Архив тегов | Leyla Əliyeva

MÖHTƏRƏM PREZİDENT ƏLİYEVƏ CASUSLUQLA BAĞLI MƏKTUB

Möhtərəm prezident İlham Əliyev! Sizə miskin və həqir Mirzə Əlildən salam olsun!

Azərbaycan ordusunda casusların tutulduğunu eşidib çox məyus oldum. Yəni casusların tutulmağına yox, birdən məni səhv başa düşərsiniz. Mənim məyusluğum belə gözəl orduda, Sizin ali baş komandan olduğunuz orduda bəzi hərbçilərin casusluq etməyindədir. O ki qaldı tutulmaqlarına, buna çox sevinirəm, tutulanlardan birinin məhkməsiz-zadsız öldürülməyinə isə həddindən artıq şadam. Belə satqınlara görə möhtərəm hakimləri vacib işlərdən yayındaırmaq olmzaz Hakimlərimizin də vacib işləri o qədərdir ki! Hələ nə qədər sayt, qəzet, radio bağlamaq lazımdır! 

Bu casusluq əhvalatını eşidəndə məyus olsam da, təəccüblənmədim. Mən elə bilirdim ki, əsgərlər və zabitlər arasında vətəni satmağa hazır insanlar çoxdur. Çünki bu insanlar vətənin qədrini bilmirlər. Çünki bu hərbçilərin çoxu kəndçi-küdçü ailəsindəndir, kasıb-kusub ailəsindəndir. Kəndçi-küdçü, kasıb-kusub vətən qədri nə bilir? Vətənin qədrini Mədət Quliyev, Kəmaləddin Heydərov, Arif  Paşayev, Ramil Usubov, Zakir Qaralov kimi adamlar bilərlər. Ona görə də orduya belə adamların uşaqları getməlidirlər. Vətəni Leyla Əliyevadan kim artıq sevə bilər? Ona görə də siz neft fondunun pullarını Leylaya tapşıdığınız kimi, vətənin müdafiəsini də ona tapşırmalısınız. Qoy getsin otursun Tərtərdə, görüm onun gözünün qabağında kim Vətəni ermənilərə sata bilər. Götürək Nərgiz Paşayevanı. Həftə səkkiz mən doqquz Londondadır. Yəqin bezib Londondan. Bəlkə elə London və londonlular da ondan beziblər. Getsin Nərgiz Paşayeva otursun Marquşavanda səngərdə, bir köpəkoğlu da casusluq edə bilmıəsin. Kəmaləddin Heydərovun oğlanları cəbhə bölgəsində əsgərlik eləsələr, siz ordu sarıdan arxayın olardınız. Mənim fikrimcə, bütün Azərbaycan ordusunu buraxmaq, onu yenidən, məmur, oliqarx balalarından yığmaq lazımdır. Gör Azərbaycanda nə qədər rayon var və nə qədər rayon başçıları, onların müavinləri var. Onların uşaqlarından bir diviziya yığılsa, ermənilər şalvarlarına işəyərlər. Nazirlərin, onlarının müavinlərnin övladlarından, qohumlarından böyük briqada yığmaq olar. Ordu komandanlığını isə Mehriban xanıma vermək lazımdır. Çünki ən etibarlı adam odur. İndi ki, siz neft fondunu, bu fonddakı pulları etibar edib Mehriban xanıma vermisiniz, ordunu da ona etibar etmək olar. Qoy gedib otursun Tərtərdə ya Horadizdə. Oralarda gözəl hava var, xanımın rəngi açılar, həm də sərhədlərimizdən, yəni torpaqlarımızın olub-qalanından arxayın olardıq.

Möhtərəm prezident! Kasıb-kusubdan ordu olmaz! Biri elə mən. Nə gizlədim, əslim salyanlıdır, cavan olsaydım və məni orduya aparsaydılar, vətəni bir baş nəşəyə satardım…

Zat-aliləri! Bilirəm ki, siz yazılan bütün məktubları diqqətlə oxuyursunuz. Mənim də məktubumu oxuyacağınıza şübhəm yoxdur. Məsləhətimi nəzərə alıb ordunu yenidən qursanız, tezliklə işqala son qoyular.

