tikmək arzusiyla vidalaşıb əvəzində yöndəmsiz Eyfel qülləsini ucaldıblar…

DTX-nın məlumatına görə, Aleksandr Düma Bakıda olarkən xan qızı Natəvanı casusluq fəaliyyətinə cəlb edib və bizim şairə uzun illər “Natali” təxəllüsü ilə Fransız kəşfiyyatının agenti olub. Bakıda olarkən Dümanın Natəvanla şahmat oynaması və uduzub ona şahmat dəstini bağışlaması da casusluq gəaliyyəti ilə bağlıdır. Dümanın bağışladığı şahmat fiqurlarında çiplər olub, bu çiplərlə Natəvan Qarabağa aid məlumatları Dümauya ötürürümüş. Düma da, əlbəttə, bu məxfi informasiyanı Fransa ermənilərinə çatdırırmış…

Aleksandr Dümanın əleyhinə qaldırılmış cinayət işinin necə cərəyan edəcəyi məlum deyil. Yüz əlli il bundan qabaq ölmüş yazıçı-casus necə mühakimə olunacaq və ona hansı cəza kəsilə bilər? Vallah, qabaqda görəcəkli günlərmiz var…

Mirzə Əlilin fikrincə, dünyada ən ədalətli məhkəmə olan Azərbaycan məhkəməsinin hökmü ilə Aleksandr Dümanın sür-sümüyünü Fransadan almaq və gətirib Kürdəxanı türməsində basdırmaq lazımdır.

Sözümü burda bitirib deyirəm:

Yaşasın DTX!

Yaşasın Əli Nağıyev!

Yaşasın Paşaholdinq!

Yaşasın dəmir yumruqlu müzəffər və əbədi prezident!

Mirzə Əlil

  1. 01. 2024, Samara

BU NƏ İŞDİR, AY AMAN, ERMƏNİ ÇIXDI QURBAN…

qurban məmmədli erməni

Qurban Məmmədli Londonda şad xəbər alıb: DTX uzun səylərdən sonra onun erməni babasını tapıb. DTX sədri Əli Nağıyev şəxsən Sankt-Peterburqa gedib Qurbanın erməni babasına aid sənədləri Putinin icazəsi ilə arxivdən götürüb Azərbaycana gətirib. Demək olar ki, Qurban Məmmədli  babasının sənədləri Pyotr şəhərində saxlanılan yeganə azərbaycanlıdır. Yəni demək olar da, olmaz da. Çünki indi Əli Nağıyev mühüm sənədlərin tapandan sonra Qurban Məmmədli azərbaycanlı olmur, olur erməni…

Əli Nağıyev Londona teleqram vurub Qurban Məmmədlini təbrik edib. Məsələ burasındadır ki, Qurban Məmmədli neçə ildir ki, qürbət həyatı yaşayır, Azərbaycana gələ bilmir, çünki törətdiyi ağır cinayətlərə görə onu həbs gözləyir. Əli Nağıyev Qurban Məmmədliyə deyib ki, daha həbsdən qorxmasın, çünki indi o, azərbaycanlı kimi yox, erməni kimi həbs olunacaq. Erməni dustaqlar isə  türmədə kef çəkirlər, lüks kameralarda qalırlar, restoran yeməkləri yeyirlər. Şairimizin adaşı Xaçatryanın yanına həftədə iki-üç dəfə Siyavuş Novruzovun arvadı, dombalsman Səbinə Əliyeva gəlir, evdə erməni dolması bişirtdirib gətirir, yanında təzə camış qatığı, erməni konyakı və s. keflər. Dumanlı-yağışlı Londondan sonra Qurban Məmmədli, nəhayət, işıqlı günə çıxar…

İndi Azərbaycanda çox insan təəccüblənir ki, niyə bu eksklüziv sənədləri birinci dəfə Axar-az nəşr edib. Şayiələrə görə, bu məsələnin də müzakirəsi olub. Əli Nağıyev deyib ki, mən bu işi Axar.az-a tapşırıram, çünki, onun jurnalistlərinin əsli mənə yaxşı məlumdur, hamısnın anasını ermənilər zad eləyib, hamısı mozerfakerdir…

İndi mən bilirəm ki, Qurban Məmmədli özünü naza qoyacaq, çəm-xəm elyəcək, deyəcək mənim haram ermənidir, mənim burnuma baxın, İlham Əliyevin burnuna baxın…Əslində erməni babasının tapılması ürəyindəndir. İndi istəsə, gəlib Bakı türməsində dustaq kimi kef çəkər, istəsə, həmin kefi Ermənistana gedib azad adam kimi çəkər…

Deyilənlərə görə, indi Azərbaycandan çox adam Peterburq arxivinə müraciət edib erməni babasını axtarır. Peterburq rəsmiləri and içib deyirlər ki, bizdə belə sənəd ola bilməz, heç Azərbaycan bəylərinin, xanlarının 100 il qabaqkı sənədləri yoxdur, onda qalmış kəndçi-küdçünün kağızları ola. Peterburq qubernatoru, keçmiş bakılı Beqlov hətta Əli Nağıyevi fırıldaqçı və dələduz adlandırıb…

Mən də Mirzə Əlil olaraq Qurban Məmmədliyə məsləhət vermək istəyirəm. A kişi, az ona-buna sataş, birinin arvadını, digərinin qızını fahişə adlandırırsan, rəqib bildiklərinə erməni deyirsən. Ağzına yiyəlik elə. Allahına şükür elə ki, Əli Nağıyev sənin babanı erməni çıxarıb. Birdən türkmən çıxaraydı? Onda axı Britaniya hökuməti səni Türkmənistana deportasiya da eləyə bilərdi. Ora çatan kimi ağzına bir ovuc qum töküb həmişəlik susdurardılar. Ya da Ruandaya. Ruandada əvvəl şalvarını çıxarardılar, çünki orda lüt çoxdur. Lüt qalandan sonra başına hər iş gələ bilərdi. Ona görə, ingilis demişkən, mind your language…

Bu qədər. Təbriklər və Ցտեսություն!

Mirzə Əlil

06. 12. 2023, Samara