Архив тегов | Fazil Mustafa

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

ALİ BAŞ KOMANDANIN NÖVBƏDƏNKƏNAR ÇASTUŞKALARI

İlham Əliyev 4

Qalib çıxdım mən yenə də,
Yenə prezidentəm.

Prezident sarayında,

Daimi rezidentəm.

 +

Asanlıqla qalib gəldim,
Mən bütün rəqiblərə.

Kaş ki, gətirəydi əlim,
Kazinoda da delə.

Eyy! Uxx!

 +

Qəqiblərim cındırdılar,
Təəssüf ki, belədir,
Bu ölkədə ciddi adam,
Mənəm, bir də ki, Heydər.

Eyy! Uxx!

 +

Yekdilliklə səs verildi,

Qalibə, müzəffərə.

Minnətdar xalq hazır idi,

Can istəsəm –can verə.

 +

Mənə elə  böyükdü ki,

Məhəbbəti millətin,
Atırdılar iki-iki,
Ya da üç-dörd bülleten.

Eyy! Uxx!

 +

Seçki günü ölülər də,
Tərk edib qəbirləri,

Səslərini verirdilər,
Və dönürdülər geri.

 +

Səs veribdir Kürdəxanı,
Mənə yüz əlli faiz.

Açıqlayıb özü bunu,

Ordakı jurnalist qız.

Eyy! Uxx!

 +

Gələn il də keçirərəm,
Seçki növbədənkənar.

Xalqımın, görürəm ki, mən,
Bu işə sevgisi var.

 +

Dünya bizə qibtə edir,
Paxıllıqdan cırılır.

Çünki bizdən başqa hər yer,
Aclıq çəkir, qırılır.

Eyy! Uxx!

 +

And içirəm mən Qurana

And içirəm Qanuna.

 “Bir gəncin manifesti”nə,

Arvadım Mehribana!

 +

Üstünüzdən olmaz əskik,

Dəmir yumruq heç zaman,

Gəlmişik, gedən deyilik,
Bunu bilsin hər insan!

 +

Eyy! Uxx!

Mirzə TƏBİL

14. 02. 2024, Samara

ƏHVALPÜRSANLIQ: İLHAM ƏLİYEV VƏ MƏZAHİR PƏNAHOV

     

(Sabirə nəzirə)

   Əliyev

Mənə  son seçkilərin söylə necə keçdiyini

                Pənahov

Heç nə baş vermədi, vallah, bu seçkilərdə yeni.

 Verdi yekdil sizə səs ölkə əhalisi tamam,
İndi vurçatlasın hər yerdə, xalq edir bayram.

                  Əliyev

Səs verən olmadımı başqa namizədlərə bəs?

                   Pənahov

Namizəd kimdi sayan onları ki, versin səs?

Güldü millət, açığı, onlara “cındır” deyərək,
Dedilər “rəhbər olan yerdə bizə ayrı namizəd nə gərək”.

                   Əliyev

Bəlkə yol vermisiniz seçkidə pozuntulara?

                   Pənahov

Bu nə sözdür? Biz hara, seçkidə pozğuntu hara!

Seçkilər şəffaf idi, körpələrin göz yaşı tək,
Türkmənə. tacikə, hətta rusa da Azəribaycan örnək!

                 Əliyev

Nə fikir bildirir Avropa bizim seçkilərə?

               Pənahov
Keçəcək karvanımız, bir sürü lap it də hürə!

                    Əliyev

Arzu və istəyini seçkidə bildirdimi xalq?

                   Pənahov

İstəyir azəri xalqı  təzə  bir seçki quraq.

Səs verib, ali komandan, yenə yekdilkliklə,
Sizi rəhbər seçərik onda biz on yeddi ilə.

Tac qoyub başınıza taxta çıxsanız siz əgər,

Oğlunuz Heydərə millət daha şahzadə deyər.

 

13. 02. 2024, Samara

ÇƏNLİBEL SEÇKİ DAİRƏSİNDƏ: «AĞZINDA DƏLİ DEYİRSƏN…»

AZƏRBAYCAN ORDUSU

Çənlibbel seçki dairəsində prezident seçkiləlinin yekunları məlum olub. Seçki komissiyasının sədri Keçəl Həmzə məlumat verib ki, 7777 dəlinin hamısı, onların arvadları, uşaqları yekdilliklə əlahəzrət İlham Əliyevə səs veriblər. Jurnalistlər prezident təqaüdçüsü, xalq şairi, əməkdar aşıq və əməkdar idman ustası Koroğlu ilə də görüşüblər. Jurnalistlərdən biri soruşub ki, bu 7777 dəlidən heç Əlieyə səs verməyəni olmaybmı. Koroğlu əlini şeşə bığlarına çəkərək deyib: “Olmayıb, bala, olmayıb. Hardan olar? Ağzında dəli deyirsən…”

