Архив тегов | İlham Əliyev

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

İLHAM ƏLİYEVİN BAYRAM YUXUSU

2023-cü ilin son gecələrinin birində İlham Əliyev yuxusunda görür ki,  Məmmədəmin Rəsulzadə oturub çarpayısının ayaq tərəfində, gözünü zilləyib ona. Qorxudan İlham Əliyev az qalır yuxudan ayıla, ancaq ayıla bilmir. Birtəhər qurumuş boğazını isladıb deyir:

— Dyadya Mamed… Mamed dayı, bu sənsən?

— Mənəm, adım da Mamed deyil, Məhəmməd Əmindir.

— Məhəmməd Əmin dayı, mən axşam bir az vurmuşam… Bayramqabağıdır, özün bilirsən…Dəmi getməyib…Başa düşmürəm, sən dirilib gəlmisən bura ya mən ölüb getmişəm ora? Sərhədi necə keçmisən? Yəqin yaxşı bağlamamışam… Bəlkə uçmusan? Pasportun var? Bizdə pasport məsələsi ciddidir, Əli Kərimliyə pasport vermirəm, heç yerə uça bilmir, kürt toyuq kimi oturub… Ancaq cücə çıxarmır…Üzr istəyirəm, bunu zarafat kimi dedim… Mənlik nə işin?

— Eşitdim bizim gədə səni dəstəkləyib…

— Sizin gədə hansıdır? Bizim ölkədə, ayıb olmasın, məndən başqa hamı gədədir. Hamısı da məni dəstəkləyir…

 — Nəvəmi deyirəm. Rəis Rəsulzadəni.

—  Şəkilçəkən? Dəstəkləyib. Hələ deyirdi ki, istəsəniz, babamı söyərəm. Dedik hələ lazım deyil.

-Onsuz da məni çox söymüsünüz…

— Qabaqlar olub, indi söymürəm. Azı bir aydır söymürəm… Məhəmməd Əmin dayı, sən də məni dəstəklə, bir yağlı fərman verib sənin 140 illiyini zurna-balabanla keçirərəm.

— 130 illiyimdə də o fərmandan vermişdin, ancaq zurna-balaban çaldırmadın, qalan şəkillərimi də küçələrdən götürdün…

— Məhəmməd Əmin dayı, hamısını eləyən Mehribandır. Bezmişəm əlindən. İstəyirəm boşayıb mən də sənin kimi bir avropalı arvad alım… İstəyirsən, indi çağırım boşayım. Mehriban, ay Mehriban…

Bu yerdə İlham Əliyev öz səsinə ayılır, çarpayısının qırağında Məhəmməd Əminin yerində Mehribanın oturduğunu görüb ayılmağına peşman olur…

Mirzə ƏLİL

31. 12. 2023 Samara

İLHAM ƏLİYEV PARİSİ MƏHƏMMƏDMİRZƏLİLƏRLƏ PARTLADIR

Məhəmməd Mirzəli 1

Qədim ingilislərdən kimsə deyib: «Revenge is a dish best served cold». Yəni “Qisas – soyuq halda çəkiləsi yeməkdir”.

İlham Əliyev qisasçı, çox qisasçı adamdır, ancaq ermənilərdən qisası isti-isti yox, otuz il keçəndən sonra aldı.

İndi Fransa hökumətinin, ayrı-ayrı siyasətçilərinin İlham Əliyevə, Azərbaycandakı siyasi rtejimə qarşı apardığı kampaniyanı müşahidə edənlər  təəccüblənirlər: “Niyə padşahımız fransızlardan qisas almır?”

Alacaq, tələsməyin. Dövlətlər səviyyəsində qisas vaxt, strateji palanlaşdırma tələb edən prosedurdur. Ancaq prosedur artıq başlanıb. Fransızlar hələ İlham Əliyevin xətrinə dəyməmişdən padşahımız qisas tədbirlərinin planını cızıb, startını verib.

Məhəmməd Mirzəlini tanıyırsınız? Leksikasının yarısı “uje”, “vapşe” kimi sözcüklərdən, qalan yarısı da cinsiyyət orqanlarının adlarından ibarət olan gədəni deyirəm. Kim deyə bilər ki, bu gədəni Fransaya İlham Əliyev yeritməyib? Bu gədənin lham Əliyevi, onun ailəsini söyməyi də planlaşdırılıb. Yəni İlham Əliyevin xüsusi orqanları (Mirzəli deyən orqanlar yox) özləri belə söyüşcülü seçib Fransaya yeridiblər.

