Архив тегов | İLham Əliyev və kazino

İLHAM ƏLİYEV YUMOR HİSSİNİ ARTIQ İTİRİB, QURBAN MƏMMƏDLİDƏ İSƏ BU HİSS HƏLƏ YOXDUR…

İlham Əliyev qumar

Qurban Məmmədli İlham Əliyevin çox köhnə bir müsahibəsindən bir fraqmenti göstərərək diktatorun bir vaxt qumarbaz olduğunu dolayısı ilə boynuna aldığını iddia edir. Jurnalist İlham Əliyevdən onun guya Türkiyədə kazino borcları olması barədə sual verir. Diktator cavab verir ki, heç vaxt qumar oynamayıb, onun kazino sərgüzəştlərini Rəsul Quliyev uydurub yayır ki, onu ləkələyib gözdən salsın. Sonra deyir: “Həmişə mənim uduzduğumdan danışırlar. Yəni mənimudan vaxtım olmayıb?”

Qurban Məmmədli bu son ritorik sualdan yapışır və deyir ki, bu, dəmir kimi və ya daşdan keçən süburtdur, İlham Əliyevin qumarbaz olduğuna heç bir şübhə ola bilməz.

Əslində İlham Əliyev hələ sovet dövründə qumar mövzusunda yayılmış çoxlu  rus-yəhudi lətifələrindən buirini sitat gətirir: qumar oynayıramsa, udan vaxtım da olmalı idi…

Doğrudan da peşəkar qumarbazların həmişə uduzanı olmur…

İlham Əliyevdə, görünür ki, cavanlıqda yumor hissi olub. Ancaq məhdudiyyətsiz hakimiyyət, ölkəyə feodal ağalığı  onun bu hissini də elə transformasiya edib ki, ind bu hiss özünü gülməli ifadələr, zarafatlar şəklində yox, sadist hərəkətlər, qərarlar şəklində büruzə verir. Məsələn Qubad İbadoğlunun tutulub pul kəsmək ittihamı ilə şərlənməsi. Gülməlidir? Bir gün Londonda mühazirə oxuyur, səhəri gün Bəkıda pul kəsir… Bəlkə kimsə qeyzindən dəlilik həddinə gəlib qəhqəhə də çəkə bilər. Gülməyi gəlməyən yaxasını  cırsın, başını qapının tininə vursun. Əlimizdən başqa nə gəlir?

Yeri gəlmişkən, özünəməxsus yumor Kaliqulada da olub. Filosof Seneka təsdiq edir ki, o, Kaliqulanın Yupiteri, yəni Tanrını hədələdiyinin şahidi olub. Qasırğa başladığıdan balet tamaşası dayandırıldığına görə Kaliqula qəzəblənib Yupiteri kötəkləyəcəyinə and içir…

Qurban Məmmədli vəkil  kimi özünü çox yüksək qiymətləndirir. Ancaq rus-yəhudi lətifəsinin parafrazını ciddi sübut sayan vəkilin səviyyəsi şübhə doğurur…

 

25. 03. 2024, Samara