
Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.
Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.
İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı. Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…
Ərəbqardşbəylidə kim bərk deyil ki?
Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.
Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…
Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.
Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…
Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…
Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…
04. 02. 2024, Samara