
Gəlib vətənini gördün, Aslanım!
“Parisə bənzəyən” Bakını gördün.
İgid atasından nişan oğlanım,
Şuşaya yollandın, yolları yordun.
+
Gördün dumanlıdır dağların başı,
Gördün çəmənləri dağ ətəyində
Axldıb gözündən bir gilə yaşı,
“Qarabağ bizimdir, dedin, — yenə də!”
+
Orda adıyla yox, təbiətitlə,
Aslan tək oğullar ölüb, Aslanım!
İndi təəssürü bizə də söylə:
Qan izləri üstdə gəzmək asanmı?
+
Daha nə görmüsən Bakıda, söylə
Kimlərə sən ağuş açmısan, Aslan?
Ali fitva verib atanı qətlə,
Məhkum edənə də qonaq olmusan?
+
Son dəfə atanla ağız-ağıza,
Öpüşən lüləni bəlkə görmüsən?
Ürəyə atılan, durub üz-üzə,
“Kontrol” gülləi bəlkə görmüsən?
+
Hayqırır atanın günahsız qanı,
Dayanmır iyirmi ildir az qala.
Vətənə turist tək gəldin, Aslanım
İnturistdir igid atadan qalan…
10. 08. 2023, Samara