Архив тегов | Hacı Tale Bağırzadə

TALE BAĞIRZADƏ VƏ ZÜMRÜD YAĞMURUN ÇILPAQ QOLLARI

“Azadlıq” qəzeti Tale Bağırzadənin doğum gününü qeyd edir. Bu münasibətlə Zümrüd Yağmur adlı müəllifin yazısı gedib: “Yoladamı”.

Vikipediyaya baxdım – Zümrüd Yağmur kəndçi qızıdır, Masallı kəndlərinin birində doğulub böyüyüb. Bəlkə də Rafiq Tağının kəndiylə qonşu kənddə — Rafiq də Masallıdandır.

Tale Bağırzadə Maştağa məscidindəki çıxışında deyirdi: “Niyə cəhənnəmə vasil olmuş Rafiq Tağıya Qafqaz müsəlmanları idarəsi “mürtəd demirdi?”

(https://www.youtube.com/watch?v=6ic31eAUT60)

Yəni Rafiq Tağının bıçaqlanıb öldürülməyi Tale Bağırzadənin ürəyinmi soyutmayıb, sağlığında ona rəsmən “mürtəd” deyilmədiyinə acıqlıdır.

Əgər Tale Bağırzadə Zümrüd Yağmurun, “Azadlıq” qəzetinin əməkdaşlarının ailəsindən olan mərhumlar haqqında “cəhənnəmə vasil olub” desəydi, onda da radikal ilahiyyatçıya belə hörmətli, pərəstişə yaxın münasibət bəsləyərdilər? Əgər Rafiqin yerində Zümrüd Yağmurun qardaşı olsaydı?

Tale Bağırzadənin Türkiyədəki çıxışından: “Amerika, İsrail İslamın düşməni deyillər? Biz düşməni tanımırıq? Bilimirik ki, İsrail düşməndir? Həm Azırbaycan xalqına, həm türk xalqına, ümumilikdə islam hümmətinə böyük ziyanlar vurur!”

İndi sual “Azadlıq” qəzetinədir: redaksiya da İsraili və Amerikanı Azərbaycan xalqınn düşməni sayır?

“Azadlıq” qəzeti də hicab uğrunda mübarizəni Azərbaycan xalqının birinci vəzifəsi sayır?

Mən İnternetdə Zümrüd Yağmurun şəkillərinə də baxdım: hamısında başıaçıq, çoxunda qolları da çılpaq. Tale Bağırzadə belə hesab edirdi ki, belə qadınların qolları cəhənnəm tonqalının odunu olacaq…

O ki qaldı yazının keyfiyyətinə, deyə bilərəm ki, Zümrüd Yağmur yazıçılıq vergisiylə doğulmuş adamlardan deyil, özünü yazıçılığa qoyanlardandır. Bir cümləsini oxuyun. Yaşı əlliyə çatan “yazar” dilinin bəsitliyi, primitivliyi və eyni zamanda dolaşıqlığı ilə heyrətə salır: “Bu ölkədə, yolsuzların əhatəsində YOL adamı olmaq çətindir, çünki sənin YOLunu bilməyənlər sənə əhkam kəsəcək. Çünki o YOLun mənasını anlamayanlar böyük cümlələrin arxasına sığınıb səni öz mənasız deyimləri ilə təhlil etməyə çalışacaqlar…”

Mən ona görə gəncləri bu “Azadlıq”dan, lotu-potu hacılarla, həlləm-qəlləm dindarlarla və şiə ritorikalı İŞİDçi Tale Bağırzadə kimi adamlarla aşnalıq edən Xalq Cəbhəsindən uzaq olmağa çağırıram. Bunlardan yenə Əliyev yaxşıdır. Əliyev insanlardan susmaq tələb edir. Tale Bağırzadə kimilər isə insan üzərində total nəzarətə — nə geydiyinə, nə yediyinə, necə, kiminlə yatdığına, nəyə qulaq asdığına – nəzarətə iddia edirlər. Əlbəttə, bu baxımdan Əliyev yaxşıdır…

 

 

«CƏBHƏ»ÇİLƏR DƏ AZƏRBAYCANI «İMAM-ZAMAN»IN GƏLİŞİNƏ HAZIRLAYIRLAR?

Tale Bağırzadəni norveçlilərin “vicdan məhbusları” siyahısına dürtməklə Azərbaycan “demokratları” özlərini olub-qalanın hörmətdən və etibardan saldılar. İndi sağlam fikirli və əsil demokrat ruhlu və düşüncəli  insanlar, əlbəttə, belə “demokratlara” yaxın getməz, ancaq AXCP adından çıxış edən və islam faşizmiylə həmrəy olan məsuliyyətsiz şəxslər ümumilikdə demokratik hərəkata böyük ziyan vururlar. Və təəssüf ki, Tale Bağırzadənin öndə olan dəstəkçiləri və pərəstişkarları Qərb ölkəərində sığınacaq tapıb qərb benefitləti, qrantları ilə dolananlardır.

Hacı Bağırzadənin Azərbaycan üçün hansı gələcək arzuladığını və Nardanranda qərargah qurub fəal şəkildə hazırladığı gələcək barədə təsəvvür yaratmaq üçün onun çıxışlarından birinə baxmaq kifayətdir. Bir neçı sitat:

 

“And olsun Allaha, İmam-Zaman gəlsə, Bu gün Yəmən hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün İran İslam Respublikası Başda Rəhbərimiz ayatulla Xamanei olmaqla hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün Azərbaycanda o şəraiti yaratmışıq  ki, İmam-zaman təşrif gətirsin bura?”

“O şərait yaranmalıdır Azərbaycanda. O ruhiyyə yaranmalıdır ki, imam zaman təşrif gətirsin bura!”

