A.A. DELVİQ
Nə gözəl gün, nə səadət dolu dəm!
Həm günəş, həm sevda!
Çəkilib kölgə gedir çöllərdən,
Yenə könlüm işıqla dolmaqda.
Oyanın çöllər, oyanın meşələr,
Həyat eşqi hamını yandırsın.
Mənə məxsusdur o, əlbəttə, mənə,
Məni könlüm buna inandırdı.
Ah, qaranquş, qısılıb pəncərəyə,
Nə ötürsən şən-şən?
Yoxsa yaz eşqi səni yaxdı deyə,
Oxuyursan bu cür məhəbbətdən?
Ah, uzaq məndən, elə sənsiz də,
Aşiqi eşqin odu yandırdı.
Mənə məxsusdur o, əlbəttə mənə,
Məni könlüm buna inandırdı!
1820-ci illər