Архив тегов | Məmməd Arazın şeirləri

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. TÖKÜLƏN DOLUR…YER AYIN BELİNƏ MİNİR…

Məmməd Araz

“14 oktyabr — qırx doqquz yaşım…

 «Görüşdük onunla xəstəxanada.”

“Onunla” – elə bildiniz yanıa gələn naməlum xanımla? Yox. Onunla – yəni qırx doqquz yaşıyla.

Şair bir il sonranın hayındadır. Bir ildən sonra əlli yaşı tamam olacaq. Nə baş verəcək? Aksenti Poprişşinin güman etdiyi kimi, yer aya minəcək?

 “İşığın qəfildən dönər kölgəyə,  Od elə donar ki, donu görünməz.”

Yox, bu, Qoqoldan sitat deyil, Məmməd Arazın şeirindəndir. “Dəlinin qeydləri”ndə yer aya minəcəkdi, burda “od elə donacaq ki, donu görünməyəcək”.

Hardan görünər? Odda don olar?

Biri Molla Nəsrəddinin yanın gəlib deyirdi ki, saqqalı ağrıyır…

“Hər səsi eşitmir əsrin qulağı, 

Ozümə yağışam, özümə çətir.”

Bu iki misra arasında hansısa əlaqə varmı?

İnsan özünə bəlkə də yağış ola bilər, məsələn, lənət şeytana, özünü isladar. Ancaq özünə necə çətir ola bilər?

“Fikrimin çəkisi çəkimdən ağır…”

Qırx doqquz yaşında Məmməd Arazın neçə kilo olduğunu bilsək, fikrinin də çəkisini bilərik. Təxminən 70-75 kilo…

Yolumu gözləyir bir donqar yoxuş,

 Arxada uçrum var, qarşıda qala,

Lokasiya kifayət qədər ətraflı təsvir olunub: donqar yoxuş, “uçrum”, qala…Erməni kəşfiyyatı bunu oxumaya…

Dur, daha qələm də, söz də yorulmuş,

 Dur, azca qurdalan, azca xırdalan!..

Bunu kim deyir? Arvadı? Yox, xəstəxanadadır, yəqin həkim deyər. Ancaq aydın deyil: Harda, nədə qurdalansın? Burnunda? “Bir az xırdalan” – yəni çox böyükdür? Yəni Füzuli boydadır? Bu lap İlham Əliyevin “bir az yavaşıyağ”ına bənzəyir…

“Mən açan çiçəyəm, solan yarpağam…”

Şair elə qırx doqquz yaşından, bəlkə əvvəllər də təvazökar olub… Açan çiçək…

“Nə vaxtsa, dünyanın duru dəmində

Yenidən dünyaya qayıdacağam.”

“Duru dəm” nədir? İsrafilin şeypuru çalınmamış qayıdacaqsan?

“Hardasa, nə vaxtsa tökülən dolur”

Bu misranın təhlili üçün mətbəxdə eksperiment keçirdim. Dolu biq qabdan suyu boş bir qaba tökdüm. Məlum oldu ki, tökülən dolmur,  tökülüb qurtarır…

“Qum üstə arzular göyərir onda”

Göyərmə yönlük halda olmaz, yerlik halda olar. “Üstdə”. (Bu adam nəşriyyatlarda, nəşrlərdə ömrü boyu redaktor, ba. Redaktor olub). Yəni tökülən dolanda arzular qum üstdə göyərir…

Yəni, ruslar demişkən, koqda rak svistnet…

«Ömrün öz tufanı ömrümü didir»

Azərbaycanca desək, ömür öz-özünü didir…

«Господа, спасем луну, потому что земля хочет сесть на нее» 

“Cənablar, gəlin ayı xilas edək, çünki yer onun belinə minmək istəyir” – bu “Dəlinin qeydləri”ndəndir…

“Qırx doqquz yaşıma əlvida dedim, 

Bir kimsə bilmədi özümdən özgə.”

“Kəndçilər institutunu”, yəni pedaqoji institutu bitirib bir-iki il Naxçıvanda müəllilmlik edəndən sonra dabanına tüpürüb Bakıya gələn, gəldiyi gündən ədəbi nəşrlərdə, nəşriyyatlarda məsul vəzifələr tutan, 1974-cü ildən ömrünün axırınacan adını indi öyrəndiyim “Azərbaycan təbiəti” jurnalının rəhbəri olan, Azərbaycanda və Azərbaycandan uzaqlarda olan kurortları, parisləri, londonları daim gəzən bu adam həmişə özünü incik göstərir, hamı onun tikəsini ağzından çıxarır, elədiyi yaxşılıqların qədri bilinmir, ətrafında hamı nakişidir, çaqqaldır, əclafdır (öz sözləridir) özü aydan arı, gündən durudur…

Bu şeiri yazanda Brejnevin sevimli kurortu Pitsundadan təzə gəlib…

Necə yəni “bir kimsə bilmədi”? Şeiri yazıb verdin “Kommunist” qəzetinə, bütün Azərbaycan bildi. Gələn il fəxri ad da verəcəklər. Bəs nə istəyirdin? Yer ayın belinə minməliydi?

Mirzə ƏLİL

27. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. NAR KOLUNA BƏNZƏYƏN AZƏRİ QIZI…

Məmməd Araz şeirlərinin çoxunun altında yazılma tarixləri və yerləri göstərilib. Məlum olur ki, mərhum şair ilin yarısını Azərbaycanın və SSRİ-nin ən yaxşı kurortlarında və sanatoriyalarında keçirirmiş. Dönə-dönə Pitsundada, Brejnevin iqaməthgahının yerləşdiyi məşhur Abxaziya kurortunda dincəlib və yəqin ki, Heydət Əliyevin “əziz Leonid İliç” dediyi, hər görüşəndə, Dədə Qorqud demişkən, üç öpüb bir dişlədiyi Baş katiblə qonşuluqda yaşayıb. Məmməd Araz parisləri də çox gəzib, indi gəzməsin… Üstəlik bir şeirində deyir ki, ona bir yaxşı mükafat vermətyiblər. Rəhmətliyin oğlu, daha nə verəcəkdilər?

“Azəri qızı” şeiri 1968-ci ildə Yalta ilə Bakı arasında yazılıb. Məndə Məmməd Arazın Yaltada rus ya xoxol qızları ilə eşqbazlıq eləyib kurort romanı yaşadığına əsaslı şübhələr var. O bəlkə bu kurort macərasının doğurduğu günah hissindən təmizlənmək üçün “azəri qızı”na şeir yazır. Və şeiri başlayan kimi kələfin ucunu itirir.

“Mənim qara şanım, mənim ağ duzum”.

Qara şanı – başa düşdük. Bəs niyə ağ duz? Duzun qarası olur? Bozunu görmüşəm, qarasını yox.

Sonra:

 “Mənim nar ağacım — azəri qızı.”

