Архив тегов | gözəllik haqqında şeir

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «İKİSİNƏ DƏ»

Molla Pənah Vaqif, bizim böyük və istəkli şairimiz bəzən elə şeylər yazır ki, adam utandığından gözüyumulu oxumaq istəyir.

“Səhər-səhər həsrət ilən gəzirdim,
Cüt qoşa nar gördüm iki sinədə.”

Görünür, klassikimiz çox temperamentli kişi, ayıb olar deyə “qızğın” demirəm. Elə səhər tezdən gözü xanımların sinəsini alıb. Narları sayır… Cüt qoşa… Yaxşı ki, salyanlılar şeir oxuyan olmurlar, oxusaydılar, deyərdilər: “Ala, bu qazaxlı nə yazır…” Salyanlılar şeir oxumurlar, salyanlılar Marksın «Kapital», Leninin «Materializm və empriokritisizim» əsərlərini oxuyurlar…

Dalına (qoşmanın) baxaq.
“Birisi qız idi, birisi gəlin,
Can qurban eylərəm ikisinə də.”

Bu qoşmanı yəqin klassikimiz müəllim olanda yox, vəzir olanda yazıb. Müəllimdə bu bilicik hardandı ki, uzaqdan hansı xanımın qız, hansının gəlin olduğunu təyin edə. Şübhə yoxdur ki, bunu yazan bilikli və təcrübəli ekspertdir…

Nikulin “Qafqaz əsiri” filmində mahnı oxuyur: “Əgər mən sultan olsaydım, üç arvadım olardı…”

A kişi nə sultan, sən elə Qarabağ xanının vəziri olsaydın, bəsindi…
“Gəlin bulaqda əl-üzünu yuyur,
Qız deyin gəl gedək, həriflər duyur”.

Qız gəlindən həyalı və həssas imiş, görür ki, şair şor gözünü dikib onların sinəsinə…
“Belə gözəl sevən əldənmi qoyur,
Can qurban eylərəm ikisinə də.”

İkisinə də! Məşədi İbadı qınayırdıq. Məşədi İbad dükançı idi. Molla Pənah müəllim, sonra saray vəziri… “İkisinə də…”
“Gəlnin dodağıdır Təbrizin məti”

Nə bildi?
“Əlli-altmış tümən qızın qiyməti”

Məşədi İbad təkcə Tarixi-Nadiri oxumurmuş, kişi yəqin ki, Vaqifin şeirlərini oxuyurmuş… Əlli-altmış tümən görəsən manatla nə qədər eləyərdi?

Molla Pənah isə gözlərini xanımların sinəsindən çəkmir.
“Gəlinin yaxası polad iynəli,
Qızın yaxasıdır çarpaz düyməli.”

Bu bəndlərdə şiddətli erotizm və hətta, salyanlılar demişkən, ayıbçılıq olsa da, oynaqlıq var, az-çox şeiriyyət var. Ancaq başı yəqin eşqbazlığa qarışdığandan şeiri bitirməyi Vaqif elə bil şagidlərindən birinə ya da nökərinə tapşırıb, o da yarıtmayıb.
Kababım olaydı, közüm olaydı,
Yar yanında ötkün sözüm olaydı,
Vaqif deyir: iki gözüm olaydı,
Baxaydım bunların ikisinə də.

Biirnci beyt, əlbəttə, cəfəngdir. İikinci beyt isə daha cəfəngdir. Bayaqdan gözləri xanımların sinəsində, indi deyir “iki gözüm olaydı”…

Məşədi İbada gülürük, çünki Məşədi aldadılıb gülünc vəziyyətə düşür və Sənəmə qane olur. Ancaq Qarabağ xanının vəziri “ikisinə də” deyirdisə, yəqin ki, istədiyi kimi olardı…

09. 10. 2025, Samara

«ÖZ QOCALIĞIMA MƏN DARIXMIRAM…»

Öz qocalmağıma mən darıxmıram,

Duyğusuz baxıram təzə şəklimə.

Saçın ağarmağı, can ağrıları,

Çoxdan adiləşib, öyrəşikliyəm.

 +

Elə bil keçmişi silib yaddaşım,

Elə bil nə uşaq, nə gənc olmuşam.

Sənəddəki deyil elə bil yaşım,

Elə bil  dünyaya qoca gəlmişəm.

 +

Sənsə gözəl idin, sənsə gənc idin,

Minlərin içində seçiləndin həm,

Əllərin, gözlərin gözəldi… indi,

Əllərin titrəyir, gözlərinsə nəm…

 +

Bəlkə gəncliyini, gözəlliyini,

Sən də unutmusan, səni ağrıdan,

Günlər, aylardır ki, öndə gözləyir.

