
Babanın qələmindən çıxan hər bir mətn əşyayi-dəlildir, yənin onun Azərbaycn dilini bilmədiyinə sübutdur.
“Qəlbimdən asılan bir daş imiş, daş!”
Qəlb – ürək deyilmi? Yəni ürəkdən asılan daş imiş? Ürəkdən nə asılıbmış? Bəlkə Baba demək istəyib ki, sinəsindən asılan daş imiş, ancaq deyə bilməyib?
Sıxanda köksünə özün-özünü,
Arabir yadına düşəcəyəm mən…
Adam öz-özünü necə köksünə sıxa bilər? Qurban Məmmədli demişkən: əziz həmvətənlər! Gəlin Babanı verək məhkəməyə, dünyanın ən ədalətli məhkəməsi olan Azərbaycan məhkəməsinə. Qoy bu aferist sübut eləsin ki, adam öz-özünü necə köksünə sıxır. Məhkəmə eksperimenti kimi Baba hakimin tələbiylə bu hoqqanı andlı iclasçılar qarşısında nümayş etdirsin. Bəlkə Baba Vəziroğlu Bayıl türməsində öz-özünü sıxırmış, yəni zad eləyirmiş, qızğın adamdır, bunu iistisna eləmək olmaz.. Ancaq öz-özünü köksünə necə sıxardı?
Haşiyə çıxıb Molla Nəsrəddin lətifəsini xatırladım.Molla Nəsrəddin müvəqqəti qazi işləyəndə yanına iki nəfər ərizəçi kəlir. Biri o birindən şikayət edir ki, guya o buna kəllə vurub. Cavabdeh and içir ki, kəllə-zad vurmayıb, şikayətçi özü-özünə kəllə vurub. Molla deyir gedin, yarım saatdan sonra gələrsiniz. Tək qalan kimi Molla özü eksperiment keçirir ki, görsün adam öz-özünə kəllə vurar bilər ya yox. O qədər hoppanır ki, axırda başı divara dəyib yarılır…
Möhtərəm hakimlər! Əziz həmvətənlər! Bu adam, bu aferist öz müsahibəsində deyir ki, bir mahnısına 100 min manat alıb. Bəlkə elə “öz-özünü köksünə sıxmağa” görə. O pul təcili müsadirə olunub dünyada ən şəffaf fond olan Heydər Əliyev fonduna verilməlidir!
Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət,
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni.
Fikirləşəndə ki, bu mətnə mənim millətim bəh-bəh deyir, mən millətimdən üz çevirirəm. Bu Babalar bir deyil, beş deyil… Bu babalar elə-belə yaranmırlar. Natəmizlik olan yerdə hər cür qurd-quş əmələ gəlir. Mənim xalqımın tələbatı belədir, mənim xalqım bayağı, səthi, misraları başayaq, mübtədası xəbəriylə uzlaşmayan mətnləri sevir. Gürcü filosof Merab Mamamrdaşvili 80-ci illərin sonlarında demişdi ki, əgər gürcü xalqı Qamsaxurdianın dalınca getsə, o, gürcü xalqına qarşı çıxacaq… Mənim xalqımın siyasi seçimi yoxdur, estetik, bədii seçimi isə Baba Vəziroğludur və Baba Vəziroğlu kimilərdir. Mənim övladım olsaydı və o, Babanın sözlərinə yazılmış mahnını zümzümə eləsəydi, mən ondan üz döndərərdim. Mən Babasevərlə bir süfrədə oturub çörək kəsmərəm. Mənim xalqım necə mənəvi rüsvayçııq bataqlığına qərq olduğunu başa düşmür…
Baxın yuxarıdakı bəndə:
“gözünə, sözünə, özünə…” Şərəfsiz həyatının yetmişinə çatmış bu adam əlli ildir deyir “gözüm gözünə həsrət”.
Korsan?
Yaxşı, biz də özümüzü qoyduq korluğa. Üçüncü misra:
“Özüm bu dünyanın özünə həsrət”.
Bəs bu nədir? “Dünyanın özü” nədir?
“Təzəcə doğulan bir Aya baxdım”
Hardasan, ay Zinyət müəllim! Yapışaydın Babanın kirli qulağından, soruşaydın ki, ay yaramaz, neçə ay var ki, biri ya ikisi ola?
Özü də bu şeir Allaha müraciətlə yazılıb. Allah sənin…
“Göydə şimşək kimi çaxdın, İlahi”…
Sonra da yağış kimi yağır…
Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimə sopsoyuq küləklər əsir.
“Sopsoyuq küləklər” – necədir?
Lamançlı Don Kixotu tanıyan var? Heç vaxt görmədiyi Dulsineyanı sevir, onun şərəfinə döyüş qələbələri qazanmaq eşqi ilə yel dəyirmanları ilə vuruşurdu…Bizə məktəbdə izah ediblər ki, Don Kixot kimdir, niyə xəyalında Dulsineyanı yaradıb, niyə dəyirmanlarla vuruşur və s. Bu Babada bir qram donkixotluq, idealistlik, romantiklik yoxtur, Baba son dərəcə soyuqqanlı aferistdir. Görmədiyi gözəli sevdiyini deyirsə, məqsədi kəndlərimizdə telefodan başqa bir nəinki əyləncələri, hətta ümid yerləri olmayan qızların və oğlanların sadəlövh, heç br nizamlı, məzmunlu estetik tərbiyə almamış qəlblərinə girməkdir. Başı telofinda olan gənc heç bilmir ki, Baba yetmiş yaşında pozğun bir qocadır, zorlama ittihamı ilə Bayıl türməsində oturub, bu qafiyələi sevgi demaqoqiyası pul tələsidir…
Bilmirəm gözlərin necədir senin ?
Saçların bir zulmət gecədir sənin,
Bilmirəm yaşını, neçədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni.
Yenə ən ədalətli Azərbaycan məhkəməsiunin hakiminə müraciət edirəm. Möhtərəm hakim! Bu aferist cənab əgər arvadı görməyibsə, hardan bilir ki, saçları “zülmət gecədir”? Möhtərəm hakim! Üçüncü misrada ciddi qrammatik səhv var. Yuxarıda da deyilənləri nəzərə alsaq, bu, Baba Vəziroğunu nəinki ali məktəb diplomundan, hətta attesstatdan məhrum etməyə əsas deyilmi?
(ardı var)
19. 09. 2023, Samara