
Mötəbər mənbələrdən məlum olub ki, Qubad İbadoğlu zindanda yox, İlham Əliyevin Bilgəhdəki şəxsi iqamətgahında saxlanılır. Bu günlərdə guya həbs olunan alim Fazil Qasımov da onun yanndadır. Keçmiş deputat Nazim Bəydəmirli onlardan da əvvəl Bilgəhə gətiriluib və prezidetin özünkündən əskik olmayan apartamentlərdə yerləşdirilib.
Rasim Balayev prezidentdən orden alanda onu Babək adlandırmışdı. Əslində bu Rasim Balayev İlham Əliyevi aşağılamışdı! Babək kimdir ki? Heç kim! Qondarma qəhrəman! İlham Əliyevi yalnız İskəndər Zülqəerneynlə, yəni Aleksandr Makedonski ilə müqayisə etmək olar. Və indi necə ki, bir vaxt İskəndər (kefli İskəndər yox, İskəndər Zülqərneyn!) yeddi nəhəng filosofu başına yıığıb onlarla cari məsələləri və gələcəyi müzakirə edir, onlarla öz dərin fikrilərini bölüşür və onların fikrinbi öyrənirdi, İlham Əliyev də qərara alıb ki, ən azından yeddi ailimi başına yığıb ollarla intellektual söhbətlər aparsın və nəticədə Azərbaycan xalqının güzəranının yaxşılaşdırmağın optimal yolunu müəyyənləşdirsin. Hələlik başına üç alimi yığıb. Tezliklə daha dörd alimin də Bilgəhə aparılacağı gözlənilir. Prezidentin yaxın əhatəsi bə birinci xanımı bu dörd nəfəri seçməklə məşğuldur.
O ki qaldı həbs məsələsinə, bu, təmiz konspirasiyadır. Alimlərin Bilgəhə, prezidentlə oturub-durmağa aparıldığını ona görə həbs kimi qələmə veriblər ki, jurnalistlər və bloqerlər Bilgehə doluşub əlahəzrət prezidenti ə onun alim qonaqlarını narahat eləməsinlər.
Yeri gəlmişkən, Qubad İbadoğlu prezidentin qonaqlığında çox yaxşılaşıb, o, gecə-gündüz prezidentin öz həkimlərinin nəzarəti altındadır. Məxfi məlumata görə, İlham Əliyev alim qonaqlara vaxtaşırı kef də verir. Ancaq bu kefin nədən ibarət olduğu barədə məlumat yoxdur.
İndi Azərbaycannın bütün alimləri o yeddi nəfərin siyahısına düşmək arzusundasdırlar. Nəzir eləyən, qurban kəsən də var.
Bizim İskəndər belə İskəndərdir! Kefli deyil, kef verəndir!
Mirzə ƏLİL
10. 08. 2023