“Şükür olsun ki, bu ruhiyyə bu kənddə var”.

“Bu ruhiyyə bu kəndlə məhdudlaşmamalıdır”

“2002-ci il deyil ki Nardaranda təkbaşına mübarizə aparsın”.

“Kəndlərimizdə çoxlu Hüseyn təfəkkürlü gənclərimiz var!”

“Ağanın gəlişinə hazırlaşmağın çoxdan vaxtıdır!”

HACI TALE BAĞIRZADƏ: «MEIN KAMPF»

“Quranda Allah taala nə qədər yerdə cihada möminləri dəvət eləyir. Bir şəxs çıxır

guya şərh eləyir: “Cihad” —  yəni gedin öz üzərinizdə işləyin”

“Haqsızlıqdır bu ayələrə, camaatı yoldan azdırmaqdır”.

Əli buyurur Cihad dörd şöbədən ibarətdir:

  1. Yaxşı işlərə dəvət
  2. Pislikdən çəkindirmək
  3. Torpaqları qorumaq
  4. Ya fasiq insanı görüb onunla düşmənçilik edərək döyüş meydanında vuruşmaq. Günahkar insanlara qarşı vuruşmaq, fəsadı yayan insanlarla düşmənçilik emək

Həzrət Əlinin xəttidir bu.

“Görürsən biri şərabı yayır, qarşısına çıxırsan, qabağını alırsan”.

“Donuz ətini yemək olar, əgər ölürsənsə, ancaq ləzzət və doyma qəsdi olmadan.

İmam Hüseynin düşmənlərindən intiqam almaq boynumuzdadır

 “Cəhənnəmə vasil olmuş Rafiq Tağı”.

hacı taleHacı Talenin Rafiq Tağının xatirəsini təhqir etdiyi an

“Din dövlətdən ayrılanmaz, bu, konstitusiyada səhvdir”.

“Bir gün gələcək burdakı (Nardarandakı — X.X.)ruhiyyə bütün Azərbaycanda olacaq”.

 “Bizim böyüklərimiz, xüsusən rəhbərimiz Əli Xaamanei xüsusilə bu məsələni vurğulayır: düşməni tanimaq lazımdır, vəhdəti qorumaq lazımdır”.

“Azərbaycan xalqının öz rəhbəri Xamaneiyə bağlılığı var, düşmən bunu bilir”.

“Azərbaycanda şərait yaratmalıyıq ki, İmam-zaman ağa gəlsin bura”

“Azərbaycan Hüseynçilər diyarıdır”.

“Aşura bizim millətin milli kimliyi olub artıq”.

“Allah qanunu dünyanın hamısına hakim olmalıdır”.”

“Hicab qadının türməsi deyil, qalasıdır”.

“Hicab qeyrət simvoludur. Hər bir kişi bunları bilməlidir”.

“Bu söhbətlər hamısı müqəddimədir. Kişi gərək hicabı müdafiə edə və mübarizə apara. Bunlar hamısı söhbətlərdir, moizələrdir.Əsas məsələ meydanlarda agah olur”.

 

 

BU İNSAN NİYƏ GEDİB MAŞIN QAYIRMIR?

“Çətinliyin yanında asanlıq da var”.

“Düz yanaşaq dünyaya, düz baxışnan baxaq”.

“Yarışdar var ey iki nəfər döyüşür arada fasilə verillər,  futbolda fasilə olur”.

Allah deyir bir az rahattığ verəcəm, həyat başdan-başa çətinlikdir

“Allah ruzi verir, sora alır,

“İmam zaman dövründə də ailmlər deyir problemlərdər  qalacaq, düzdür çoxu həll olacaq, ancaq yenə qalacaq”.

“Xristian dini naqis yaşayır bu gün”.

“İsa dara çəkilməyib, göyə çəkilib”.

“Mən bunu bir kitabda oxumuşam, o kitab fars dilinə tərcümə olunub, mən farsca oxumuşam”

“İsanın çarmıxa çəkilməyi düzəlmə bir şeydir”

“Şəhidin qanı olmasa, din yaşamaz”.

“Dünyanını hər yerində azərbaycanlılar cəfəridirrlər”.

“Azərbaycanlı dünyanın harasında olursa olsun, Aşurada yadına düşür ki, azərbaycanlıyam”.

“Cəfərilik azərbaycanlıların milli kimliyidir.”

“Şəhidin qanı hesabına xalq yaşayır”.

ŞAHİN

Bu sitatlar Hacı Şahinin YouTube-a qoyulmuş iki çıxışındandır. Bu sitatların bəziləri cəfəngiyyat, bəziləri ağ yalan, bəziləri təhqirdir. Bəzilərində ciddi təhlükə var.

Dünyadakı bütün azərbaycanlılaın cəfəri olduğu iddiası – bu, ağ yalan deyil?

İsa haqqında iddialar xristianlığa təhqir deyil?

“İmam-Zaman dövründə” hası problemlərinsə həll olunacağ, hansılarınsa qalacağı haqqında fikirlər isə tam cəfəngiyyatdır.

Şəhidliyə, qana çağırış – ekstremizm deyilmi?

İnternetdə baxdım – bu cənab maşınqayırma fakültəsini qurarıb. Sual çıxır: niyə bu adam gedib maşın qayırmır?

Niyə ali təhsilli mühəndis Nardaranda bir sex açıb gəncləri başına yığmır?

Əlbəttə, maşın qayırmaq çətindir, intellekt istəyir, zəhmət istəyir, ancaq saatlarla belə cəfəngiyyat danışmaq demaqoqluq, naqqallıq  qabiliyyətidənheç bir səy istəmir, ancaq yaxşı pul gətirir və uca kürsülərə də qaldırır…