Архив тегов | İlham Əiyev

AĞACI QORUYA BİLMƏYƏN RƏHBƏR ÖLKƏNİ NECƏ QORUYAR?

Cənab prezident İlham Əliyev deyib ki, Bakıda qiymətli ağacları kəsənlərlə bacara bilmir. “Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər”.

İndi özünüz deyin: gözünün qabağndakı və ya, şəkililər demişkən, ağzının içindəki ağacları kəsənlərlə bacarmayan rəhbər işğalçıları ölkədən qova bilərmi və ya yeni həmlələrin qabağında dura bilərmi?

MEYMUN ÖZÜ OLA-OLA…

Rüstəm İbrahimbəyov İlham Əliyevə: “İlxam bek! Nukeriniz Ali Qasanovu mexkemeye verirem, bu da ərize!”

Sağ ol, belə öndəri Xalqımıza göndərən!

İlham Əliyev deyib ki.1992-1993-cü illərdə Azərbaycanın istiqlaliyyəti əldən gedirdi, milli öndər bu istiqlaliyytəti xiıas etdi.

Bu, möhtərəm prezidentin bütün başqa fikirləri kimi çox dərin və mürəkkəb filkirdir. Başa düşüncə məni qan-tər bürüdü. Yəni, mən başa düşən,  Azərbaycan o vaxt Kəlbəcərdən, Qubadlıdan, Ağdaamdan, Zəngilandan, Füzulidən, Cəbrayıldan asılı idi, bu rayonları verib asılılıqdan qurtarmışıq, yəni istiqlaliyyətimizi qorumuşuq.

 

ƏVVƏL MİLLƏTİ AĞLADIRLAR, SONRA HALINA AĞLAYIRLAR

Milli Məclisin mətbuat xidməti deyib ki, Zeynəb Xanlarova Mehriban Əliyevanı Jann D’Arka bənzətmətməklə bir balaca çaşıb. Zeynəb xanım prezidentin arvadını Tereza anaya bənzətmək istəyirmiş, çünki Mehriban xanım da Tereza ana kimi yetim-yesirə, kasıb-kusuba ana sevgisi, ana qayğısı göstərir.

 

RAZISAN? HƏ, HƏ…

Bu Novruz bayaramını da belə yola verdim…

“Keçirdim” deməyə ürəyim gəlmir, çünki, sizdən nə gizlədim, bir az kasıblıq oldu. Qabaqlar hər Novruzda bir neçə samaralı soydaşım mənə bayram payı gətirirdi, bu dəfə bir çürük qoz da gətirən olmadı. Hansı qurumsaqsa mənim adıma çıxarıb ki, güya mən Azərbaycandakı referendumun əleyhinəyəm, mənim pay gətirənlərim də inanıb inciyblər məndən.  Çünki çox vətənpərvər adamdırlar, vətəndən ötrü başlarlından keçərlər, prezidentdən ötrüsə bütün başqa yerlərindən. Üstümə xəbər göndəriblər ki, Mirzə, biz səni belə xain bilməzdik. Azərbaycan refetendumunu erməni özü bəyənib, sən namərdlikdə ermənini də vurub keçmisən.

Vallah, mənim adıma söz çıxaran qurumsaq əlimə üşsəydi, bilirsiniz mən ona neylərdim? Bilmirsiniz? Mən də bilmirəm.

Heyf, cavanlıq!

A kişi, mən həmişə Əliyevlərin əbədilik ölkə başçısı olmağını istəməmişəmmi? Bunu hər yerdə deməmişəmmi? Bunu bəlkə İlham Əliyev özü də bilir və eşitsə ki, Mirzə böhtan qurbanı olub, ordan mənə bir vaqon qoz-fındıq göndərər. Əslində referendumun nəticələri mənim üçün qoz-fındıq, paxlava və şəkərburadan min dəfə qiymətlidir. Camaat qırxdan çox sualın cavabına yüz faiz “hə” cavabı verib. Bəli, yüz faiz. Sonra İlham bəy zat-aliləri deyib ki, on faiz azaldın, desək ki, yüz faizdir, bizə hökmən göz dəyər. Ona görə on faiz azaldıblar. Ancaq doxsan faizə də bəzi qonşuların paxıllığı tutub. Deyilənlərə görə, mərkəzi seçki komissiyasının sədrinə ermənilərin gözü elə dəyib ki, yazığın ağzı əyilib və indi zəhmətlə qazandığını yeyə bilmir…

Dünyanın çox ölkələrinin rəhbərləri bizim xalqımıza “afərin” deyiblər. Bizim prezidentimiz də Birləşmiş Millətlər Təşkilatına məktub göndərib ki, hansı ölkənin konstitusiya dəyişdirmək fikri olsa, gəlsin referendumunu keçirsin Azərbaycanda. Bizim camaatımız siyasi cəhətdən elə kamilləşib, elə yetkinləşib ki, bütün konstitusiyaları istənilən dildə gözüyumulu oxuyar və gözüyumulu da səs verər. Guya Pangemun cənablarının bu təklifdən gözləri yumrulanıb alma boyda olub və Koreya dilində nəsə deyib. Bizim diplomatlar bunu da “hə” kimi başa düşüblər…

Burda bir soydaş var… Adını demirəm. Heç etibarım yoxdur ona, ürəyimə damıb ki, fikri-zikri məni güdaza verməkdir. O gün mənə deyir ki, Mirzə, bilirsən niyə bizim camaat yüz faiz “hə” deyir? Çünki bizim camaat çox qeyrətli camaatdır. Dedim ki, a kişi, mən özüm də yaxşı bilirəm ki, bizim camaatımız qeyrətli camaatdır. Sözünün canını de. Deyir ki, Mirzə, Azərbaycanda səsvermə bülletenlərinin qırağında xırda hərflərlə yazırlar ki, “hə” deməyən maygülüdür. İndi özün fikirləş, kim maygülü adını üstünə götürər? Bülleteni qollayıb çıxırlar…

Soydaşımın bu söhbəti məni açmadı, tez sağollaşıb ayrıldım. Belələriylə aşnalıq qatsan, qozdan mərhum olmaq nədir, başında bir vaqon qoz sındırarlar.

O ki qaldı Novruza, Bakıda elə kef olub ki, qonşularımızın ağızlarının suyu axıb. Hələ bir neçə min erməni müraciət eləyib bizim hökümətə ki, buraxın gələk top-tüfəngimiszlə sizin atəşfəşanlığınızda iştirak edək.  Bizim hökümət deyib ki, yox, biz sizi qoymuruq, çünki biz sizdən küsmüşük və hələ danışmaq istəmirik. Ermənilər də elə bikef olublar ki, başlayıblar Ağdamda hərbi təlimlər keçirməyə.

Seçki komissiyası sədrinin əyilmiş ağzına and ond olsun, bu ermənilər çox üzlü, çox həyasız adamdırlar. Onlara deyəsən ki, qırışmallar, təlim keçirməyə yer başınıza qəhətdir, gərək elə Ağdamda keçirəsiniz? Bəs demirsiniz ki, top səsləri çatar ağdamlıların qulağına və bu, ağdamlıların qeyrətinə dəyər?

 

                                                              Mirzə ƏLİL

26.0309 Samara