Doldur qədəhi, saqi, Ərəstun yenə gəldi,
Aşdı okean, yatmadı, yorğun yenə gəldi.
+
Çox vacib işi qoydu yarımçıq o, ABŞ-da,
Millət çağırdı, millətə vurğun yenə gəldi.
+
Yoxdur onun bərabəri elmi-siyasidə,
Əqli-kamalda hamıdan üstün yenə gəldi.
+
Həm hərbiyə bələddir o, kəşfiyyata həm də,
Hər hadisəyə təhlili düzgün yenə gəldi
+
Məmmədli Qurbanın dalınca göndərin çapar,
Ərz eyləsin ki, çıx yola, dostun yenə gəldi.
+
Var hər gözəldə bir qüsur, uzunçudur o da,
Mövzunu açınca gedəcək gün, yenə gəldi.
+
Əfsus ki, basıb-bağlamağa meyli az deyil,
Var hay-küyü də — fırtına, çovğun yenə gəldi…
25. 10. 2023, Samara
