Архив тегов | incil mövzusunda şeirlər

VLADİMİR NABOKOV. DOSTOYEVSKİNİN ÖLÜMÜNÜN İLDÖNÜMÜNƏ

nabokov

İsa şagirdlərlə bağda gedirdi…

Kollar arasında, tovuz gözündən

Toxunmuş qumluqda bir it cəsədi

Onların önündə göründü birdən.

 +

Ağarırdı qara qırışlar altdan

Dişləri, ölümün üfunət dolu
Zəfərinə təslim həndəvər tamam.
Nə şirin, xoş ətir varsa, qovulub.

 +

Şişib, çatlayaraq, cəsədi itin,
Selikli qurdlarla üstü doludur.

İoann, qız kimi, arxa çevirdi,

Matfeysə turşudub üzünü durdu.

 +

Deyir həvariyə həvari belə:

“Bəd itdi, iyrəncdir leşi də indi…”

Xristossa dedi sadəcə dillə:

“Dişləri mirvari dənələridir…”

1921

ruscadan tərcümə

23.08. 2024, Samara

++++++++++++++++++

ВЛАДИМИР НАБОКОВ

На годовщину смерти Достоевского

 

     Садом шел Христос с учениками…

     Меж кустов, на солнечном песке,

     вытканном павлиньими глазками,

     песий труп лежал невдалеке. Читать далее

ANNA AXMATOVA. “SÖZÜN TƏRAVƏTİNİ, DUYĞU SADƏLİYİNİ…”

AKHMATOVA

Sözün təravətini, duyğu sadəliyini

İtirmək – bu, rəssamın  işığını gözlərin,

Aktyorun —  səsini, hərərəkəti, gözəlin —

Nadir gözəliyini itirməsiylə eyni.

 + 

Göylərin göndərdiyi bu neməti sən ancaq
Çalışma özün üçün qoruyub saxlayasan.

Məhkumuq biz – və bunu yaxşı bilir hər insan,

Sərf eləyək, yığmayaq.

 +

Tək yola çıx, korların gözlərinə əlac qıl,

Agır şübhə saatı yetişəndə görəsən,

Bədxah şagirdlərindən təhqirli gülüşü sən,

Kütlə biganəliyi biləsən nə ağırdır.

1915

кuscadan tərcümə

10. 02. 2024, Samara

 ++++++++++++++++++++++++++++

Анна АХМАТОВА

 

Нам свежесть слов и чувства простоту
Терять не то ль, что живописцу — зренье,
Или актеру — голос и движенье,
А женщине прекрасной — красоту?
Читать далее