Hörmətlə

Mirzə ƏLİL

 

DAHA ZƏFƏRƏNDUMA EHTİYAC YOXDUR…

MEHRİBAN XANIM:  Kişi, necə keçdi zəfərəndum?

İLHAM BƏY: Zəfərəndum yox, ay arvad, referendum.

MEHRİBAN XANIM: Bu şoğəribə dilim gəlmir. İldə bir dəfə bu zaddan… adı nə oldu… hə, bu şeydən keçirsən, dilim öyrəşər. Kişi, gələn il sən bir referendum da keçir, deputat yaşını bir az da azalt.

İLHAM BƏY: On səkkizdən də salım aşağı?

MEHRİBAN: A kişi, on səkkiz yaş çoxdur. İndiki uşaqlar aləmin bicidirlər. Elə götürəlk bizimkiləri. Kişi, sən bu deputat yaşını elə altı ya yeddi.

İLHAM BƏY: Altı yaşında uşaq olsun deputat?

MEHRİBAN XANIM: Niyə olmur? Götürək bizim Əliylə Mikayılı. İkisi də qız istəyir. Özü də gündə o qədər təkliflər verirlər ki, o Siyavuşdu, Bayquşdu nədi, bzim uşaqların yanında ağzını aça bilməz. Həm də, kişi, Əliylə Mikayıl deputat olsalar, elə mənimlə bərabər gedib-gələrlər Milli Məclisə. Mən də darıxmaram, onlar da darıxmazlar. Həm də gözüm olar üstlərində.

İLHAM BƏY: Arvad, təklifin ağlıma batır. Ancaq indi belə şeylərə nə zəfərəndum lazımdır, nə referendum. İndi mənim o qədər səlahiyyətim var ki, istəsəm, südəmər uşaqlar da deputat seçilərlər…

26.09.16

BAKIDAN ŞUŞAYA MARAFON

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hamını mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb.

Marafon Bakı-Şuşa marşrutu ilə keçiriləcək.

ŞƏMKİRLİLƏR DƏ KENQURULAR KİMİ YEMƏK İSTƏYİRLƏR

LEYLA 5Prezident İlham Əliyev Şəmkirlə 2 milyon manat ayırıb. Bu, Leyla Əliyevanın Avstraliya səyahətinə ayrılan puldan qalandır.

ПРАВДА НЕ В СИЛЕ, БРАТ, А ВО ВЛАСТИ….

ДЕТИ АЛИЕВА

Дети Алиева спешат на помощь пограничников в Нахчыване, где идут ожесточенные бои.

Əliyevin balaları Naxçıvan sərhədçilərinin köməyinə tələsirlər….

BAXIN HA, QALIN HA, YANA-YANA…

Джорджо АРМАНи 1

Azərbaycan xalqının yolunda çəkdikləri ağır zəhmətlərdən yorulmuş Arzu və Leyla Əliyevlar Fransanın Kann kurort şəhərində Corco Armaninin gecəsində bir az dincəliblər.

LEYLA ƏLİYEVA AFRİKADA

ЛЕЙЛА АФРИКА

Afrikaya gəl qonaq,

Yaddan çıxsın Qarabağ.

Cənnət guşə buradır –

Qara dal, qara qabaq.

 

LEYLA XANIM BİR SAÇINI QARA HÖRÜR, BİRİNİ AĞ…

ЛЕЙЛА 2«Allo! Neçə əsgərimiz ölüb? Beş? Ah, ürəyim parçalandı…»

BACILAR HALAL MALLARINI ALACAQLAR

Gədəbəydə yeni qızıl yataqları aşkara çıxarılıb. Az  tv-nin məlumatına görə, bu yatağa qızılları Leyla və Arzu Əliyeva bacıları uşaq vaxtə orda oynayanda basdırıblarmış. İndi qızıllar çıxarılıb sahiblərinə qaytarılacaq.

