Архив тегов | İslam Rzayev

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «EY GÜL SƏNİ HƏR KƏS Kİ, SEVİB, BƏXTƏVƏR OLDU…»

Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,

Eşqində bir ancaq mənim ömrüm hədər oldu.

Bu qəzəl yəqin ki altmış-yetmiş ildir ki, oxunur, ancaq hətta oxunan mətnlərə ciddi nəzarət edən Sovet hökuməti və kommunist partiyası da Vahiddən soruşmayıb ki, bu “gül” nə “gül”dür? Əgər “gül” yaxşı güldürsə, onun eşqi ilə ancaq bir adam xoşbəxt ola bilər. Hər kəsi xoşbəxt edən “gül”ə xalq nə ad verir? Birinci beytdən məlum olur ki, bu “gül” heç kəsə yox demirmiş, təkcə Əliağa Vahidi bəyənməyib…

Demək lazımdır ki, birinci misrada qrammatik qüsur da var. Əslində “sevib” yox, “sevdi” olmalıdır, ancaq bu halda vəzn pozulur. Vəznin xatirinə Əliağa Vahid qrammatikaya tüpürüb…

Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı”

Burda Vahid Füzuli səviyyəsində sənətkarlıq məharəti göstərir: konrtast rənglərlə durumun dramatizmini qabardır: “qara zülf” – “”ağ gün”.

Tale mənə yar olmadı, bir dərdi-sər oldu.

O gül Vahidin nəyini bəyənməyib, məlum deyil…

Məşədi İbad demişkən, hər gözəlin bir eybi olur. Vahidin də eybi yaddaşının zəifliyidir.  

Kuyində mənə zülm eləyəndən biri qalmıb.

Ahım odu yandırdı, hamı dərbədər oldu.

Bəs birinci beytdə deməmişdi ki, “gül” hər kəsi xoşbəxt eləyib? İndi deyir dərbədər

olublar…Və “gül”ün “kuyində”, yəni ətrafında olanlar Vahidə necə zülm edirmişlər?

“Үıxmaqdı məni məqsədi namərd rəqibin,

Bar vermədi məqsudi, bütün bisəmər oldu.”

Rəqibu “məqsudi” necə “bisəmər” oldu? Bəs demirdin “gül” hər kəsi xoşbəxt elədi?

Ayrılmaz idik bir-birimizdən, aramızda.

Göz dəydi bizə, bəlkə də, bir bədnəzər oldu.”

Bəs bu nədir? Birinci beytdə demişdi ki, “eşqində ömrüm hədər oldu”, indi məlum olur ki, bu da kef çəkibmiş…

“Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir.

Hər kim vətənin sevdi, o əhli-hünər oldu.”

Bu beytin misraları arasında bir əlaqə var? Birinci misrada “gül”ə deyir ki, qan tökmək hünər deyil. Yəni dava eşq davasıdır, əslində kef davasıdır, “gül” əlli “əğyarı” xoşbəxt edirsə, nə eşq?

Ancaq ikinci misrada Vahid gözlənilmədən vətənpərvərlik mövzusuna keçir. Vətən sevənləri hünər əhli adlandırır. Yəni hünər əhli olmağa tələb elə də yüksək deyil, vətəni sev – kifayətdir. Sevməsən də olar. Kim yoxlayacaq? Və sevgini nec yoxlamaq olar… Həm də bu misra ilə Vahid bu səfeh qəzəlini senzuradan keçirir, Vətəni sevməyə çağıran şeirə nə söz ola bilər. Bu gün yaşasaydı, Vahid türkçülüyü də, Turanı da qatardı bura…

Sonra Əliağa Vahid Hamlet pozası alır, “Olum ya ölüm” monoloqu ilə müqayisə ediləbiləcək beyt deyir:

Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət!

İnsanlıq ilə ömr eləyən bəxtəvər oldu.

Nifrət! Namərdliyə nifrət! Yadımdadır, bunu İslam Rzayevi oxuyardı, gözlərini də yumardı…

Ancaq beytin ikinci misrası o qədər də inandırıcı deyil İnsanlıq ilə ömr eləyənlər haçan bəxtəvər olublar?

Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər,

Dünyaya gəlib-getdi, hayıf, bixəbər oldu.

Bu çağırışı biz də özümüzə götürməliyik, mətnləri ayıq oxumalı və dinləməliyik. Yoxsa bizə nəinki “bixəbər”, hətta ayrı söz də deyərlər…

15. 01. 2026, Samara