Mən bütün tanəşlarımdan xahiş edirəm ki, öldürülmüş körpənin şəklini sosial şəbəkələrdə paylaşmasınlar! Azərbaycan rəhbərliyi, öz vətəndaşlarına qan udduran rəhbərlik uşaq ölümündən öz mənfəəti üçün istifadə edir, hay-küy salıb öz vətəndaşlarına elədiyi zülmə göz yumdurmağa çalışır.
Hamınin yadına salıram: heykələ iki kəlmə söz yazmaqdan ötrü iki gəncin hərəsinə 10 il iş kəsilib! Azərbaycan türməsində 10 il ölümdür! Bu günahsız gəncləri vəhşicəsinə türmədə çürüdən erməni faşistləri deyillər, Azərbaycanın öz rəhbərliyidir! Bu rəhbərliyin keçirdiyi kampaniyada iştirakdan çəkinin!
Zəhra ilə birlikdə onun nənəsi də öldürülüb. Sahibə Qulioyevanın cəmi 50 yaşı varmış. İndiki vaxtda bu, cavan yaşdır. Niyə bu qadının adı çəkilmir? Maraqlı deyil? Uşaq ölümünün effekti böyükdür? Azərbaycanın zülmkar rəhbərliyinə qoşulub uşaq ölümündə effekt axtarmayın! Ayıbdır!
Füzulidə müharibə illərində yüzlərlə insan ölüb. O cümlədən çoxlu uşaq. İndiyəcən niyə onlara yas tutan olmayıb? İndiyəcən hardaydınız? Niyə Azərbaycanın “qüdrətli” ordusu hətta işğal olunmamış ərazilərdə vətəndaşların təhlükəsizliyini qorumur? Müdafiəyə xətrclənən pullar hara gedir?
Azərbaycan rəhbərliyi yas tutmur, yas kampaniyası keçirir. Bu kampaniyaya qoşulmayın!
Bayram Məmmədova və Qiyas İbrahimova azadlıq!