Əllərinə baxır gözlərin hər an.

 +

Məyusam…Mən necə unudum axı,
Bir zaman gənc idin, həm də gözəldin…

Neyləyə bilərəm? Yolun axırı

Əgər yaxındırsa, qoy gedim öndə…

 07. 10. 2025, Samara

 

 

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «OLA BİLMƏZ»

Yox, mən qətiyyətlə deyirəm ki, gərək darıxanda, məyusluq üz verəndə Molla Pənahın gülməli şeirlərini oxuyasan. Məsələn “Ola bilməz” qoşmasını. Bu qoşmanı oxuyan kimi krediti, ipotekası olan da, qapısını sələmçi kəsən də, ev adamları ilə dalaşıb-süpürləşən də şənlənəcək.

“Sərasər bir yerə yığılsa xublar,
Sənin bir muyinə tay ola bilməz.”

Mənim başa düşdüyümə görə, Vaqif deyir ki, bütün gözəllər bir yerə yığılsa, “sənin bir tükünə dəyməzlər”. Yəqin baş tükünü deyir…Məgər gülməli deyil?
“Günəş təki şölə verər camalın,
Belə gözəllikdə ay ola bilməz.”

Bu, heç. Sonrasına baxaq.
“Heç gözəli sən tək şux görməmişəm,
Nə fayda, hüsnünü çox görməmişəm.”

Başa düşdünüz? Çox görməyib. Bəlkə çox görsəydi, gözündən düşərdi. Belə olur də. Oğlan qızdan ötrü ölür, elə ki, alır, iki-üç ay keçməmiş soyuyur. Gərək evlənəndən sonra ayrı yaşayalar. Füzulinin Məcnunu heç Leyliyə yaxın durmadı, bilirdi ki, yaxın dursa, gözündən düşəcək…
“Uzun kirpiyin tək ox görməmişəm,
«Qaşların tərzində yay ola bilməz.”

Burası gülməli deyil. “çox görməmişəm, ox görməmişəm…” Vallah, bu misralar Vaqifi gözdən salır…

“Həsrətindən bağrım qan ilən dolub,
Heyva təki rəngim saralıb-solub».

Birinci misraya diqqət edin. Deyir “bağrım qan olub”. Bunu çox şair deyir. Şeirlərinin yarısında Əliağa Vahidin bağrı qandır. Bağır, yəni sinə, ürək – elə deyil? Yaxşı, qanı elə hərlədən, fırladan ürək deyil? Bağrın qan olmağı təbii deyilmi?

İkinci misranı yəqin Vaqif kənd müəllimi olanda yazıb – rəngi qıtlıqdan saralıbmış.

“Bu xubluq ki, həqdən bəxş olub,
Heç kimsəyə belə pay ola bilməz.”

Fikir verirsiniz? Qazaxlı şair azərbaycanca yazmağı elə bil ki, özünə sığışdırmır. A kişi, nə “xubluq”, yaz “gözəllik” də… Yəni deyir ki, onun sevgilisinə gözəllik həddən artıq verilib!

Dədəm vay!
“Qəddin şahbaz, ağ bədənin səmən tək.”

Burda erotika var, yenə sevgilisinin bədənini açdı qoydu şor gözlərin qabağına…

Səmən tək – elə bilməyin ki, Molla Pənah bədəni samana bənzədir. Yəqin “səmən” yasəməndir…
“Yanağın lalədən ziyada göyçək.”

Yanaq lalədən çox-çox göyçəkdir… Öləsən səni, ay belə yanaq yiyəsi…
“Vaqifəm, mən sənə heyran olmuşam”

Qoşmanın sonunda Vaqof öz adını həkk edir ki, oğurlamasınlar. Mən bilən, belə şeirə tamah salan çox olmaz…
“Dərdindən didəsi giryan olmuşam”.

“Didə” yəqin gözdür. Vallah, Vaqifin şeirləri adamı şəkkə salır. Bəlkə 18-ci əsrdə Qazaxda farslar etnik çoxluq imiş?
Ya bəlkə Vaqif gülmək üçün göz yerinə “didə” yazır? Farsları lağa qoyur. Hə? Belə ola bilər?
“Qanlı yaşım kimi çay ola bilməz”.

Mən də bu qoşmanı oxuyanda çox yaş axıtdım. Ancaq  qanlı yaş yox, adi yaş. Çünki gözümün yaşı gülməkdən axırdı…

 

26. 09. 2025, Samara

ROBERT BERNS. NƏ GÖZƏL ÜZÜNDÜR, BƏDƏNİN NƏ DƏ…

Robert Burns

1.

Nə gözəl üzündür, bədənin nə də,

Cin, heyran eləyən məni bu qədər.