Yadınızdadırsa, Xan Şuşinski bir erotik mahnı oxuyurdu:

“Qoynunda var bir cüt bar,

Biri heyva, biri nar…”

Bizim erotikamız da cəfəng erotikadır: eyni olmalı iki şey (türkün məsəli) niyə müxtəlif meyvələrə oxşadılır? Qızın patalogiyası var?

Bu, ayrı məsələdir. Məmməd Araz bütöv qızı bütöv nar ağacına bənzədir. Məmməd Araz kəndlidir, narı gözüylə görüb, bilir ki, nar ağacdan çox koldur. Və qız kola bənzyirsə, deməli, yumşaq desək, eybəcərdir.

Belə deyil?

 “Qaldı uzaqlarda Naxçıvan, Bakı; 

Sən indi uyuyur, indi yatırsan.”

Yatmaq elə uyunaq deyil? Niyə iki dəfə?

“Sən mənə o qədim nağıllardakı”
“O qədim” – hansı qədim? O – artıqdır, misranı dildurmaq üçün soxuşdurulub.

 “Uzaq işıqları xatırladırsan.”

“Uzaq işıqlar” hansı nağıllardadır?

“Sanıram səyyaham, yorğunam, acam”

Əlbəttə, səyyahsan, ilin yarısını gəzirsən. Ac niyə olursan? Yaltada xirtdəyəcən yedirirdilər… 

“Sən necə yaxınsan, necə uzaqsan.”

Dağıstanlı demişkən, opredelis: yaxındır ya uzaq?

“Nə qədər dərədə, düzdə yol azsam”

Səməd Vurğun kimi girdi dərəyə. Dağdan düşməmiş dərəyə girirlər…

“Bilirəm, itməyə qoymayacaqsan…”

Yol azmaq – itməkdir?

“Məcnun səhralara düşər yollarım,”

“Məcnun” burda sifət yerindədir. Ancaq “Məcnun səhra”nın nə olduğunu bilən var?

“Dönər ilğımlara Leyli bulaqlar.”

Leyli də sifətdir. Ancaq “Leyli bulaq” nə olan şeydir?

Birdən anası yadına düşür. Deyirlır ki, kurortda ana hər adamın yadına düşmür. Bilmirəm, olmamışam.

“Dünya durulaşır ana səsindən, 

Eh, neçə illərdir onsuzam, gülüm.”

Belə çıxır ki, dünya adətən qatı olur…

Sonrakı beytə baxın, diqqətli olsanız, şairin Azəbaycan ədəbi dilini yaxşı bildiyinə şübhəniz olacaq.

“Planet gözlərin cazibəsində

 Yaşayan bir parça ulduzam, gülüm.”

Bir parça ulduz olar? Bunu Məmməd Araz Molla Nəsrəddin lətifəsindən öyrənib? Molla deyirdi ki, təzə ay çıxanda, köhnəni doğrayıb ulduz qayırırlar. Əgər ayı doğrayırlarsa, onda parça ulduz olar…

 “Qaya duruşumu küsü fırtınan 

Bəzən çilikləyib quma döndərər.”

Məmməd Arazın duruşu qaya duruşudur! Necə təvazölü insan olub! Azəri qızının küsüsü fırtınadır və bu fırtına qayanı, yəni Məmməd Arazın duruşunu “muma döndərər”.

Sona nə gələcək? Əlbəttə, “muma döndərər”!

 “Vəfan sərtliyimi salar atından, 

Eşqin qəzəbimi muma döndərər.”

Sonuncu bəndin izahına psixiatrların, linqvistlərin, tarixçilərin birgə konsiliumu lazımdır.

“Gör Azəri qızı düşündüm nəyi”

Aha! Nəyi düşünüb?

 “Sən kişi ömrünün dəyirman pəri”

  Yadınızdadırsa, bu azəri qızı şeirin əvvəlində qara şanı, ağ duz və nar kolu idi.

Son beytdə Məmməd Araz Azərbaycan dilinin qrammatikasını yaradanların anasını söyüb.

“Koroğlu Misrinin Nigar dəstəyi”

Azəri qızı indi dəstək oldu. Nəyin dəstəyi? Misrinin? Bəlkə misri qılıncın?

 “Nəbi Aynalının Həcər səngəri…”

Məmməd Araz demək istəyib “Nəbinin aynalı tüvəngi”. Misraya sığışdıra bilməyib, basməmmədi eləyib. Burda “Aynalı” Nəbinin soyadı kimi səslənir…

Azərbaycan dilinin qrammatikasını yaradanlar son misranı oxusaydılar, dünyaya gəldiklərinə peşman olardılar…

Mirzə ƏLİL

26. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. «VAR-YOXUNU QARMALADIQ, BİR ÇEYNƏM SAQQIZ VERMƏDİK…»

Məmməd Araz

Məmməd Arazın səhvən ciddi, liriko-dramatik sayılan şeirləri əslində yumoristik şeirlərdir, onların bir çoxu hətta Molla Nəsrəddin lətifələrindən də gülməlidir. Baxaq “Bu millətə nə verdi ki” şeirinə. Şeir 1993-cü ilin fevralında yazılıb. Bu vaxt yeni yaranmaqda olan Azərbaycan ordusu erməni qoşunu ilə əlbəyaxa idi, hər gün yüzlərlə insan həyatını itirirdi, paytaxt Bakıda hakimiyyət mübarizəsi şiddətlənirdi, çoxdan hazırlanan siyasi revanş və çevriliş yaxınlaşırdı.Məmməd Araz isti mənzilində şam yeməyindən sonra kürəkəni, gələcək əbədi deputat Aqil Abbasla üç-dörd tas nərd atandan sonra oturub Səməd Vurğunun “26-lar” poemasındakı hambal kimi dərin fikrə gedir (“Qədim fikirlərə qərq olub yazıq…”.) Fikrinin mövzusu isə fəksəfi və kürəkəninin deputatlıq müddəti kimi tükənməzdir: “Bu millətə nə verdik”?

Ciddi şeirdə “bu millətə” ifadəsi təhqir kimi səslənər. Necə yəni “bu millət”? Bəs sən özün kimsən? Bu millətdən deyilsən? Bəlkə özünü millətin peyğəmbəri və ya Şarl de Qollu sayırsan?

Ancaq bu şeir ciddi şeir deyil, gülməli şeirdir, ona görə incimirik, oxuyub gülürük.

“Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.”

Xörəyini duzsuz yeyən millətin halını təsəvvür edirsiniz? Edin, gülməkdən qarnınız cırılacaq. Nəzərə alın ki, şeir gəraylı janrında yazılıb. Rədif “vermədik” felidir. Rədifdən əvvəlki sözlər gərək qafiyə ola. Əsas gülməli olan da budur!

Oxuya davam edək:
“Bu millətə nə verdik ki?
İnamını noxtaladıq”

Yəni burda millətin inamını Məmməd Araz eşşəyə bənzədir. Mən bənzətmirəm, Məmməd Araz bənzədir. Bizim kənddə eşşək saxlamırdılar, eşşək görən işləri adamlar özləri görürdülər, xüsusən arvadlar. (Yazıq arvadlar!) Ancaq eşitmişəm ki, eşşəyi noxtalayyarlar.
“İnadını axtaladıq”.