İMİŞLİ QOÇLARI VƏ ARVAD PARTİYASI

  

Düzdür, ilə yaxşı deməzlər, ancaq bu iki min yeddinci il doğrudan da çox yaxşı il oldu, hərçənd İraqda-zadda bir xeyli adam qırıldı, ancaq il kefiniz istəyən il oldu, mən ölüm. 2007-ci il bütün ölkələrdən Azərbaycanda yaxşı keçdi. Camaat kefdə, prezident kefdə, ordu kefdə — bir sözlə, Azərbaycanda vurçatdasın olub. Cəmi bircə ağır hadisə olub, o da baş verib İmişlidə. Bir “Mersedes” qırx qoçu vurub sərib yola. Qoçlar da adi qoçlar olmayıb, hamısı olub döllük qoç. İmişli camaatı vurub başına-sinısinəə, zarafat deyil, o boyda rayon qalıb dölsüz. İcra başçısı güya gələr Bakıya böyük bir nazirin yanına və deyər ki, ya nazir, camaatım sənə qurban, qalmışıq dölsüz. Nazir deyər ki, ürəyini sıxma, sərəncam verilib, sizə Naxçıvandan düz qırx dənə döllük qoç göndərəcəklər. İcra başçısı bunu eşidəndə bir az duruxub qalıb, deyib ki, ya nazir, o qoçlar təyyarədə düşmən ərazisinin üzərindən uçsalar, allah düşmənə lənət eləsin, hə, onlar erməni üstündən uçsalar, stress keçirərlər, onların döllük qabiliyyətinə ziyan dəyər. Nazir güya hirsindən əsib-coşub və deyib ki, ə, nə hətərən-pətərən danışırsan, mən özüm o düşmən üstündən uçub gəlməmişəm Bakıya?  İndi mənim, türkün sözü, nə çatışmayan cəhətim var, ə? Naxçıvandan bura o qədər nazir gəlir, gömrükçü gəlir, polis gəlir, hamısı da erməni üstündən uçur, hamısı stress keçirir. Onların kişiliyinə nə olub, ə, buğa kimidirlər!

Hə, deyirlər icra başçısı düşüb nazirin əlinə-ayağına, “gələt eləmişəm” deyib qayıdıb İmişliyə və başlayıb döllük qoçların yolunu gözləməyə.

Yeri gəlmişkən, yeni ildə Naxçıvanda təzə türmə açılacaq. Daha doğrusu, istifadəyə veriləcək, türmə, düz deyirsiniz, açılmaz. Təzə türmənin bütün qapı-pəncərələri zoğal ağacındandır. Mirzə Əlilin ruhu şad olacaq: vətəni çox dövlətlənib, çox irəli gedib. Xudayar bəyin nəyi vardı – zoğal ağacından dəyənəyi, İndi Vasifbəy zoğal ağacından türmə tikir. Bəh-bəh!

Ötən ildə bir jurnal çıxdı ki, dünyanın heç yerində tayı-bərabəri yoxdur. “Bakı” adlı jurnalın redaktoru Azərbaycanın ən yaxşı jurnalisti Leyla Əliyevadır. Deyilənlərə görə, təzə ildə “Salyan”, “Tərtər”, “Astara”, “Qubadlı”, “Laçın”, “Qusar” və sair adlı jurnallar da çıxacaq və hamısının da redaktoru Leyla Əliyeva olacaq. Maşallah!

Ötən ilin sonunda bir xeyli azərbaycanlı arvad yığışıb cənab prezidentimizi dəstəkləyən siyasi partiya yaradıb. Partiyanın devizi belədir: “Allah səni üstümüzdən əskik eləməsin!” Az vaxtda partiya elə bir ad, elə bir reytinq qazanıb ki, kişilər də başlayıblar kütləvi surətdə bu partiyaya girməyə. Aldığımız məlumata görə, tezliklə bu partiyada arvadların sayı kişilərin sayını keçəcək. ..

Deyilənlərə görə, cənab prezidentimizin Yuxarıda  hörməti o qədərdir ki, ölkəmizin nüfuzu o qədər qalxıb ki, təzə il bütün ölkələrdən qabaq Azərbaycana gələcək.  Buşun özü nə qədər çalışıbsa, boyun qoymayıblar, deyiblər gərək Azərbaycan birinci ola. Mirzə Əlilin başı haqqı!

Mirzə ƏLİL