Архив тегов | Facebook haqqında

İŞİ OLMAYAN… POŞLİ VSE NA FİQ…

20230721_135628

Məim səhifəmi izləyən azsaylı FB istifadəçilərinə iki il, üç il bundan qabaqkı müraciəti təkrarlamaq istəyirəm.

Mən bir neçə dəfə yazmışam ki, mən FD-da “layk-layk” oynamıram – yəni heç kimə “layk” qoymuram və heç kimdən də “layk” gözləmirəm. Mənimlə dostluq yaradaraq bir neçə gün dalbadal mətnlərimə “layk” qoyanlar məndən “layk” cavabı görməyib yoxa çıxırlar. Mən belə adamlara, üzr istəyirəm, tüpürürəm. FB-da olduğum on beş ilə yaxın vaxt ərzində mənə ancaq mətnlərimi oxumaq üçün dostluq təklif edənlərin say üç ya dörddür. Ona görə mən ahıl və cavan naqqalları, FB-da sülənib ”layklaşan”, on dəfə “möhtəşəm” deyib”  beş dəfə “möhtəşəm” eşidərək özünü şair, filosof sayan adamlar məndə ancaq ikrah doğururlar. Mən riyaziyyatçı, fizik, adam həkimi ya veterinar deyiləm. Mən yüksək ixtisas təhsili almış peşəkar ədəbiyyatçıyam. Mən sənətə ciddi, son dərəcə  ciddi yanaşıram, mənim bütün həyatım buna həsr olunub, ona görə “layklaşmalar” mənim nəzərimdə sənətə təhqirdir, peəkarlığa təhqirdir. Ağzı-burnu yaxşı yumruq istəyən çox sırtıq, utanmaz cavanlar var… Hardan çıxıblar? Ana südümü əmiblər?… Mən hər il onlarla adamı “dostluq”dan slirəm. İki il bundan əvvəl beş yüz adamı birdən sildim. Dostluqda qalanlar kəndçilərim, keçmiş şagirdlərim, , şagirdlərimin uşaqları və mənə sevgiləri əsaslı şübhələr doğuran bir neçə qohumdur. Bu günə qalan 140 «dost»dan mətnlərimi oxuyanların sayı beş nəfərdən çox olmaz. Bəlkə sabah dörd nəfər, üç nəfər qalacaq ya heç qalmayacaq. Qəribə də olsa, məni oxuyanlar məni şəxsən tanımayanlardır. Mənim Xeyrulla.com bloqum bu dəqiqəyə qədər 528 188 dəfə oxunub. Azərbaycanda humanitar təhsilin, xüsusən ədəbiyyatın  necə katastrofik vəziyyətdə olduğunu nəzərə alsaq, bu, az deyil. Tamada şeirlərini, meyxananı, Səməd Vurğunu, Rəsul Rzanı  poeziya sayan millətin içində az da olsa ciddi poeziyanı qananların olmağına sevinmək lazımdır.

Mənim FB “dost”larım arasında məni bir neçə il ərzində səxavətlə “layklayan” bir nəfər var: Seyfəddin Sadıqov. İnanıram, ümid edirəm ki, bu nəcib cənabın məndən cavab “laykı” almaq fikri yoxdur,  mənim yazdıqarım onu doğrudan da maraqlandırır. Və mən cənab Sadqova minnətdarlığımı bildirirəm. Bayram Bayramov guya deyirmiş ki, onu bir oxucu da görüşə çağıranda gedir… Məni də  elə tək bu oxucu məyusluğumu azaldır və hətta işləməyə ruhlandırır…

Bizim kəndimizdə çoxdan sökülmüş mağazanın divarında iarşın hırflərlə yazılmış xəbərdarlıq vurulmuşdu: “İşi olmayan mağazada durmasın!”.  (Kirillə və islahatdan qabaqkı hərflərlə: «олмаян»)

Mən də sözümü bu cür bitirirəm: yazdıqlaımı oxumaq fikrində olmayanlar, “layklaşmaq” istəyənlər… poşli vse na fiq…

 

12.11. 2023, Samara