“Axtalamaq” sözü də yəqin oxuculara tanışdır. Millətin inadının necə axtalanmağı mənə məlum olmayan prosedurdur. Bilirəm ki, indi iti, pişiyi axtalayırlar ki, doğub-törəməsinlər.
“Var-yoxunu qarmaladıq”

“Qarmaladıq”? Bəlkə “qamarladıq” olmalıdır? Yəqin Məmməd Araz gülmək üçün belə yazıb.

İndi tapşırıq. Bu bənddə rədifin əvvəlində hansı söz olacaq? “Duz” sözünə qafiyə. “Buz”? “Güz”? Yox, tapmadınız!
“Bir çeynəm saqqız vermədik.”

İndi deyənlər olacaq ki, xalq saqqızı neynirdi. Bunu Məmməd Araz yumorunu başa düşməyənlər deyəcək. “Saqqız” gülmək üçündür. Yəni xalqın varını “qarmalayan”lar ona saqqız da veməyiblər.

Burda mənim yadıma böyük Uilyam Folkner düşür. Folkner bir bankiri təsvir edərkən yazır ki, kiçik bankı olanda saqqız çeynəyərdi, böyük bank sahibi olandan sonra elə havanı çeynəyirdi…

Mən milləti havanı çeynəyən təsəvvür etdim O qədər güldüm ki… Sonra nədənsə məni ağlamaq tutdu…

“Saqqız” sözü qafiyə kimi “qız” tələb edir. Bu da “qlz”!
“Kasıbına mərddi, — dedik,
Mərd kasıba qız vermədik.”

Bunu da Məmməd Araz gülmək üçün yazıb. Çünki özü kasıba qız verib, ancaq qızı verəndən sonra əbədi mandat verib oturdub deputat kürsüsündə, parlamenti çevirib hırraxanaya…
Sonra Məmməd Araz yenə, öz adəti üzrə, sözün çürüyünü çıxarır, heç adamın gülməyi də gəlmir.
“Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.”

Niyə yüz? Niyə beş yox, on yox? Bunu körpıə uşzaq da başa düşər – “yüz” “duz”a qafiyədir…

Sonra Məmməd Araz Sabir arxalığına bürünür, “əlac” yerinə “illac” deyir.(Sabirdə: “Neynəsin, qovma qapından, kəsilib illacı”)
“İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.”

Vallah, lap zəhləm getdi… Bilsəyim, üçüncü bənddən sonra oxumazdım. Sizə də məsləhət görürəm ki, “saqqız”da dayanasınız.

Ya da noxtada….

Mirzə ƏLİL

23. 07. 2024, Samara

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -IX

Məmməd Araz şeirləri

“YOXDU

Bu şeir aşıq gəraylısı formasındadır. Məmməd Arza sazı basıb sinəsinə, görək nə deyib.

“Bu ocaqda söz alışqan,

Alışan var, yanan yoxdu.

Hansı ocaqda? İkinci misraya fikir verin: deməli, Həsən keçəl keçəl Həsən deyil? Alışanla yananın fərqi nədir?

Şeir başdan-başa narazılıq, giley, təhqir, alçaltma və aşağılamadır.

“Söz qanmaz ki, şeşələnir,

Söz küllükdə eşələnir.

Söz qanmayanın şeşələnməyi necə olur? Əgər Füzulini kimsə qanmırsa, Füsulinin sözü küllüükdə eşələnməlidir? Məmməd Arazın öz şeirlərinin yeri, hə, küllükdür. Ancaq Füzuli var, Molla Pənah var…

“Min dərdim var — rişələnir,

Bircəsini qanan yoxdu.

Naxçıvandan Bakıya ayaq qoyandan Məmməd  İbarahimin (Arazın) nazı çəkilib, bir kitabxanalıq kitabı dövlətin, yəni xalqın puluyla nəşr edilib, özü ətək-ətək qonorar alıb, kurortlar gəzib. Deyir “dərdimi qanan yoxdu…”

Birdən cəfəngiyyat yazdığını çaşıb etiraf edir:

“Daşdan-kəsəkdən yazıram,

Çəndən-çiçəkdən yazıram,

 İtdən-pişikdən yazıram,

 Heç fərqinə varan yoxdu.

Fərqinə varsaydılar, deyərdilər cənab, sən bizi dolamısan? Get ictimai-faydalı əməklə məşğul ol…

“Sözümü yordum bu yolda,

İzimi yordum bu yolda,

Dözümü yordum bu yolda;

 Dözümə də güman yoxdu.

Bu bəndi kilometrlərlə uzatmaq olar: üzümü, gözümü, ağzımı, bezimi, dizimi…

Görəsən, Məmməd Araz öz yazdığını oxuyub xəcalət çəkirmiş?

“Şeir”1991-ci ilin yazında yazılıb. Məmməd Araz bambılılıq edəndə xalq yeməyə çörək tapmırdı…

DALIMCA GƏLMƏ

Bu, yaxşı şeir olmalıdır. Kimsə şairin dalınca düşüb onu təqib edir. İngiliscə belə adamlara stalker deyirlər. Görək kimdir.

“Ta mənim dalımca gəlmə, əzizim

Deyəsən, dalıycan gələn arvaddır. Sonra:

Bir şöhrət çəhlimi tap, qoşul ona.

Bunu başa düşmədim. “Şöhrət çəhlimi” kimdir ya nədir?

«Çətin cığınmız yollaşa bizim,»

“Yollaşa” – yəni yola çevrilə? Məmməd Arazın neologizm sexi dayanmadan işləyir…

“İz tapaq bir məslək qonşuluğuna.

Deyəsən dalda gələn kişidir. Məslək söhbəti var.

“Sabahın sədası bu gündən gəlir,

Taledir quruda tapdığın qayıq.

Qayıq suda tapılsaydı, tale olmazdı? Qiyamət qopardı? Ya fırtına? Quruda tapılan qayıq niyə taledir?

“Əvvəlin sonu yox, sonun əvvəli.

Bu cəfəng misranı olduğu kimi R. Behrudi salıb öz cızmaqarasına. Baxa bilərsiniz. Məmməd Arazın tökdüyünü R. Behrudi yalayırmış…

“Sən mənim dalımca daş at da, qayıt.

Oho! Bu nə ağır jest oldu!

Məni maraq öldürür: gələn kişidir ya arvad? Heyf ki, dilimizin qrammatikasında cins kateqoriyası yoxdur…

“Yedəkdə nərin də nərliyi itir;

Nər – yəni dəvə. Dəvə kimin yedəyində gedir? Niyə dəvəliyi itir?

“Neçə çubuq yeyir bir tikan üçün.

Məmməd Araz hamını özüylə ölçür. Yadınızdadır pişiklə necə kobud danışırdı? Elə hesab edir ki, dəvə ağzını tikana atanda sahibi onu kötəkləməlidir. Niyə? Dəli olub?

