
Əliağa Vahidin ən gülməli şeirləriudən biri “Kommunist” qəzetinin 25 illiyinə həsr olunub. ““Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu.” (https://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_avqust2009/88698.htm) Beləliklə, güman etmək olar ki, qəzetin 25 illik yubileyi ya 1944-cü ildə, ya da 1945-ci ildə, müharibə qurtarandan sonra qeyd edilib.
Vahid yubiley şeirində “Kommunist” qəzetini “cavan oğlan” adlandırır.
“Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,
Bundan belə düşmənlərinin bayrağı yatdı.”
“Kommunist” qəzeti yetmiş il ərzində, Leninin dediyi kimi, Azərbaycanda azərbaycanlılar üçün əsas “təbliğat və təşviqat vasitəsi” olmuş, əhalini məlumatlandırmaqdan çox yalan və dezinformasiya yaymış, ictimai həyatda, yaradıcılıqda müstəqil düşüncəyə, alternativ fikrə qarşı aqressiv mübarizə aparmış, Stalin-Bağırov irticası dövründə “xalq düşmənləri”nin ifşa kampaniyasının ön sırasında getmişdir. Demək olar ki, Müşfiqi, Cavidi, Çəmənzəminlini, onlarla, yüzlərlə sənətkarı, on minlərlə sıravi vətəndaşı məhkəməsiz, istintaqsız məhvə aparan yol “Kommunist” qəzetinin səhifəsindən başlanmışdır. Əliağa Vahid, şübhəsiz ki, bunları gözəl bilirdi.
Əliağa Vahid həmçinin gözəl bilirdi ki, “Kommunist” qəzetinin müxtəlif illərdə redaktoru olmuş Ruhulla Axundov, Əliheydər Qarayev, Böyükağa Talıblı, Ağababa Yusifzadə, Həbib Cəbiyev 1837-38-ci illərdə güllələniblər.
Əliağa Vahid isə deyirdi:
“Sən bir ləkəsiz ayinəsən kütlə gözündə…”
Hə? Əliağa müəllim, heç xırda bir ləkə də yox idi bu aynada? Məsələn, Müşfiqin qanından bir damla…
Mirzə ƏLİL
14.07. 2024, Samara
+++++++++++++++++++
Əliağa Vahid
“KOMMUNİST” QƏZETİNİN 25 İLLİYİNƏ
Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,
Bundan belə düşmənlərinin bayrağı yatdı.
Fikrin, qələmin ox kimi batdı cühəlayə,
Hər bir kəsə təsirin olub payəbapayə,
Ariflərə, rəssamə, ədibə, şüərayə.
Loğman kimi çox xəstəni tədbirin oyatdı,
Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı. Читать далее