
ПОРА МЕНЯТЬ ПРОФЕССИЮ…


İnternetdə Azərbaycandakı etiraz aksiyalarında çəkilmiş şəkillərə baxıram. Bilmirəm qərbədir ya qəribə deyil, ancaq bu aksiyalarda qadın görünmür. Belə çıxır ki, ölkədə narazı olanlar ancaq kişilərdir. Yadımdadır ki, bir arvad möhtərəm prezidentə demişdi: “Allah səni üstümüzdən götürməsin”. İndi arvadlar güzəranlarından razı, oturublar evdə, kişilər aranı qarışdırırlar, düşmənlərin dəyirmanına su tökürlər. Ortaya sual çıxır: bu kişiləri yığıb dama salmağın vaxtı deyilmi?
Məlumdur ki, Azərbaycanda xeyli tələbə gənc eyiraz aksiyalarında iştirak edirlər. Sonra onlar polisə aparılırlar, məhkəmə, həbs… Bir sözlə, tələbələr dərsdən yayınırlar. Bunun qabağını qalmaq üçün Milli Məclis bu-gün sabah yeni qanun qəbul edəcək. Qanuna görə, hər bir Azərbaycan gənci ali məktəbə girməmişdən qabaq bir neçə il türmədə oturacaq. Çıxanda onlara metro kartı kimi elektron kart veriləcək. Hər etiraz aksiyasından sonra məhkəmə operativ şəkildə həbs müddətini kartdan çıxacaq. Uşaq da qayıdacaq məktəbinə.
Demək lazımdır ki, bu, dünyada analoqu olmayan bir yenilikdir. Hazırda Almaniyada elektron kartların istehsalına hazırlıq görülür. Kartların xərci Heydər Əliyev fonundan ödəniləcək.