“Əsrin günahları gözümdə bitir,»

Gözdə günah necə bitir?

Yadınızdadırsa, şairin dalınca kimsə gəlir. Bunu dalda gələnə deyir? Bayaq deyirdi məni daşa bas, indi əsrin günahlarından danışır.

Vacib detal: Məmməd Arazın özünün günahı yoxdur, yeganə günahı günahsızlıqdır. Günah — əsrindir.

“Noxtası quşquna bağlı yol gedən…

Sonrası? — Beləcə adət, öyrəniş!

Başa düşdünüz? Mən – yox!

Şeirin son bəndi. Şeir, nəhayət, başa çatır, şairin dalına düşən kim idisə, üçüncü bənddən yoxa çıxıb.

“Yoluna yol verməz duman da, çən də,

 Özün öz yoluna özül olmasan;

“Yoluna yol verməz…”

Suyuna su verməz… işığına işıq verməz…

Mətn 1991-ci ilin iyununda Qubada yazılıb. Xalq çörək tapmayanda xalqın şairi can bəsləyirmiş…Özü də hamıdan narazıdır…

«GÖY ALTINDA, YER ÜSTÜNDƏ»

“Bu dünya ibrətdi, bu dünya dərsdi,

 İtirən uduzur, götürən udur.

Bunu indiyəcən bilən var idi?- “götürən udur…”

İnsanın varlığı quruca səsdi…

Belədə deyirlər ki, sən özündən danış. Üzeyir Hacıbəyov quru səs idi?

“Dağ aşar, çay adlar insan qədəmi

Şair niyə “addım” demir, ərəbcə “qədəm” deyir? Kütləni sarsıtmaq üçün? Şeyx Əhməd Şeyx Nəsrullahın yanını basırdı: “Ərəbcə de, de, ərəbcə…”

Yəqin başa düşənlər oldu: “qədəm” “qələm” sözünə qafiyədir.

“Vaxt olur götürüb kağız-qələmi

Qaçmaq istəyirəm Yer kürəsindən...”

Evdən yox, şəhərdən yox. Yer kürəsindən! Nəsimi miqyası!

Marsa da getsə, kağız-qələmlə getmək istəyir. Vay marsdakıların halına…

“Allahı dananlar Allaha yaxın,

Allahı sevənə gor eşmək düşür.

Bunu Məmməd Araz hardan bilib? Eksperiment, müşahidə? Ya qeybdən qulağına pıçıldayıblar? Allaha yaxınlıq keflə yaşamaqdrsa, Məməd Araz özü Allahı danan olub. Hələ kürəkəni Aqil Abbası demirəm. Yəqin lap yazılı şəkildə danır, notariusda möhür də vurdurur, yoxsa belə naz-nemət içində yaşamazdı… Razılaşın ki, Məmməd Araz gor eşməyib, yəni alın təri ilə çörək qazanıb yamaqlı şalvar geyməyib. Deməli, öz düsturuna görə, yüz faiz Allahı danıb…

“Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,

 Əl tutan bir isə, əl kəsən min-min.

Əkindi, səpindi, biçindi, vərdi,

Torpaqdı mayası mənim şerimin.

Bu bənddən bir şey başa düşürsünüz? Məmməd Araz əl-ələ görüşməyin əleyhinədir, çünki əl kəsənlər var, əlini verərsən, birdən görərsən biləyəcən kəsilib…Belə? Sonra şeirinin mayasından danışır, deyir torpaqdı, əkindi səpindi… Ancaq bunun əl tutmağa, əl kəsməyə nə dəxli?

Əməl muzeyidir insan yaddaşı,

Ad ki həkk olundu — şöhrət daşı var.

İkinci misradan bir şey başa düşdünüz?  “Şöhrət daşı” nədir? Əgər indi az-çox tanınan müəlliflərin əksəriyyəti belə yazırsa, demək olarmı ki, Azərbaycan dəlixanadır?

“Tale bir xoş ömrü çox gördü mənə,

Tikan da əkilməz qəbrimin üstə;

Şeir 1991-ci ildə yazılıb. Qarışıqlıq vaxtı. Məmməd Araz qorxurmuş ki, ölkə ayılıar, bakılılar da ayılarlar, ölsə, deyərlər ki, aparın basdırın harda doğulub, orda…

Məmməd Araz Vətən fikri yox, yaxşı güzəran və Fəxri Xiyaban fikri çəkirmiş…

Baxıb yuxarıdakı misraya:

“Tale bir xoş ömrü çox gördü mənə…

1991-ci ilin martı. Yəqin şair korluq çəkib, qırqovul, kəklik  əvəzinə nifrətamiz toyuq yeməyə məcbur olub…

“Bu gözdən o gözü görmürəm daha,

 Gözümün içi də yaxşı görünmür.

Heç şübhə ola bilməz: yemək qıt olub. Ancaq ikinci misra çox gülməlidir. Şair öz gözünün içini görmək istəyir? Niyə?

“Torpaqsız, bu yurdda min bölgü olur,

 Böyüyən iddiam — bəlkə də sonum!

Başa düşdünüz? Yox? Xalq şairini qınamayın. Həftələrlə hansı xalq şairi qırqovul-plov, kəklik çığırtması yeməsə, sarsaqlayar…

Yadınıza salım ki, 1991-ci ilin martıdır. Azərbaycan torpaqlarında qan su yerinə axır…

X.X.

05. 06. 2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VIII

GƏDƏBİYYAT. RÜSTƏM BEHRUDİNİN YERİ DAR AĞACININ HARASINDA OLMALIDIR? ƏLBƏTTƏ, İLGƏYİNDƏ!

Molla Nəsrəddindən soruşdular ki, tabut aparılanda onun harasında olmaq yaxşıdır. Molla dedi ki, harasında olursan, ol, içində olma…

Mən by lətifəni Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirini oxuyanda xatırladım. İndi biləcəksiniz niyə.

Hələ məktəb dərsliklərində süjetli və və sejetsiz şeirlərin olduğu deyilirdi. Məsələ o qədər də sadə deyil və mübahisəlidir. Ancaq şeirin nəyi olmasa da, mövzusu olmalıdır. Mövzu isə hadisə də ola bilər, təəssür də, yaşantı da, xatirə də, düşüncə də. Ancaq konkret mövzu olmalıdır və Azərbaycan poeziyasında  da mövzu 20-ci əsrin 60-cı illərinə qədər olub. Götürün Füzulinin qəzəllərini, Vaqifin qoşmalarını, Sabirin, Cəfər Cabbarlının, Müşfiqin şeirlərini. Hamısında mövzu var, hamısında inkişaf xətti var, ekspozisiya var, final var. Ancaq 60-cı illərdə və ondan sonra şeirin ən vacib elementi, onurğa sümüyü olan mövzu itir, müəllif əvvəldə nəyi isə bəyan edir, sonra aralarındakı məna, məzmun əlaqəsini müəyyən etmək mümkün olmayan üç, dörd, yeddi, səkkiz bəndlik mətn tərtib edib altında tarixini qoyur.