Mirzə Əlil

11.02. 2024, Samara

SEVİNC TELMANQIZININ AĞZI ELƏ BİL BAŞQA ORQANIYLA DƏYİŞİK DÜŞÜB…

sevinc telmanqızı

Deyək ki, bir türmənin rəisi türməsində boks yaraışı keçirir və özü özünə rinq rəqibi seçir – məsələn “əlvurulmaz” sayılan, başıaşağı, üzüqara dustaqlardan biri ilə. Və, əlbəttə, nokautla qalib gəlir. Rəqibi bir zərbə də endirmir, çünki murdar sayılır, rəisin alicənab vücuduna əl vura bilməz…

Sonra türmə televiziyası bir ay rəisin qələbəsini bayram edir.

İndi Azərbaycanın bütün iri və xırda kanalları kimi.

Müsavat TV-yə baxıb dəhşətə gəldim. Aparıcı arvadın, yəni Sevinc Telmanqızının ağzı elə bil ki onun başqa yerində olmalı orqanıyla dəyişik düşüb, ağız yerində olan orqandan isə sözlər yox, ayrı şey çıxmalı imiş…

Belə bir arvada, bazar müdirinə, Ryazanovun “Qaraj” filmində Valentin Qaftın oynadığı personaj deyir: “Mənim sizin ərinizə elə yazığım gəlir ki…”

Mən bu Müsavat TV-dəki arvadı görəndə Azərbaycana və onun xalqına yazığım gəlir…

İncildə deyilir ki, insanı ağızına girənlər yox, ağzından çıxanlar murdarlayır.

Bu arvadın və onun kimi yüzlərlə arvad və kişinin əsl seçki ilə heç bir əlaqəsi olmayan şounu özlərini yırta-yırta tərifləmələri millətin şərəfini murdarlayır.

Niyə məni bu ağzı başqa orqana oxşayan arvad başqalarından çox qeyzləndirir?

Deyək ki, Azərbaycanda fahişəxanaları leqallaşdırırlar. Mən bunun əleyhinə deyiləm. Lehinə də deyiləm. Bitərəf, daha çox isə biganəyəm. Çünki yaşımın çoxluğundan heç bilmirəm ki, fahişəxanada nə qayırırlar. Ancaq bilirəm ki, elə abırlı yer də deyil. Mən fahişəxananın Müsavat və ya 20 yanvar adlandırılmasının əleyhinəyəm. Aydındır? Fahişəxanıa açırsan, Məzahir Pənahovun adını ver, Sərdar Cəlaloğlunun, Mirşahinin adını ver. Düz deyil?

O ki qaldı bu arvada…”Qaraj” filmində deyilən kimi, mənim bu arvadın ailə üzvlərinə yazığım gəlir. Birincisi, bu arvad üz qaralığıdır. İkincisi, evdə yəqin onun həm həm ağzı, həm də ağız yerində olan orqanı dayanmadan işləyir…

Mİrzə Əlil

  1. 02. 2024, Samara

ZAHİD ORUCUN İLHAM ƏLİYEVLƏ TELEFON SÖHBƏTİ

Zahid Oruc

Prezidentliyə namizəd olmuş Zahid Oruc prezident İlham Əliyevə zəng vurub.

— Allo! Salam, cənab əlahəzrət prezident

— Tı  kto?

— Cənab prezident, bu tik-tok deyil, vatsapdır, Mehman Hüseynov tik-toku xarab eləyib, mən ora girmirəm.

— Yaxşı, nə istəyitrsən?

— Mən sizi istəyirəm, cənab prezident. Yəni demək istəyirəm ki, mən sizi sevirəm.

— Sən azlıqdansan?

— Azlıqdanam, cənab prezident. Siz 93 faizsiniz, biz isə hamımız bir yerdə yeddi faizik.

— Bu elə dünya standartlarına uyğun gəlir. Qabaqcıl ölkələrdə də azlıqlar yeddi faiz təşkil edir. Ermənistanda altı faizdir. Biz tolerant ölkəyik…

— Çox sağ olun, cənab prezident, ancaq Mehman Hüseynov bizə çox sataşır…

— Mən sərəncam verərəm…

— Cənab prezident, ayıb olmasın, mənim azlıq yoldaşlarım da yanımdadırlar. Fazil, Qüdrət, Elşad, razi…

— Qruppovoy eliyirsiz?

— Cənab prezident, qruppovoy dalınızda durmuşuq. Üzr istəyirəm, demək istəyirəm ki, həmişə dalımızı qabağa verməyə hazırıq. Harda, hansı pozda desəniz,orda durmağa hazırıq…

Mirzə ƏLİL

08. 02. 2024, Samara