Sənin gözəlliyin, cazibən hərçənd,
İstək və ehtiras oyada bilər.

Məncə hər yerində var ki, nə isə,
Tərifə layiqdir, eşqə həmçinin.

Fəqət gözəl forman necə əzizsə,

Mənə ağlın daha əzizdir sənin.

2.

Sinəmdə yurd salan arzularımdan,
Yoxdur şiddətlisi bu arzum qədər:

Bəxtəvər ğörəydim səni azından,

Özüm xoşbəxt edə bilməsəm əgər.

Sənə Tanrı əgər səadət ancaq

Verərsə, qalaram razı mən onda.

Necə ki, istərəm səninlə olmaq,
Eləcə hazıram öləm yolunda.

1792

ingiliscədən tərcümə

  1. 10. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

It Is Na, Jean, Thy Bonie Face


1.
It is na, Jean, thy bonie face
Nor shape that I admire,
Altho’ thy beauty and thy grace
Might weel awauk desire.
Something in ilka part o’ thee
To praise, to love, I find;
But, dear as is thy form to me,
Still dearer is thy mind.
Читать далее

ROBERT BERNS. GƏNC CESSİ

Yarroulu qəmli gənc təmiz ürəkli idi,
Eyr sahillərində qızlarsa gözəıdilər;

Qəşəng həndəvərində burulub axan Nitin

Oğlan vəfalı olur qız gözəl olan qədər.

Bütün Şotlandı dolaş tay axtarsan Cessiyə —
Cessiyə tay bir qızı əbəs axtaracaqsan!

Əsir edir aşiqi cəzbi və gözəlliyi,

Zəncirlənir ondakı həyanı görən cavan.

2.

Şehli çağı səhərin qızılgüllər gözəldir,

Və qəşəngdir eləcə zanbaq axşama yaxın,

Ancaq gənc və sevimli Cessi elə ki, gəzir,
Nə qızılgül görünür, nə zanbağa var baxan.

Sevgi var gülüşündə, ovsunlayır, cəlb edir;

Oturub fərman verir  gözlərində cadugar.

O öz cazibəsinə tək özü biganədir,

Cessidə hər incidən bahalı təvazö var.

 

1793

ingiliscədən tərcümə

27. 09. 2024, Samara

++++++++

ROBERT BURNS

Young Jessie

1.
True hearted was he, the sad swain o’ the Yarrow,
And fair are the maids on the banks of the Ayr;
But by the sweet side o’ the Nith’s winding river
Are lovers as faithful and maidens as fair:
To equal young Jessie seek Scotia all over —
To equal young Jessie you seek it in vain!
Grace, beauty, and elegance fetter her lover,
And maidenly modesty fixes the chain.
Читать далее

ROBERT BERNS. QIZLAR, TƏZƏ XƏBƏR VAR…

Robert Burns

Xor

Molli mülayimdir, Molli şirindir,
Molli həyalıdır, ağıllıdır həm.

Mollinin tayı yox, Molli gözəldir,

Molli hər cəhətdəm mükəmməl, tamam.

1.

Bir dəfə küçədə getdiyim zaman,
Ayaqyalın bir qız orda gəzirdi.

Daşlı-kəsəkliydi bu yolsa yaman,

Zərif ayaqları yəqin əzirdi.

2.

İncə ayaqları belə gözəlin,
İpək ayaqqabı gərək geyinə.

Daha da yaraşan olardı yəqin,

Göylə gedən qızıl araba minə.

3.

Sarı saçlarıının yox bərabəri,

Qu tək ağ boynundan axır aşağı,
Və qoşa ulduzdur onun gözləri,

Batan gəmilərə xilas mayağı.

1787

ingiiscədən tərcümə

26.09. 2024, Samara

++++++++++++++++++++

ROBERT BURNS

There’s News, Lasses, News


Chorus
Molly’s meek, Molly’s sweet,
Molly’s modest and discreet,
Molly’s rare, Molly’s fair,
Molly’s ev’ry way complete.
Читать далее

ROBERT BERNS. “SEVMİŞƏM GÖZƏL BİR QIZI BİR ZAMAN…”

Robert Burns

Sevmişəm gözəl bir qızı bir zaman,
Mən onu indi də sevirəm, bəli.
Bu nəcib hiss canda yaşayanacan,
Qəlbimə hakimdir sevimli Nelli.

2.

Görmüşəm, əlbəttə, sevimli qızlar,
Çoxu onların da eləcə gözəl,

Nellinin bir ayrı məlahəti var,
Heç zaman görmədim mən ona bənzər.

3.

O sevimli qıza, deməliyəm mən,
Baxdıqca doymazsan, baxarsan yenə.

