Mən bir felyetonun adını qoymuşdum “Azərbaycan toyuqların vətənidir”, Samaranın qeyrətli azərbaycanlıları məndən incimişdilər, hətta məni öldürmək istəyən də olmuşdu, onların fikrincə, mən qəhrəman millətimizə “toyuq” demişdim. Hərçənd mən igid millətə toyuq deməmişdim, demişdim ki, ilk toyuq Azərbaycanda olub, deməli, ilk yumurta da Azərbaycanda olub, bununla sübut edirdim ki, Azərbaycan toyuğun, yumurtanın və … tortun vətənidir, yəni İlham Əliyevin şərəfinə Qarabağ ərazisi boyda tortun bişirilməyi təsadüfi deyil…
Seçkilərdən sonra bu məsələ məndə bir az şübhə yaradıb. Deyirəm bəlkə elə bizim millət doğrudan da toyuq millətdir? Belə deyilsə, niyə seçki kampaniyası 21 gün çəkir?
Mirzə Əlil
14.10.2013 Samara