Arkadi Raykin bir səhnəcikdə tərəvəz bazasına avadanlıq əvəzinə royal almış işçisinin qarnına dümsük vurub soruşurdu: “Royal? İ şto budet?” Yəni ki, sual çıxır: söyüşcül, başdan xarab Məhəmməd Mirzəli Fransadadır – indi nə olsun?

O olsun ki, bu Məhəmməd Mirzəli orda doğub törəyəcək, mirzəlilər Nantı, Marseli, Parisi bürüyəcək. Dünya bir də görəcək ki, İlham Əliyev nəinki Parisi, bütün  Fransanı partladır.

Fransa nədir? Fransa sivilizasiyadır, mədəniyyətdir. Çox böyük, çox zəngin. Kənd məktəbində mənim müəllimim şagirdlərin birinə hər gün bir neçə dəfə “Murdar sudan əmələ gələn deyirdi”, çünki uşaq nikahdankənar doğulmuşdu…

Mənim əsl müəllimlərim Paskal, Hüqo, Balzak, Kamyu, Sartr olublar.

Qorki Dikkens haqqında deyirdi: “Bu yazıçı insanı sevmək elmini yaxşı mənimsəmişdi”.

Bunları böyük fransız müəlliflərinin hər biri haqqında demək olar.

Fransız poeziyası, fransız musiqisi, kino, balet, Luvr – bunlar dünya mədəniyyətinin zəngin xəzinəsidir.

On beş-iyirmi Məməmmədmirzəli on beş-iyrm il ərzində on beş-iyirmi minə çevrilər, bu mədəniyyətin əsaslarında çatlar yaradarlar.

Bu yaxnlarda fransız mətbuatı Fransanın üzləşdiyi yeni bir problemdən yazırdı. Parisdə və başqa şəhərlərdə mənzillərdə çox təhlükəli yataq həşəratları əmələ gəlmişdi.

Məhəmmədmirzəlilər o həşəratdan da təhlükəlidirlər.

Çox istərdim ki, Makron, Fransanın başqa nüfuzluları İıham Əliyevə sülh təklif edələr, razılaşıb Məhəmmədmirzəliləri göndərələr uzaq bir yerə, Məsələn Ruandaya köçürələr. Qoy orda Məhəmməd Mİrzəli təsərrüfatını oynadıb söyüş söysün. Afrikalı cavanlar ona elə təsərrüffat göstərərlər ki, dilini həmişəlik qoyar qarnına ya ayrı bir yerinə..

İndi YouTube-u gəzib Məhəmməd Mirzəlini Sevinc Osmanqızının verilişndə görəndə məəttəl qaldım. Bu incə-mincə, iki uşaq anası olan qadının, əlini cinsiyytə orqanlarından çəkməyən gədə ilə ünsiyyəti. məni, Ləman Afətqızı demişkən, şoka saldı…

Heyf sənə Fransa…

Fransa təkcə fransızların yox, bütün bəşəriyyətin mənəvi irsi və sərvətidir. Onu Məhəmmədmirzəlilərdən qorumaq müqəddəs borcumuzdur.

Allah eləsin ki, Fransa İlham Əliyevin qabağında ağ bayraq qaldırsın və sülh istəsin. Onda bəlkə padşahımız yeniyeni məhəmmədmirzəlilr göndərib Fransanı viranq qoymaq fikrindən daşınar.

Amin!

26. 11. 2023, Samara

ALDIM QAZ, SATDIM QAZ…

                  QAZ

       vodevil

 

Əliyev: A kişi, sən öl, mən sənə nə qədər desən, qaz verərəm.

İvanişvili: Ay batano İlham, sənin qazın heç öz millətinə çatmır axı!

Əliyev: Hansı milləti deyirsən?

İvanişvili: Necə hansı milləti? Azərbaycanlıları.

Əliyev: Bağışla, fikrim ayrı yerə getdi… Batano, bizim millətə hələlik qaz vermək düzgün deyil. İşlədə bilmir millət qazı. Açır şoğəribi, bağlamır, bir də gördün partladı. Yavaş-yavaş öyrədirik. Öyrənməkləri bir əlli il çəkər…

İvanişvili: Mən qorxuram qazınız çatmaya, bizim camaat burda üşüyə. Batano, gürcü incə-mincə millətdir, qaz olmayanda üşüyür.