Gözəl cəhətlər var onda xüsusən,
Onlara görə də xoş gəlir mənə.

4.

Nelli qanışırin, xoşüz, mehriban,

Ən çox bəyəndiyim ondasa ancaq,

Reputasiyadır ləkəsiz-filan,
Bir də gözəllikdir qənirsiz və saf..

5.

Səliqəli, təmiz həmişə donu,
Ləyaqətlidir həm, həm də ki, incə.

Var yerişində də nə isə onun,
Ona yaraşacaq, geyinə necə.

6.

Bəzəkli pal-paltar, xoş üz və görkəm,
Ürəyə yüngülcə toxuna bilər.

Ancaq məsumluq və təvazö hökmən,
Cilalı ox kimi sinəni dələr.

7.

Mənim bəyndiyim Nellidə budur,
Budur ürəyimi ovsuna salan.

Qəlbimin hakimi, sultanı odur,

Dinməzcə tabeyəm ona hər zaman.

ingiliscədən tərcümə

02. 06. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O, Once I Lov’d A Bonie Lass

1.
O, once I lov’d a bonie lass,
Ay, and I love her still!
And whilst that virtue warms my breast,
I’ll love my handsome Nell. Читать далее

ROBERT BERNS. “GƏRƏK ETİRAF EDƏM: ELƏ GÖZƏLSƏN Kİ SƏN…”

Robert Burns

 1.

Gərək etiraf edəm: elə gözəlsən ki, sən,
Sənə dəlicəsinə vurula da bilərdim,
Ancaq elə bir dua tapa bilmirəm ki, mən,
Ürəyini titrədə, onu deyəndə dilim.

Əlbəttə, çox şirinsən, ancaq burası da var:

Görürəm şirinliyi hər kəsə sərf edirsən.

Lütfkarlığın sənin dəli küləyə oxşar:

Qabağına çıxanı qucaqlar, öpər hökmən.

                            2.

Gecə nəmiylə zəngin qızılgül qönçəsi, bax,

İtburnular içində məsum, utancaq durar.

Tezliklə nə qoxusu, nə də rəngi qalacaq,
Oyuncaq tək elə ki, dərilib aparılar.

Səni də az zamanda qarşılar belə tale,

Çiçəkləyirsən hələ, toxunmur həyat qəmi.

Səni də bir qırağa tullayacaqlar belə,
Adicə, həm də iyrənc bir alaq otu kimi.

1792

ingiliscədən tərcümə

26. 05. 2024, Samara

++++++++++++++

Robert BURNS

I Do Confess Thou Art Sae Fair

1.
I do confess thou art sae fair,
I wad been o’er the lugs in luve,
Had I na found the slightest prayer
That lips could speak thy heart could muve.
I do confess thee sweet, but find
Thou art so thriftless o’ thy sweets,
Thy favours are the silly wind
That kisses ilka thing it meets.
Читать далее

UİLYAM ŞEKSPİR. 4-CÜ SONET

shakespear                                     

Unthrifty loveliness, why dost thou spend…

 

Sevimli israfçı, niyə beləcə,

Gözəllik irsini sən dağıdırsan.

Təbiət pay verməz, bil ki, borc verər,

Kim onun özü tək əli açıqsa.

 

Niyə kor baxırsan, ay gözəl simic,
Sənə səxavətlə verilən şeyə.

Sən gəlirsiz sərvət əlində girinc,

Heç nə yox özünə xərc eləməyə.

 

Sən özün-özünlə sövdəyə girib,

Özünü aldada bilərsən ancaq.

Bir gün çağıranda təbiət geri,

Sənin haqq-hesabın necə olacaq?

 

                       Ölər gözəllik də yetirməzsə bar,

                      Bar versə, həmişə xatirən yaşar.

İngiliscədən tərcümə

12.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 1-Cİ SONET

shakespear

                                  UİLYAM ŞEKSPİR

    1-Cİ SONET

                           From fairest creatures we desire increase…

 

İstərik yaşasın gözəl nə varsa,

Ölməsin deyərək gözəllik gülü.

Yetkinin haçansa vaxtı çatarsa,

Xatirə varisdə yaşaya bilə.

 

 

Öz gözəlliyinin sən əsirisən,

Özün od atırsan sən öz yanğına.

Bolluğu aclığa döndərən də sən,

Şirin həyatına sən özün yağı.

 

Sən yazı gətirib müjdə diləyən,

Sən indi dünyaya naxışsan təzə.
Qönçədə dəfn edib gül gözəlliyi,

Bənzərsən bədxərclik edən xəsisə.

 

Qıyma bu dünyaya! Dünyaya məxsus
Olan yoxsa qəbrə gedəcək, əfsus!

İngiliscədən tərcümə

08.12.2017

Samara