Архив тегов | Leyla Yunus

НУ, ПОЛУЧИЛИ?

мейдан 2

FACİƏMİZ SAYILMAYAN QOL DEYİL!

Bakıda bir yaxşı tarzən var, bura bir neçə dəfə gəlib. Mənə deyirdi ki, “müəllim, yazdıqlarınızı həmişə oxuyuram, ancaq bağışlayın ki, “layk” qoya bilmirəm, özünüz başa düşürsünüz…” Mən də dedim ki, oxumağınız elə bəsdir, layk-mayk lazım deyil…

İnsan öz ölkəsində barmağını basıb bəyəndiyi bir sözə “yaxşıdır” deməyə qorxur. Faciə budur, qondarma “Qarabağ” komandasının uduzmağı yox!

İlqar Məmmədov kimi insan türmədədir – faciə budur!

Xədicə İsmayılova tutulub – faciə budur!

Azərbaycanın şərəf və ləyaqətini qondarma, ətlənib-yağlanmış, xalqın malına zəli kimi yapışmış futbol komandaları yox, Xədicə İsmayıl, İlqar Məmmədov kimi insanlar xilas edə bilərlər. Bu insanların şücaəti nümunədir və bu şücaət numunələri bizim üçün mənəviyyət tarixi, yəni, nə gizlədək, bizdə hələlik olmayan tarixi yaradır. Bu kök və bəlkə də indiki gözəllik standartları baxımından yöndəmsiz qadının şücaəti ondan bilinir ki, böyük türməyə çevrilməkdə olan ölkəni çoxdan tərk edə bilərdi. Leyla Yunus da, əri də gedə bilərdilər. Ancaq getmədilər. Ona görə də kimin vətənpərvər, kimin isə vətənsoyan olduğu barədə söhbətlər artıqdır.

Xədicə İsmayıl tutulub – heç kim “faciə!” deyib qışqırmır. Ancaq əsil faciə budur! Heç bir cinatət törətməmiş insanın, özü də qadının zindana salınması ölkədəki deqradasiyanın sarsıdıcı səviyyəsini göstərir. Bu ölkədə, kişilərin hər gözəgəlmli qadın görəndə ağız suyu axıtdığı ölkədə, qadına qarşı zorakılıq normadır – hər gün qadınlar doğranılır, güllələnir, yumruq altında öldürülürlər. Vətəndaşların, ilk növbədə uşaqların, qocaların, qadınların təhlükəsizliyini qorumalı olan dövlət özü qadına qarşı cəzasız zorakılıq nümunəsi göstərir. Faciə budur!

Futbol yarışları yaranan gündən hakimlər səhv edirlər. 1966-cı ildə həmvətənimizim köməyi ilə Almaniya finalda uduzub, indi əksəriyyət bu fikirdədir ki, həmin qol səhvən sayılıb. Bizdə isə Tofiiq Bəhramova heykəl qoyulur. Hakimlər çox vaxt səhvi bilərəkdən eləmirlər. Hakimlik də işdir, hansı işdə səhv olmur? Cərrah bıçağı altında nə qədər insan ölür!

Bizim faciəmiz sayılan ya sayılmayan topda deyil. Faciəmiz odur ki, insanlar öz ölkəsində çağırılmamış qomaq kimi yaşayırlar, fikirləşdiklərini deməyə qorxurlar, buna görə də heç fikirləşmək də istəmirlər və get-gedə qoyuna çevrilirlər… Bulvarda Argentinadan gətirilib əkilmiş əcayib baobabların hörməti Azərbaycan övladlarının hörmtindən çoxdur…

Faciə budur!

ШУША 2

13. 12. 2014

Samara

 

DÖVLƏTİN GÜCÜ ÖZ VƏTƏNDAŞLARINA ÇATIR…

Hardasa müharibə gedən yerlərdə sərnişin təyyarəsini vurub salırlar, Azərbaycanda isə hüquq müdafiəçilərini, demokratik fikirli adamları tuturlar. Azərbaycan hökuməti özünü yaraqlılar dəstəsi kimi aparır…

AZƏRBAYCANIN NEÇƏ FAİZİ İŞĞAL ALTINDADIR?

Azərbaycandakı irtica, kütləvi həbslər vicdanlı hər kəsdə bu sualı doğurmalıdr: ölkənin iyirmi faizi işğal altındadır yoxsa səksən faizi?

AZƏRBAYCANLILARA DƏYƏNƏK DƏ BƏSDİR

Asim Mollazadə deyib ki, ermənilərlə “xalq diplomatiyası” aparmaq olmaz, çünki “Ermənistanı cinayətkarlar avtomat gücüylə idarə edirlər”.

Əlbəttə, Azərbaycanı idarə edənlər cinayətkar deyillər, avtomatları da yoxdur, çünki azərbaycanlılar quzu kimidirlər, onları dəyənəklə də idarə etmək olar…

AYAQYOLU QƏHRƏMANLARI

Cəsur əsgər Şveyki konvoy ayaqyoluna aparanda iki konvoir ayaqyolunun qapısını kəsib durur, Şveykə deyirlər ki, sən birdən ayaqyolunda xəndək qazıb qaçarsan…

Şveykin dövründən yüz il keçir. Bu müddət ətzində dünyada çox hoqqalar çıxıb, Azərbaycan kimi hoqqa dövlət yaranıb ki, onu hoqqa bir ailə hərləyir… Bu hoqqa dövlətdə bütün az-xox fəal vətəndaşlar kimi casus sayılan ahıl qadın ayaqyolunda “bayıra çıxanda” boyu iki metr, poqonları ulduzlarla dolu olan polis zabiti qabağında durub tamaşa edir… Yəqin İlham Əliyev fikirləşir ki, “casuslar” kanalizasiya borusuyla aradan çıxıb qaça bilərlər…

Yəqin həmin zabitə “Şərəf” ordeni veriləcək…Leyla Yunusun necə “pi-pi” elədiyinə baxmaq hər kişinin işi deyil…

ERMƏNİƏLƏRİN BAKIDA AZĞINLIĞI DAVAM EDİR

Bakıya soxulmuş mobil erməni dəstələri azğınlıqlarını davam etdirirlər. Onlar indi də insaq hüquqları müdafiəçiləri Arif Yunusla Leyla Yunusu oğurlayıb naməlum səmtə aparıblar.