Архив тегов | hac; Abid Qafarov/ Abid Qafarov h’bs

İLHAM ASLANOĞLUNA: AMANDIR, O KİTABLARIN ALTINDA OTURMA, BAŞINA UÇAR, «СОВСЕМ МЕРТВЫЙ БУДЕШЬ…»

Hacı Abid Qafarov

Mən Mirzə Əlil olaraq bildirirəm ki, İlham Aslanoğluna böyük məhəbbətim var. Ayrı cür çıxmasın, bu kişini mənə sevdirən bu kişinin müstəsna cəsurluğu və fədakarlığıdır. Bir insanı sevəndə də o tez-tez yadına düşür, görməyəndə darıxırsan, həyatının təhlükəsizliyi üçün narahat olursan.

Məşhur şoumən, əhli-beyt və hicab fədaisi Qurban Məmmədlinin son verilişinə baxanda o dünyaya gedib-gəldim. Xomeyni aşiqi həci Abid Qafarovun evindən çəkilən süjetə qurtarınca bir neçə azarın dərmanını atdım. Hətta Allaha dua da elədim, hərçənd bilirəm ki, mənim kimilərin duasını Allah qəbul eləməz, hətta səsimi eşidib acığa düşər…

İlham Aslanoğlu oturmuşdu həci Abidin geniş kabinetində hündür divardan alt-alta asılmış kitab rəflərinin altında. Bu rəflərdə o qədər kitab var idi ki, ümumi çəkiləri yəqin ki, üç-dörd ton və hətta daha artıq olardı. Kitabların hamısının farsca yazılmış şiə ədəbiyyatı olduğunu nəzərə alsaq, çəki daha da artar. Çünki Xomeyni ilhiyyatçılarının dedikləri və yazıqları sözlərin çəkisi adi insanların dediyi sözlərdən qat-qat ağır olur. Aslanoğlu oturmuşdu lap divarın dibində və mən fikirləşdim ki, birdən o rəflər divardan qırılsa, o kitablar bir neçə ton ağırlıqla töküləcək İlham müəllimin başına və İlham müəllimi qalağın altından ancaq FHN-ni işçiləri, özü də cansız halda çıxara biləcəklər…

Müsibəti təsəvvür edirsiniz? Mən verilişə baxa-baxa ağlayırdım…

Çəkiliş bitdi. Allahın qüdrəti ilə rəflər divardan ayrılıb Aslanoğlunun başına düşmədi…

Sonra mən indi Avropalarda sərinlənən Abid Qafarovu düşündüm. Siz də düşünün. Düşünün ki, xomeyniçilərin yazdıqları və tonlarla ağırlığı olan kitablar həci Abidin başının içindədir. Yəni həci Abid başında mühəndis biliklərindən savayı bir neçə ton İran-İslam cəfəngiyatı gəzdirir…

Fikirləşirəm ki, bu baş o ağırlığa necə dözür…

Fikirləşirəm ki, hamısı fars dilində olan İran-İslam kitablarında nə yazıla bilər? Cənnətin təsviri? Cəhənnəmin? Dörd arvad almağın savabı? Siğədəki savab və gözəllik? 12 yaşlı qızcığazları ərə verməyin zəruriliyi və vacibliyi?

İlham Aslanoğlu üçün daha narahat deyiləm. Sağ-saılamat çoxtonluq kitabların altından çıxıb getdi ailəsinin üstünə. Ancaq həci Abid üçün narahatan. Çünki bir neçə tonluq şiə cəfəngiyyatını bu insan başının içində daşıyır…

Həci Abiudin şirin tat ləhcəsinə və avazına vurulub şiə cəfəngiyatına uyanlar üçün daha çox narahatam…

Ancaq İlham Aslanoğlunu çox sevdiyimə görə ona bir rus sovet kinokomediyasından Vasili Alibabayeviçin sözlərini xatırladıram:

Эй, гражданина! Ты туда не ходи, ты сюда ходи. А то снег в башка попадёт. Совсем мёртвый будешь!”

İlham müəllim, Xomeyni kitabları olan yerə getmə, ayatullanın dar ağaclarını gözünün qabağına gətir…

 

Mirzə Əlil

14. 03. 2024, Samara

P,S. Yeri gəlmişkən. Fikir verən varmı ki, Qurban Məmmədli son vaxtlar nə boyda buxaq bağlayıb? Maşallah! Allah yəqin bu kişinin orucunu, namazını qəbul edir, yoxsa o buxaqdan hər adama vermir…Mənim çənəmin sümükləri də görünür…

M.Ə.