Təəccüblənməyin: Məmməd Arazın, demək olar ki, bütün mətnləri belədir. Onlar bir tərəfdən hər şey haqqındadır, digər tərəfdən, heç nə haqqında deyil.

İnciməyin: Bəxtiyar Vahabzadənin şeirlərinin də çoxu belədir.

Ramiz Rövşənin “Cibimdə əlim darıxır” şerinin mövzusu nədir? Rədif önünə qafiyə tapsan, belə şeiri kilometrlərlə uzatmaq olar: əlim, dilim, qolum darıxır…dalım darıxır və s. bu cür cəfəngiyat.

Qurban Məmmədli demişkən, əziz həmvətənlər, bu, humanitar fəlakətdir. Azərbaycan ədəbiyyatını gədə-güdə və aferistlər yazır.

Baxaq Rüstəm Behrudinin şeirinə.

“Yolumu gözlədin hər səhər-axşam…

Mətn oxunanda, gözümüzün önündə, musiqiçilərin dili ilə desək, vizual sıra yaranmalıdır. İndən belə R. Behrudi adlanacaq şeir müəllifi dar ağacına müraciət edir. Dar ağacı hardadır? Dar ağacına, ölüm hökmünə məhkum edilən adam edam ərəfəsində müraciət edə bilər. Ya da apardığı təhlükəl mübarizəinin onu ölümə aparacağını bilən adam. Məgər R. Behrudi haçansa nəyinsə uğrunda mübarizə aparıb? Əlbəttə, günəş altında yer, yağlı tikə uğrunda mübarizə aparıb, hətta hər cür alçaqlığa əl atdığına da şübhə etmirəm. Ancaq mən siyasi mübarzəni nəzərdə tuuturam. Məsələn, totalitarizmə qarşı, faşizmə qarşı mübarizə. Ən azından Xəzəri hasarlayanlarla mübarizə. Aparıb? yox? Bəs niyə dar ağacına sürtüşür?

Dar ağacı mövzudurmu?

Yox, mövzu deyil. Dar ağacı oxuvcunu sarsıtmaq üçündür. Dar ağacı cılızı böyüdür, cındırı nəcib edir. Şeirin başlanğıcından müəllifin dar ağaıyla salamlaşdığını (tərsə salamlaşdığını) görən oxucu, əlbəttə dalıyca gələnin cəfəngiyat olduğunu görməyəcək.

İndi keçək dalına. R. Behrudinin yox, şeirin. Dalı sualdır.

“O hansı millətdir, taleyi sirdir?

Qtrammattik cəhətdən qüsurlu bu sualın dar ağacı ilə nə əlaqəsi var? Taleyi sirli olmayan xalq var?

“Yüz adla bölündü, yenə də birdir!

Bölünən xalqlar nə qədər istəsən! Koreyalılar, irlandlar, kürdlər, basklar, talışlar, türkmənlər, beluclar, puştunlar… Saymaqla qurtarmaz.

“Məni hüzuruna bu dərd gətirdi».

Aha! Dar ağacının hüzuruna R. Behrudini dərd gətirib. Yeri gəlmişkən, şəkillərinə baxın, buğa kimidir. Dərd çəkənə oxşayır? Özü də bölünən xalqların dərdi…

Ay lotu…

Sonra tərs salamlaşma: “Əleyküm-salam…

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.

Gölləri sadalayır, sonra deyir can üstündə gördüm. Yəni “yaralı, can üstdə” həmcins üzvlərin hər brinə aiddir. Yaxşı, deyək ki, Aral doğrudan da can üstdədir. Bəs Xəzər? Aşıb-daşan Baykal can üstdədir, ay aferist? Lap elə can üstdə olsun, sən kimsən ki, Baykal dərdi çəkəsən, sənin qəlbin də, zehniyyətin də nohur miqyası və dərinliyindədir.

“Tanrını bəndədən aralı gördüm».

Bi misranın yuxarıdakılarla əlaqəsi var? Deyək ki, var, hərçənd yoxdur. Tanrının bəndədən aralı olduğunu bu insan (şərti!) necə görüb?

Əziz həmvətənələr! Yadınızdan çıxarnmayın ki, şeirdə söhbət dar ağacından asılmaqdan getməlidir. Gedirmi?

“Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının
”.

Başa düşdünüz? Mən – yox! Fələk – qarıdır. Deyək ki, F. Behrudinin nənəsi. Onun çarxı tərs fırlanır. İkinci misrada mübtəda hardadır, tamamlıq hardadır? Kölgə nəyin kölgəsidir, budaqlar nəyindir?

“Rəngi bayrağımda yarpaqlarının»

Nəyin rəngi? Çərx-fələyin? Turanın? Kölgənin?


“Əvvəlin axırı, sonun əvvəli…”

Gördünüz? Məmməd Araz Məktəbi! Keçəl Həsən, Həsən keçəl.

“Buymuş, bilməmişəm bunu mən dəli.

Yox, cənab, sən dəli-zad deyilsən, sən soyuqqanlı aferistsən. Cəfəngiyatını millətə sırımağı bacarırsan.

“Qorxum yox! Nə olsun boyun göy dəlir?!

Nəyin, kimin boyu? Qarı fələyin? Dara ağacının? R. Behrudi, bu İsfahan… pardon, bu Naxçıvan lotusu niyə dar ağacından qorxmalıdır ki? Lotuları kim dar dacından asır? Azərbaycanda bir lotunu tutublar? Azərbaycanda şərlənib tutulanları tanıyırıq…

Olasan Rüstəm-zal, o dar ağacının dirəyini çıxarıb soxasan… Vallah, adamın ürəyinin başı yanır. Millət nə yaman gündədir…

“Danış, Əmir Teymur, bu son nəydi bə?

A kişi, özünü yığışdır, Əmir Teymurla nə şin var, sənin səviyyən məhəllə qoçusudur…

Sən haranın türkü oldun? Sən zoğal dəyənəkli Xudayar bəydən qüdrətli rəhbər görmüsən?

Bəs bu sondakı “bə” nədir? Bəlkə “məəə?”

“Boynumda ağ kəfən, dilimdə tövbə…

Behrudini boynunda kəfən təsəvvür edirsiniz? Kəfən boyunda olur? Qismət olsun, R. Behrudini dediyi kimi görəsiniz.

Amin!

“Dərsini tərs bilən, mənimdi tövbə!

Başa düşdünüz?

“Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Bəs bunu necə?

Bu lotu dar ağacından asılan azadlıq fədailərini təhqir edir, vallah! Belə adam asılsa, ancaq, rus demişkən, yumurtalarından asıla bilər… Только за яйца! Məsələn, borca götər, artıq-əskik danışdığına görə?
“Ya səni yendirrəm, ya sənə yennəm.

“Yendirrəm” – azərbaycanca deyil. Bəlkə “endirrəm”?  “Ya sənə ennəm”? Bayaq demişdi ki, dar ağacı göyü dəlir, göydələnə necə enmək olar? Helikopterlə?

“Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm…
.”

Başa düşdünüz? Nəhəyər, dili doğruya gəldi: atasından xəbəri yoxdur…Maması gəncliyini xoş keçirib – bu mənim sözüm deyil, fransız komediyasındandır…

Mən R. Behrudidən çoxdan acıqlıydım Səbəbi burda:

ZƏLİMXAN YAQUB BİZİ RÜSTƏM BEHRUDİYƏ TAPŞIRIB GEDİB…

Qayıdaq Molla deyənə. Mən R. Behrudini dar ağacının harasında görmək istərdim?

Əlbəttə, ilgəyində!

Yumurtalarından asılmış halda…

X.X.

03. 06. 2024, Samara

P.S. İnternetdə R. Behrudi haqqında uzun bir məqaləyə rast gəldim. Uzun məqələnin müəllifi iddia edir ki, R. Behrudi “dar ağacı” dahi şair Akif Azalpdan oğurlayıb. Tez axtarıb bu cənabın şeirlrini İnternetdə tapdım. Və çox məyus oldum, çünki, məncə, ikisi də bir-birinin tayıdır. “Turan” sözünü hara gəldi soxur. Düzü, mən bilmirəm Turan nədir və haradır. Turan deyiləndə gözümün qabağına Qurbanqulu Berdumühəmmədov gəlir. Turan-muran… Bu mnim yadıma burda danışalsı olmayan başqa bir lətifəni yadıma salır: dərə-mərə, Əsəd-məsəd, eşşək-meşşək…

X.X.

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VIII

Məmməd Araz şeirləri

«GÜZƏŞT» şeiri.

Şərq poeziyası, mən müsəlman ölkələrinin ədəbiyyatını nəzərdə tuturam,  xristian millətlərin poeziyasından bir vacib xassəsi ilə fərqlənir. Rus və qərb poeziyasının yaxşı nümunələrində müəllif özünütəhlilə meyllidir, xeyli halda lirik şeirin mövzusu şairin etirafıdır, özünə rəva bilmədiyini başqalarına elədiyinə görə çəkdiyi vicdan əzabıdır, günahlardır və. s. Bu bəlkə də xristian kilsəsinin öz üzvləri, ardıcılları qarşısında qoyduğu sərt təəblərlə bağlıdır. Katoliklərdə, məsələn, gümahların kilsədə ruhaniyə etirafı məcburi prosedurdur. Əsrlərlə məcburi olan şey, əlbəttə, insanların mühüm  hissəsində, o cümlədən yaradıcı insanlarda, mənəvi-əxlaqi tələbata çevrilir.

Müsəlmanlarda belə şey varmı? Yoxdur. Günah eləmisən? Kiməsə badalaq qurmusan? Arvada sataşmısan? Malını yemisən? Heç darıxıb-eləmə. Mollaya quran xətm elətdir, qurban kəs, seyidə nəzir ver, ocağa xələt apar, get Kərbəlaya, Məkkəyə ziyarətə — tərtəmizsən…

Qəribədir ki, etiraf kimi bəyan edilən, başlanan şeirlər azərbaycanlılar çox yazırlar. Ancaq elə ilk misralardan sonra Məşədi İbad deyən olur: “Mənim eybim eyibsizlikdir”. Bəxtiyar Vahabzadənin indi adını unutduğum şeirində elə belə deyilir: “Mənim günahlarım günahsızlıqdır”. Təxminən belə deyir.

İndi Məmməd Arazın “Güzəşt” şeirinə baxaq.

“Bir çaydan su içir güzəşt də, qəsd də…

Bəlkə “qaynaqlanır” demək istəyib? Suyu gül içər, bostan içər…

Bununla işimiz olmasın.

“Od da var, buz da var insan qanında.

A kişi, sözünün canını de. Xalq “soyuqqanlı” deyib, yaxşı da deyib. Buz nədir?

“Kimi söz acıdır qızıl qəfəsdə,

Kimi qum sovurur söz xırmanında.

Qızıl qəfəsdə söz acı? Kimdir? Tutuquşu? “Söz xırmanı” nədir? Qum karxanada olar. Xırmanda dəni sovururlar…

Sonrakı bənd tam cəfəngiyatdır. Yəqin Məmməd Araz yatanda yanına “Vesna” maqnitofonunu qoyurmuş ki, sayıqlamalarını yazsın. O maqnitafon hər adamda yox idi…

3-cü bənd.

“Günah çamırında ağnayana bax..”

Yəni eşşəyə?

Misraya diqqət edin: Məmməd Araz bu şeirdə öz günahlarından danışmayacaq, güzəşt – günah deyilmiş, ləyaqət imiş,  yeganə günahı isə, Bəxtiyar Vahabzadə kimi, günahsızlıqdır. Günahkar – başqalarıdır. Biri, odur ey, günah çamırında ağnayır….

“Onun da baxtına günəş doğulur”.

Günah çamırında ağlayanın baxtına?

“Qulağı kar olun hin harayına,

Tülküyə borcumuz hörmətdi-dedi…”

Bəh-bəh… Hin, tülkü… Hin harayı – yəni toyuq-cücənin harayı. Haraya getməyənlər özlərini doğrultmaq üçün deyirlər ki, bizim tülküyə hörmətimiz var…

Hin harayı… Humanitar fəlakət….

Buna poeziya deyənin lap…

Sonra şair Ayızadədən (böyük hərflə, Ayızadə — soyadıdır)) danışır, Ayızadə bunun üstünə çəmkirib, bu onun burnunun üstünə vurmayıb…

Görürsünüz, şair təzə doğulan körpə kimi günahsızdır. Yeganə günahı nəcibliyidir…

“İnadda yüzəmsə, güzəştdə minəm,

Öz əlim pis qazmır öz məzarımı.

Altruist, min faiz altruist! Çörəyini verib özgələrə, özü ac yatıb… Ya da gedib kurortlarda yeyib…

Bəlkə ona görə belə sayıqlayırmış?

“Bu xalqa ömürlük tapşıran mənəm

Dərə məzarımı, düz məzarımı.

Başa düşdünüz? Xalqa dərə məzarını tapşırıb, xalqı isə kürəkəni Aqil Abbasa…

O qədər güzəştə getdim, bu haqqı

Çox azlar yenə də çox az bildilər.

Elə danışır ki, guya millətə elə bu çörək verirmiş… Kurortları gəzə-gəzə…

Özü öz gözndə elə böyüyüb ki, daha “Həsən keçəl – Keçəl Həsənə” də tənbəlik edir. Elə iki dəfə Həsən deyir ya da iki dəfə “keçəl”.

“çox azlar… çox azlar…”

Azərbaycanda yaxşı dilçi alimlər qalıbsa, göstərin, desin son misra azərbaycancadır ya bizim bilmədiyimiz ayrı dildədir.

Kamal Abdullaya göstərməyin, o özü dilimizi bilmir…

“Babam da beləcə, atam da belə

Toruna düşənə güzəştə getdi.

