
Ah, nə nə gözəl bizdəki bu məhkəmə,
Həm yaraşıq, fəxrdir həm ölkəmə!
+
Qarşılaylr zal, duraraq, hakimi,
Heyran edir dustağı da görkəmi!
+
Ah, yaraşır gör necə də mantiya!
Dərzisi kimdirsə, onun yox tayı!
+
Gör necə də müttəhimi dindirir!
Kəlləsinə sanki qılınc endirir!
+
Şok keçirir hakimə baxcaq vəkil,
Tərpənə bilmir daha ağzında dil.
+
Hakiməsə vaxtaşırı zəng gəlir,
“Gözlərim üstə!” – kiməsə söyləyir.
Gör nə səxavətlə cənab iş verir!
Prokuror on istəsə, on beş verir!
+
Ağlayır hönkürtü ilə müttəhim,
Ah, o yetimlə nə işim var mənim!
+
Gör necə xoşbəxtdir Azərbaycanım!
Var analoqsuz belə bir divanım!
+
Söylə, belə məhkəmədən harda var?
Göstər onu ingilisə — mat qalar!
15. 08. 2023, Samara