Архив тегов | kasıblıq haqqında şeir

«NƏYİN KASBIDIR KASIB GÖRƏSƏN?..»

Nəyin kasıbıdır kasıb görəsən?-

Xeyli nəzəriyyə var bu barədə.

Oxu Marksı ya Oskar Lyisi,

Sonra kasıblara bax həndəvərdə.

 +

İctimai deyil, görərsən, səbəb,

Siyasi də deyil, düşünsən dərin.

Və alın yazısı kimi mürəkkəb,
Mücərrəd söhbətə uymayaq, gəlin.

 +

Kasıb – təkəbbürdən kasıbdır ancaq,

Düz gedir, yerişi həmişə şaxdır.

Nəinki təzimlə əyilmir qoçaq,

Heç öz ayağının altına baxmır!

 +

Tacın düşməyəcək, a kişi, əyil!

Təzim elə sağa, sola və önə.

Bəlkə sağa, sola tökülüb qızıl,

Əyil, nəzər yetir həndəvərinə.

 +

Əyil yeriyəndə, əyil duranda,

Başıucalıqda xeyir yox, insan!

Əyili yaşasan, günün birində,

Ayağın altında qızıl taparsan…

 

31.07. 2025, Samara

 

ROBERT BERNS. GƏNC VƏ QIVRAQ OLANDA

Robert Burns

Divarı adlayardım,
Gənc və qıvraq olanda.

Əfəllədim, qocaldım,

Arx da aşmıram indi.

 +

Sevirdim, sevilirdim,

Çevik və cavan ikən.

Dal çevirirəm indi,
Nensi ilə yatarkən.

 +

Çörək verəndə Nensi,

Üstünə yaxsaydı yağ,

Belə əfəlləməzdim,

Daz olardı baş ancaq.

 

+++++++++++++++

ROBERT BURNS

 

Young and souple was I,

when I lap the dyke;

Now I’m auld and frail,

I douna step a syke. Читать далее

ROBERT BERNS. ŞƏRƏFLİ YOXSULLUQ

Robert Burns

1.

Utanıb şərəfli kasıblığından,
Kimdir o yaşayan başıaşağı?

O, qorxaq kölədir, yayınaq ondan –

Fəxarət sayırıq biz kasıblığı!

Bəli, biz nəzərə alırıq hərçənd,

Dəyər verən azdır zəhmətimizə,

Rütbə qızıl pulda əyara bənzər,
Qızılsa insanın özüdür hərçənd.

2.
Paltar geyinirik biz qaba yundan,

Evdə nə bişərsə, qaneyik hərçənd,

Çaxır — lotularda, ipək — nadanda

Olsun, bizdə insan adı var fəqət.

Bütün bu bərbəzək, bütün bu hoqqa,
Kimisə aldadar, çaşdırar hərçənd,

Şərəfli bir insan, olsa kasıb da,

Bütün insanların şahıdır fəqət.

3.

Gördüyün o şəxsi “lord” çağırırlar

Təkəbbürlü yeriş, baxış, həm sifət.

Sözünə yüzlərlə heyran olan var,

Əslində axmağın biridir hərçənd.

Bəli, bütün bunlar belədir, hərçənd,

Ulduz, qaytanıyla sinəsinə bənd.

Azad düşüncəli, dünyaya bələd

İnsan ona baxıb güləcək fəqət.

4.

Bəxş edir cəngavər kəməri kral,
Markiz, hersoq adı verir o —  hərçənd,
Bunlardan yüksəkdə düz insan durar,

Təmiz ad fərmanla verilmir fəqət.

Bəli bütün bunlar belədir, hərçənd,

Var əsl nəciblik, əsl ləyaqət.

Necə yüksək ola mərtəbə, rütbə,

Ləyaqət onlardan ucadır fəqət.

5.

Dua eləyək ki, belə də ola,

(Belə olmalıdır bu hökmən hərçənd)

Necə tamah ola rütbəyə, mala,

Ağıl, Ləyaqətdir birinci fəqət.

Ümid eləyək ki, dəyişər zaman,
İndi çoxdur hələ münaqişə, dərd.

Gələcək o gün ki, insana insan,
Qardaş olacaqdır dünyada fəqət.

1795

İingiliscədən tərcümə

15-17.10. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

Is There For Honest Poverty

 

1.
Is there for honest poverty
That hings his head, an’ a’ that?
The coward slave, we pass him by —
We dare be poor for a’ that.
For a’ that, an’ a’ that,
Our toils obscure, an’ a’ that,
The rank is but the guinea’s stamp,
The man’s the gowd for a’ that.
Читать далее

ROBERT BERNS. ƏSKİNAS ÜSTÜNDƏ YAZILMIŞ ŞEİR

Robert Burns

Lənət qüdrətinə, kağız parçası!

Sağalmaz dərdimin sənsən əsası,

İtirdim yarımı sən olmayanda,
Yoxsan – boş qalacaq stəkanım da!

Uşaqlar görürəm zavallı, aciz,
Yoxluğun onları qoyub köməksiz.