 Torundan qaçana güzəştə getdi»

Burda şair çaşıb ailə, nəsil sirrini açır: babas da, atası da adamları tora salırlarmış, yəni badalaq qururlarmış…

Son misra lap maraqlıdır: Kimsə öz səyi və fərasət ilə babasının torundn çıxıb qaça bilibsə, daha bu nə güzəşt oldu…

“O qədər güzəştə getdim, axırda

Palazım dartıldı ayağım altdan».

Bu yazılanı səhnə kimi təsəvvür edib xeyli güldüm. Kinokomediyalarda müxtəlif persoonajların ayağının altından palaz, xalça çəkilir,o adam da kəlləmayallaq olur…

Məmməd Arazı kəlləmayallaq təsəvvür edin. Ürəkdən gülün. O sizi, bizi lox, debil sayıb o qədər gülüb ki…

X.X.

02.06.2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VII

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VI

Məmməd Araz şeirləri

«BU GECƏ YUXUDA»

Bu şeiri Məmməd Arazın, üzr istəyirəm, başının vəziyyəti, psixoloji durumu barədə  ciddi informasiya mənbəyi kimi də oxumaq olar. Şair yuxuda görür ki:

“Yel kimi səyirdib mənsəb atını,

Sel kimi kükrəyib, sel kimi axdım.

Taxıb qollarıma quş qanadını…

Bu gecə yuxuda şah oğlu şahdım

“Mənsəb atı” nədir, başa düşmədim. Yəqin sehrli, uçan atdır. Elədirsə, şair quş qanadı niyə taxır?

Dalına baxaq. (Şeirin dalına, türkün məsəli)

“Günəşə, dur- dedim, — mənsiz yerimə!

Üfürüb söndürdüm ulduzları da.

 Seçdim xan yerinə, əyan yerinə

Qəpikdən, quraşdan ucuzları da.

Belə çıxmırmı ki, Məmməd Araz merac eləyib? Bəs günəşə niyə “dur” deyir? Necə yəni “mənsiz yerimə”? Deyək ki, göyə çıxıb şah oğlu şah olmusan, bəs ulduzları niyə söndürürsən?

 “Çalalar önümdə süd gölməçəsi,

Dərələr-bal dolu ağzına kimi”.

Bu təsvirdən görünür ki, şair şah oğlu şah-zad deyil, elə danabaşlı gədədir. A kişi, denən dərya, denən okean, dəniz. Çala nədir? Mal fermasındasan?

“Ağa barmağımı tuşladım — qara,

Nə desəm ağardı dediyim anda”.

Aha! Şah oğlu şagh fironluq eləyir!

“Kimdir bu dünyada kimliyi qalan?

Əvvəli, sonu var qara daşın da.

Bu beytin əvvəlki beytlə hansısa bir əlaqəsi var? “Kimliyi qalan” nə deməkdir?

“İştahım: ucalmaq Allah yanına!

Bir az da yuxarı, azacıq, azca!

Tom Kruz dincəlir! Məmməd Araz Allahdan da bir az o yana qalxmaq istəyir…

Salyanlıların bir məsəli var: Allah naxçıvanlıya qanad versəydi…

Yadınızdadırsa, şeirin əvvəlində Məmməd Araz öz qoluna quş qanadı taxmışdı. Hara uçur – məlum deyil. Ancaq ulduzları söndürüb, Günəşə də “Farağat!” əmri verib yerində dondurub…

Məmməd Arazın şeirnidə dərə varsa, dağ olmalıdır, Hökmən! Səməd Vurğun məktəbidir.

Bu da dağ:

“Dağlara baxıram: gileyli dağlar…

Gördünüz? Məmməd Araz dağa (dağlara! Bir neçə dağa!) baxan kimi bilir kefləri necədir. Maraqlıdır, nədən bilir?

“Bir meşə yüklənir bir qarışqaya”.

Aha! Çəyirtkələrin dəvə minməyi yadınızdadır?

Bəs hanı Məməd Arazın əfsanəvi “keçəl Həsən”lə “Həsən keçəli”?

Budur:

“Bu uzaq yaxınlar, yaxın uzaqlar…

Dalıyca:

“Barışa bilmirsə — heç barışmaya!

Kim kiminlə? Nə nə ilə? Dağ gileylə? Qarışqa meşə ilə? Keçəl Həsən Həsən keçəllə?

Bəlkə bəsdir? Arayışını yazmaq olar?

Sonda Məmməd Araz nədən başladığını dumanlı şəkildə xatırlayır, yenə də göstərmək istəyir ki, danabaşlı gədə deyil, şah oğlu şahdır.  Ancaq qaş qayıran yerdə göz çıxarır:

«Böyrümdə tazı da, dovşan da sinib,

Gözucu vəzirə, vəkilə baxdım.

Nə qaçan tərpənir, Nə qovan dinir…

 Bu gecə yuxuda şah oğlu şahdım!»

Qurban Məmmədli demişkən: əziz həmvətənlər, sizə xatırladıram ki, şah oğlu şah da, vəzir də, vəkil də, dovşan da, tazı da qaranlıqda oturublar, çünki bu zalım oğlu göyə (Allahdan bir azca yuxarı) çıxan kimi günəşi də, ulduzları da üfürüb söndürüb…

“GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK

Şeiri oxuyaq. Evdə zəncir varsa, yanınza qoyun  ki, oxuduqca vurasınız sinənizə. Mən az qalmışdım başımı da yaram.

“Azdı ac gödənə yüz haram tikə,

Paslı dəmirləri gəmirmə nahaq…”

Ac gödənli adam dəmir gəmirir? Özü də paslısını?

“İşıqla qarnını kim doydurub ki,

 Zülmətlə qarnımı kim doyuracaq?

Gecə pəncərəmə dırmaşan pişik!

Vurun zənciri! Bərk vurun! Müsibətdir…

Yəqin pişik bu cəfəngiyatı yazan şairə baxıb başını bulayır və acı-acı miyoldayırmış…

“Sanma ki, dünyanın bəxtəvəriyəm,

Yuxuda xoşbəxtəm, o da ki — yatsam.

Başa düşürəm… Ayıq vaxtı köhnəlmiş, nimdaş arvadını görür, kefi pozulur. Yuxuda huri görür, bəlkə Kim Kardaşyanı da görür.

Bir şərtlə: əgər yatsa! Şair yuxusuz gecələr keçirir!

Füzuli nə demişdi:

“Bu vüsalə yuxu əhvalı deməl mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə…”

Kərbalaya atüstü baş çəkdik, dönək Danabaşa.

“Əsrin caynağında yumaqdı ad-san,

Gecə pəncərəmə dırmaşan pişik!

Vurun zənciri! Yazıq pişik…

“Söyüd də dartınır suyunu alcaq,

Bir quru kötüyün ədası yoxdur!

Söyüd su alanda dartınır? Bilmirdim. Uşaqlığımız söyüd altında keçib. Bizim söyüdlər dartınmazdı…

“Qurd itdən süləngi, it qurddan alçaq,

Sinəmdə yer versəm, faydası yoxdur».

