Osip MANDELŞTAM
Только детские книги читать…
Uşaq kitabları oxumaq ancaq,
Uşaq xəyalları süsləmək gərək.
Böyük olan nə var – uzağa qovmaq,
Dərin dərd içindən qalxmaq, dirilmək.
Məni usandırdı canımdan həyat,
Daha heç nəyini istəmirəm mən.
Kasıb torpağımı sevirəm fəqət,
Başqa torpaqları görmədiyimdən.
Mənəm uzaq bağda o uzaq çağlar,
Taxta yelləncəkdə yellənən oğlan.
Və tutqun küknarlar qalxıb ucalar,
Xumar yaddaşımın dumanlarından.