Архив тегов | İlahi Komediya tərümə

DANTE. CƏHƏNNƏM. 7-Cİ NƏĞMƏ

interior_dante_divinecomedy_inf_07_079

(fraqment)

1 “Pape Satan, Pape Satan, Aleppe!”

Plutos başladı qaqqıldamağa,
Və mehriban Alim, hər şeyi bilən,

 +

4 Mənə ürək verib dedi: “Uzağa

Qorxunu qov, yoxsa o, güc gələrək,
Qoymaz biz qayadan düşək aşağı”.

 +

7 Şişmiş dodaqlara sarı dönərək,

Sonra dedi: “Dinmə, mənfur canavar!

İçindəki qeyzi udasan gərək.

 +

10 Səbəbsiz getmirik girdaba, qərar,
Göydəndir, Mikayıl qisası ilə,
Orda basılmışdır asi olanlar”.

 +

13 Dor zəifləyəndə yıxılar birgə,

Necə ki, küləklə köpən yelkənlər —
Elə gəldi vəhşi monstr yerə.

 +

16 Dördüncü çevrəyə çatana qədər,

Bütün kainatın şəri yer alan

Hüznlü sahillə getdik bu təhər.

 +

19 Tanrı ədaləti! Varmı bir sayan,

Burda nə qədərdir belə faciə?
Ağır cəzalanır nə üçün insan?

 

Aprel 2023, Samara