İl yarımlıq körpənin ölümü münasibətiylə sosial şəbəkələrdə və mətbuatda azərbaycanlıların — “deputat”ların, nazirlərin, prezident ailəsinin, prezident köməkçilərinin, hər cür qələm və klaviatura qəhrəmanlarının və dil pəhləvanlarının qurduğu vurçatlasın davam edir. Hamı yaxasını cırır, başına kül sovurur, şerlər, hekayələr yazılır, mahnılar qoşulur… Hərçənd Azərbaycanda toy məclisləri təxirə salınmayıb, restoranlar bağlanmayıb, yəqin indi Bakının hər küncündə əvvəlki kimi vurhavurdur…
Minlərlə insanın birdən yasa batdığına inanmaq omur. İnanan daşa dönsün…
Mən bir saytda 2014-cü il mayın 22-dən 23-nə keçən gecə qoyulmuş bir material tapdım. (http://axar.az/news/gundem/18764.html). Burada Alxanlı kəndindən söhbət gedir. Yəni məlum olur ki, kənd camaatı daim erməni tərəfdən atəşə məruz qalır və sakinlərin həyatlarına hər dəqiqə təhlükə var. “Atışma olanda evdən çıxıb divarın dibində, çöldə dururuq. Ermənilər tez-tez atırlar», — bunu kənd sakinlərindən biri deyib.
«Sakinlərin sözlərinə görə, son bir həftədər ki, hər gün kənd qarşı tərəfin atəşinə məruz qalır».
Gec-tez atılan güllələr, mərmilər adamları öldürməliydi.
Bu materialın çapo olunduğu vaxtdan üç ildən çox vaxt keçib. Elə çap olunan vaxt indi guya Zəhra üçün yas tutan insanlar niyə haray qaldırmırdılar? Niyə hökumətə, müdafiə nazirliyinə üz tutub kəndin etirbarlı müdafiəsini tələb etmirdilər. Niyə Alxanlı sakinlərinə bir nəfər kömək əlini uzatmırdı?
Və ona görə də kiminsə Zəhranın ölümündən həqiqətən sarsıldığına inanmaq mümkün deyil…
Özünüzü yırtmayın, teatr çıxarmaqla ölənlərin xatirəsini təhqir edirsiniz!
O ki qaldı Müdafiə nazirliyinə…
“Müdafiə Nazirliyi isə erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyətin nəzarətdə olduğunu deyir. /ANS/”…