Архив тегов | kölgə

F. Tyütçev. DÖŞƏMƏ ÜSTDƏ…

F.İ TYÜTÇEV

Döşəmə üstdə  elə çömbələrək,

Bir qalaq məktubu yığıb önünə,

Və onları soyumuş bir kül tək,

Götürərək bir anlığa, atırdı yenə.

Tanış vərəgləri bir-bir alaraq,

Elə qəribə baxırdı ki, deyəsən,

Tərk edib getdiyi bədənə baxar,

Beləcə yəqin ruh yüksəkdən.

Vardı burda nə qədər, ah, yəqin,

Yaşanılmış- yanmış ömr əsəri.

Qətlə yetmiş fərəhin, həm eşqin,

Nə qədər, ah, acı dəqiqələri…

Dayanıb bir kənarda səssizcə,

Diz üstə çökməyə də hazırkən,

Məni dəhşət və qüssə aldı, necə,

Yanımdakı bu sevimli kölgə.

1858