Архив тегов | Heydər Əliyevin yüz illiyi

GƏDƏBİYYAT. ZƏLİMXAN YAQUB YA ÖNDƏRƏ SATAŞIB YA MİLLƏTİ DOLAYIB…

Bir dahi doğulub gəldi dünyaya

Zəlimxan Yaqubun “Bir dahi doğulub gəldi dünyaya” şeirini 5-ci sinfin dərsyində oxuyub, Əliağa Kürçaylı demişkən, “heyran kəsildim”. Hətta, açığını desəm, mənə eə gəldi ki, bu, heç şeir deyil, adama sataşmaqdır. Yəni Zəlimxan Yaqub bu şeirlə ümummilli liderə sataşıb. Bəlkə zarfatları olub, bilmirəm. Baxın.

«Naxçıvanda doğuldu»

Bunu başa düşdük. Deməsəydi də, 5-ci sinif şagirdi biləcəkdi ki, öndər Naxçıvanda doğulub. Azərbaycanın ayrı yerlərində doğulanların rəhbərliyə ləyaqəti yoxdur. Ancaq elə ikinci misra uşaqğı çaşdırmalıdır.

“23-ün mayında”.

Belə şey olar? Dərs ili 15-in sentyabrında başlayır ya sentyabrın 15-də? Təzə il 1-in yanvarın  girir ya yanvarın birində? Necə yəni “23-ün mayında”? Bu, adama sataşmaq deyil? Deyirsiniz Zəlimxan Heydər Əliyevə sataşa bilməzdi? Yaxşı, razıyam. Onda belə çıxır ki, bu gürcüstanlı o qədər yeyib harınlayıb ki, dilin qanunlarına tüpürüb, Azərbaycan xalqını dolayıb, millətə vedrə bağlayıb, kəlləmayallaq yazıb…

Ay lotu…

Sonra “mayında”nın qafiyəsi gəlir:

«Güllü bahar fəslinin

ən işıqlı ayında.»

Gülsüz yaz olur? Yazda hətta Çukotka da çiçəklənir…

Yeri gəlmişkən, «Çukotka» türk sözüdür, “çox ot olan yer” deməkdir, Xəlil Rzanın Salyandakı abidəsinə and olsun…

Sonra gürcüstanlı karandaşının ucuna tüpürüb yazır:

“Anası İzzət xanım,

atası Əlirza

Şükürlər oxudular

onlara oğul verən

Tanrıya, İlahiyə”

Bəlkə “şükr”  dedilər? Tanrıya ya İlahiyə? Gürcüstanlı bilməyib ki, Allahdan başqa ilahi yoxdur…

“Ata-ana ad qoyub

adına Heydər dedi,

Bu, azərbaycancadır? “ad qoyub adına…”

«Bu həyatın barını

dərdikcə, hey dər, dedi…”

“Dərrdikcə, hey dər…”

Bu nə qaraçı dilidir? «DƏRDİKCƏ HEY DƏR…»  Adam öz başına ikiəlliqapaz salmaq istəyir…

Bəs neft, qaz barəsində bir şey demədilər? Heydər özü başa düşdü?

 «O boy atıb böyüdü

gündə bir darı boyda,

Ona layla çalanın

xoş arzuları boyda.

Yaxşı baxın: bir darı boyda Heydər böyüyür. Deməli, “ona layla çalanın arzuları” da darı boydadır – belə deyil? Blədirsə, bu, adama sataşmaq deyil? Yox? Onda milləti dolamaqdır?

“Damar-damar bərkidi,

pillə-pillə böyüdü”…

Bu proses sizə tanış gəlir? Siz özünüz necə böyümüsünüz? Pillə-pillə ya ayrı cür?

Əzələ bərkiyər, sümük bərkiyər. Damar necə bərkiyir?

Bu lotuluğu müəllim uşaqlara necə sırıyır?

Yazıq Azərbaycan uşaqları… Pillə-pillə böyü, sonra nəinki böyüməyinə, hətta doğulmağına da peşman ol…

X.X.

08. 05. 2024, Samara