Əliyev: A kişi, biz ölmüşük ki, gürcü üşüyə? Allah eləməmiş, qazda problem olsa, millətin bütün yorğanını yığıb göndərərəm sizə.

İvanişvili: Bəs öz millətin yorğansız qalacaq?

Əliyev: Batano, bizim millətin gönü qalındır, üstünə əskidən-üsküdən örtüb qızışacaq….

İvanişvili: Vallah, üz vurursan, qalmışam məəttəl. Bizim qaz almağa heç pulumuz yoxdur.

Əliyev: A kişi, sən məni lap söyürsən. Mən səndən pul istəyirəm? Qaz sənə peşkəşdir. Bizim millət fəxr edir ki, onun qazını gürcü milləti yandırır. Üstündə pul da veririk. Nə qədər lazımdır? Utanma, de.

İvanişvili: Vallah, lap məəttəl qalmışam. Sənin xətrinə dəymək istəmirəm, ancaq biz gürcülər hər adamdan pul götürmürük…

Əliyev: A kişi, mən “hər adamam”?  Mən sənin kiçik qardaşınam.

İvanişvili: Qardaş yox də…

Əliyev: Olum uzaq qohumun. Lap uzq ey, suyunun suyu. Bax, al bu üstümdəkini, saymamışam.Mən pul saymıram. Sən də sayma. Dalı da gələcək. Götür.

İvanişvili: Vallah, başqası olsaydı, götürməzdim. İndu sən üz vurursan, keçə bilmirəm…

12.03. 16

Mirzə Əlil

 

ARİF YUNUSU ŞƏXSƏN İLHAM ƏLİYEV QARŞILAYIB

İLHAM YUNUS

ПРИ ВЫХОДЕ ИЗ ТЮРЬМЫ АРИФА ЮНУСА ВСТРЕТИЛ ЛИЧНО ПРЕЗИДЕНТ ИЛЬХАМ АЛИЕВ

PREZİDENT ÜÇÜN PARLAMENTARİZM HƏR ŞEYDƏN VACİBDİR

İlham Əliyevin parlamentarizmə hörməti o qədər böyükdür ki, seçkilərin nəticələrini qabaqcadan bilə-bilə özünə əziyyət verib gedir səs verməyə. Bu ona bənzəyir ki, özün qabaqcadan oyunun nəticəsini danışasan, sonra da gedib oturasan stadionda…

OBAMA İKİÜZLÜ PREZİDENTDİR

U.S. President Barack Obama smiles after making remarks on regulatory reform in the East Room at the White House in Washington

ADLARIMIZ AD DEYİL, ƏMƏK KİTABÇASIDIR…

Xeyli azərbaycanlı adları var ki, onlar addan çox xasiyyətnamədir, arayışdır və hətta əmək kitabçasıdır.

Məsələn, Həsənqulu!

Bu adı eşidən kimi bilirsən ki, bu adamın işinin adı nədir, bilirsən ki, Həsənin yanında qulluq edir, Həsənin yanında qulluq edən adamın xasiyyətini də təxmin etmək olar. Bu insandan arayış da istəmək artıqdır, adından hər şey bilinir.

Heydərqulu!

Bəh-bəh! Vaxtında mənim adımı Heydərqulu qoysaydılar, indi mən kişinin oğlundan yaxşı pensiya da istəyə bilərdim…

Çox təəccüblənirəm ki, niyə indi azərbaycanlılar oğlan uşaqlarının adını İlhamqulu qiymurlar. Gözəl addlır! Həm də elə bil ki, uşaq anadan olandan prezident aparatında işləyir…

Bəh-bəh…

Əvvəllər mənim yanımda deyəndə ki, gözzzəl milətik, cin atına minirdim. İndi bu adlar yadıma düşdü, gördüm doğrudan da gözzzəl millətik…

Mirzə Əlil

12.10. 2014

YUNANISTANDA HƏR ŞEY VAR…

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanda bu ölkənin müxalifət lideri Aleksis Tsiprasla görüşüb. Cənab Əliyev deyib: “Bizim ölkəmizin iqlimi elədir ki, hər şey yetişir, hatta baobab ağacı da. Bircə şeydən başqa – Azərbaycanda müxalifət, nə qədər çalışırıqsa, əmələ gəlmir. Ona görə başqa ölkələrə gedən kimi oranın müxalif’ətiylə görüşüb ləzzət alıram”.