Архив тегов | Məhəmmədin yeddinci arvadı

MƏHƏMMƏDİN YEDDİNCİ ARVADI. 3. «GÜNÜM YOXDUR… GÜNÜM VAR…»

zeynəb bint cəhş

əvvəli burda: https://xeyrulla.com/2024/11/10/mehemmedin-yeddinci-arvadi-2-33-cu-sureni-qebul-eden-insan-zencir-ocagina-ve-ayri-hoqqalara-niye-inanmasin/

Məhəmməd ubn Saada görə, Ayişə Zeynəb bint Cəhşi və Ümm Sələməni özündən sonra peyğəmbərin ən sevimli arvadları sayırmış. Guya  o deyib: “Zeynəb gözəlliyi ilə və peyğəmbərin ona məhəbbətinə görə mənə bərabər idi”. (Buxari)

Ayişə çox təvazökar olub. Məəttəl qalırsan…

Müsəlmanların nə gözəl anaları var…

Ümm Sələmə Zeynəb haqqında deyib: “Allahın Elçisi onu sevirdi və həmçinin ona tez-tez acığı tuturdu” (İbn Saad) İki dəfə, arvadlarının arasında ərzaq payını ayıranda Zeynəb ona düşəndən narazı qalmış və payı ərzağı geri qaytarmışdı”

Bəzi mənbələr Zeynəblə onun günülri arasında konfliktin olduğunu deyir. O (Zeynəb) adətən onların qabağında öyünürmüş. “Sizi ailələriniz ərə verib, Məhəmmədi mənə inə Allah göyün yeddinci qatından evləndirib. (Səid Aşur, İbn Həcər və s.)

Bir mübahisə zamanı Zeynəb elə Məhəmmədin yanında Ayişənin üstünə qışqırıb onu söyür. “Mən onun sakitləşdirənə qədər Ayişə alovlu sözlərlə cavab verdi”. Guya Məhəmməd həmçinin bu zaman deyir ki, “Ayişə həqiqətən Əbu Bəkrin qızıdır”.

Başqa bir vaxt Zeynəb ortaq dəvəsini Səfiyyəyə borc verməkdən imtinsa edir.Məhəmməd bu işdən o qədər acıqlı olur ki, Zeynəbi iki aydan çox danışdırmır.

Ayişə danışırmış ki, arvadlar iki cəbhəyə bölünübmüş, birinin başında özü durubmuş, ikincisinə Sıfiyyə rəhbərlik edirmiş. Zeynəb Ümm Həbibə, Jüvariyyə Və Maymunə ilə birgə  Ümm Sələmənin müttəfiqi olur. (Buxari)

Sağlam fikirliliyini İslamın tamam məhv edə bilmədiyi xalqımız necə gözəl deyib: “Günüm yoxdur… günüm var…”

Buna baxmayaraq, Ayişə zinada təqsirləndiriləndə Zeynəb onu müdafiə edir. Məhəmməd ondan bu iş barəsində nə bildidiyini soruşur və Zeynəb deyir: “Ey Allahın elçisi! (arvad ərlə gör necə danışır! – X.X.) Görmədiyim və eşitmədiyim şeyi gördüyümü və eşitdiyimi deyə bilmərəm. Allaha and olsun, Ayişənin barəsində yaxşıdan başqa heç nə bilmirəm”.

Eyni mənbələr Zeynəbin çox dindar olduğunu deyir. Gecələr həddən artıq dua edirmiş, buna görə iki dirək arasından ciyə asır ki, yorulanda oturmasın, ciyəyə söykənib ayaq üsündə qalsın. Məhəmməd ciyəni görəndə onu açdı və ona (Zeynəbə) dedi ki, yorulanda ibadətə fasilə versin və otursun. (Buxari)

Arvadı niyə alırlar? Ayaq üstə durmağa?

Arvadın gecə məsciddə nə işi var?

Gecə bir dəfəyə nə qədər dua etməlisən ki, ayaq üstə ciyəyə söykənib durasan?

İbadət – yəni namaz? Namazı gecə neçə dəfə qılırlar?

Yaxşı, bunu min iki yüz-min üç yüz il bundan qabaq uydurublar, iki yüz il sonra Buxari bunu kitaba salıb. Adamlar ya sadəlövhlükdən, ya da peyğəmbərə fövqəladə hörmət və məhəbbətdən belə cəfəngiyata inanıblar. Bəs biz niyə inanmalıyıq? Belə primitiv rəvayətlər nəinki İslam etiqadını, hətta inamı sarsıtmırmı?

Digər tərəfdən…

Digər tərəfdən, əgər ərinin səndən başqa altı-yeddi arvadı varsa, gecələr əsəbindən  nəinki gedib məsciddə ciyəyə söykənərsən, hətta o ciyədən özünü asarsan da.  Bəlkə Zeybəb gecə ibadəti ilə acığını soyudurmuş?

Tezliklə Məhəmməd səkkizinci arvadı alır…

11. 11. 2024, Samara