Gördüm gülümsünür bədəməl yenə,

Baxıb qurbanını saldığı günə,

Əbəs arzuladım səni, istədim,

Rəzili əzməkdi mənim məqsədim.

Yoxsan – doğma yurdu tərk edəm gərək

Bir də qismət olmaz Şotlandı görmək.

1786

ingiliscədən tərcümə

  1. 08. 2024, Samara

+++++++++++++++++++++++

ROBERT BURNS

Lines Written on a Bank Note

Wae worth thy power, thou cursed leaf!
Fell source of a’ my woe and grief,
For lack o’ thee I’ve lost my lass,
For lack o’ thee I scrimp my glass!
Читать далее

ROBERT BURNS. TƏKƏBBÜRLÜ TİBBİ

Robert Burns

Xor

Tibbi, yadımdadır mənə baxırdın,

Necə təkəbbürlə sən utanmadan!

Bilirdim səbəbi kasıblığımdı,

Vecimə deyildi ancaq heç zaman.

1.

Dünən səni gördüm süpürgəlikdə,

Şütüdün, demədən bircə kəlmə də.

Kasıba başını yellədin, hərçənd,
Bu mənim vecimə deyil tük qədər.

2.

Son bazar günündə evə gedərkən,
Çıxdın yol üstündə qarşıma birdən,

Boylandın, başınla salamladın sən,

Vecimə deyildi amma tük qədər.

3.

Düşünə bilərsən,  yox buna şübhəm,
Zəngin adamlara çünki  bələdəm,

Mən sarı tərpətsən başını, o dəm,
Gərək mən özümü sayam bəxtəvər.

4.

O kəs dərdə düşsün, belə rəzilsə!

Hərçənd pul kisəsi onun təmizsə,

Tamaha düşərək dalınca gəzsə,

Təkəbbürlü., kübar qadının əgər.

5.

Nə qədər ağıllı olsa da oğlan,

Zəifdirsə sarı zibil sarıdan,

Yolu dəyişərsən, onu saymadan,

Quru cavabınsa onu incidər.

6.

Varsa ancaq onun əgər sərvəti,

Bağlanarsan ona əbədi, qəti,

Ancaq öyrənməyə gələndə, çətin

Sənin mal-qarana çox üstün gələr.

7.

Tibbi, açım sənə bu həqiqəti:

Səni gözəl edir ata sərvəti.

Sən kasıb olsaydın, necə mən indi,

Sənə təkcə şeytan verərdi dəyər.

8.

Bir qız tanıyıram parkdan o yanda,

Mənə o, əzizdir sadə donunda,

Səndən – öz gözündə səni ucaldan,

Qızılın və pulun ola nə qədər.

ingiliscədən tərcümə

11-12.07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

O Tibbie, I Hae Seen The Day

 

Chorus
O Tibbie, I hae seen the day,
Ye wadna been sae shy!
For laik o’ gear ye lightly me,
But, trowth, I care na by.
Читать далее

ATASI ÖLƏNDƏN SONRA DÜNYAYA GƏLMİŞ KÖRPƏYƏ

Robert Burns

ATASI ÖLƏNDƏN SONRA FÖVQƏLADƏ KASIB AİLƏDƏ  DÜNYAYA GƏLMİŞ KÖRPƏYƏ

1.

Böyük sevgi rəhni, sevimli çiçək,

Saysız dualarla sən qorunursan.

Önündə yumşalmaz hansı daş ürək? –

Nə gözəl, istəkli bala və barsan!

2.

Budur, taytıyaraq noyabr gəlir,

Səni soyudacaq, sevimli bala.

Daha ağaclar da yaydakı deyil,

Səni qasırğadan qoruya bilə.

3.

Bu leysan yağışı yağdırıan ki, var,

Və hökmüylə əsir küləklər kimin,
Səni bu yağmurdan bəlkə qoruyar,
Acı şaxtadan vı qardan həmçinin.

4.

Bəlkə o, Dərdıə və Arzuya həmdəm,
Həyatda cürbəcür yara sağaldan,
Qoruyar ananın körpəsini həm,
Qurtarar öznü həm yaralardan.

5.

Gec çiçəkləsə də, o, tez bərkidi,

Gözəldir necə də yay səhərində,

Külək güclənəndə əyilir indi,

Qayğı möhtacıdır, zavallı həm də.

6.

Bəxtəvər olasan,  gözəl inci, sən,

Bədəməl əllərdən dəyməsin ziyan!
Yenilər boy atsın sənin kökündən,

Bəzək olasınız yurda bir zaman!

ingiliscədən tərcümə

05- 06. 07. 2024, Samara

++++++++

ROBRTT BURNS


On The Birth Of A Posthumous Child

BORN IN PECULIAR CIRCUMSTANCES OF FAMILY DISTRESS

1.

Sweet flow’ret, pledge o’ meikle love,
And ward o’ monie a prayer,
What heart o’ stane wad thou na move,
Sae helpless, sweet, and fair!
Читать далее