Qurdu da təhqir elədi, iti də, türkün məsəli, ikisini də soxdu bir-birinin…

Bəlkə Məmməd Araz qurda “süləngi” deyəndə Rüstəm Behrudini nəzərdə tutub? Axı o cənab özünə utanmaz-utanmaz qurd deyir. Niyə qurd deyir, bilinmir. Yəqin Məmməd Araz bilirmiş…

Ancaq iti təhqir eləməyi yaxşı deyil. Bəlkə pişiyə xoş gəlmək üçün itin haqında o sözü deyir?

“Pəncərə sındıqca pişiklər artır,

Görən nə yemişik, nə yedirtmişik?

Pəncərə sınıb? Niyə xalq şairinin pəncərəsini düzəlməyiblər? Özü də birdən sınmayıb. “Sındıqca”  — yəni yavaş-yavaş sınırmış…Şəhərin pişikləri də Məmməd Arazın pəncərəsinin sındığını eşidib tökülüşürlərmiş…

Vurun zənciri…

“Elə marıtdama altdan yuxarı,

Nə var yuxanda, büdrəmək, aşmaq…

Pişik altdan yxarı baxırmış… Yəqin görüb Məmməd Arazdan yal gözləməyin mənası yoxdur, yuxarıdakı mənzilə göz yetirirmiş…

“Yeri get qabını yala, ay axmaq!

Gecə pəncərəmə dırmaşan pişik…

Qabına bir şey qoymusan ki, yalaya…

Dünyanın ən böyük bədii istedad sahibləri pişikləri seviblər, pişiklərə ən yaxşı əsərlərini həsr ediblər: Hofman, Bodler, Tsvetayeva…

Bu görün pişiklə necə danışır…

Qoqolda İvan İvaniviç var. Ondan bir tikə çörək istəyən dilənçi qarıya deyir: Yeri get, mən ki səni kötəkləmirəm…»

Bu nəyin sübutudur? İzahata ehtiyac varmı?

X.X.

31 05. 2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -V

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -V

 

Məmməd Araz şeirləri

“ÇIXMAZ” rədifli gəraylı.

“Dərd dərədi, dərə mindi,

Çəyirtkələr dəvə mindi.

Dərd niyə dağ deyil, dərədir? Keçmişdə şairlər dərdi dağa oxşadırdılar, bunu başa düşürdük, yəni dərdin yekəliyini nəzərdə tuturdular. Dərd dərəyə bənzədilirsə, bu, dərdin dayazlığını göstərir?

1988-ci ildə yazılıb, Meydan başlananda. Bilmirəm, “çəyirtkələrin dəvə minməyi” ilə şair nəyəsə ya kiməsə eyham vurur ya vurmur. Deyək ki, İsgəndər Həmidov ya Sabir Rüstəmxanlı çəyirtkədirlər. Bəs dəvə kimdir?

Gözlərimi yumub çəyirtkəərin dəvə minməyini təsəvvür etmək istədim, alınmadı, çünki şair çoxlumu çəyirtkənin bir dəvə mindiyini, ya hər çəyirtkənin bir dəvəyə mindiyini dəqiqləşdirməyib.

“Dovşanlıq ki, dəbə mindi,

Göy talaya əlik çıxmaz.

Dovşaların dəbə minməyi necə olur? Əlik – vəhşi keçidir? Dovşanlardan qorxub göy talaya çıxmır? Bu beytin dəvə minən çəyirtkələrlə nə əlaqəsi?

Sonra çox qəribə bir beyt gəlir:

“Neyləyim ki, öz ətimdən

 Öz əlimə çəpik çıxmaz.

Mənə elə gəlir ki, İlham Əliyevin fərmanıyla və yəqin ki, şəxsi puluyla çap olunub kitabxanalara sədəqə kimi paylanmış kitabda səhbv gedib – “ətimdən” yox, “əlimdən” olmalıdır. Ancaq! Ancaq öz əlini öz əlinə vuranda niyə çəpik çıxmır? Tarix boyu çəpik elə belə çıxıb və hamıda çıxıb. Nə oldu ki, Məmməd Arazda çəpik əvəzinə 404 error çıxdı?

Hə?

Yox, əgər nışriyyat səhvi deyilsə, «öz ətimdən öz əlimə çəpik çıxmaz» nədir?

“Bu Allahın Allahı yox,

Heç dərdimə şərik çıxmaz…”

Əstəğfurullah! Allahın haqqınada belə tərk-ədəblk edəndə əlindən hardan çəpilk çıxar? Səsin də batar, başqa vacib funksiyaların da işləməz…

Keçək ayrı şeirə.

«VAXTINDA GƏLMƏDİN»

«Vaxtında gəlmədin… Mən məndim onda,

 Qanadım yerində, qolum yerində.

Mən onda eşqimin ağ otağında

Olsam da, olardım qurum yerində».

Əvvəlini başa düşdük, çəpiyi çıxmasa da qolları yerində imiş. İkinci beyti başa düşmədim. Deməli, Məmməd Araz eşqinin ağ otağında olsa da, bu otağın qurum yerində imiş.. Deməli, ağ otağın hisli, qurum yeri var imiş?

Kimdən soruşasan? Bəlkə Aqil Abbasdan?

“Mən də çox ürəyə od dartdım, hədər

Odu necə dartırlar? Odu atarlar, hə? Bəlkə İlham Əliyevin puluyla çıxan kitabda yenə səhv gedib?

“Heç vaxta sığmadı havalı vaxtım.

Vaxt vaxta sığmayıb…

 “Caynaqdan, qaynaqdan uzaqdı hələ

Caynağı başa düşdük. Qaynaq nədir? Qaz qaynağı? Elektrik qaynağı? Vaxt qaynaqdan uzaq – bu nədir?

 “O mənim abırlı, həyalı vaxtım”.

Şairin abırlı, həyalı vaxtları olub… Kürəkəni hörmətdən salıb…

“Danışsaq çıxacaq dərd bir-bir üzə,

Qəlbimiz gülü buz külqabı kimi

Külqabılarda gül olur? Hamısında? Niyə külqabının gülü buzdur?

İndiyəcən qəlbi külqabıya oxşadan olmuşdu? Biz hara gedirik?

Şeiri bir neçə dəfə oxudum, “vaxtında gəlməyənin” kim ya nə, arvad ya kişi olduğunu başa düşmədim…

Külqabının buz gülünə and olsun!

“QORXURAM” — bu, maraqlı şeir olmalıdır. Görək şair nədən ya kimdən qorxurmuş.

“Ən tənha adamdır çox dostlu adam,

Yıxıldın, qaçacaq hamısı birdən.

Çox  — konkret nə qədər? Dostların sayı nə qədər olmalıdır ki, yıxılanda qaçmasınlar?

“Bir olsun — pir olsun: çıxarma yaddan,

Bir olsun — pir olsun, yapış o pirdən!

Aha! Bir dost kifayətdir. Ancaq pir olmalıdır.

Pir dostu hardan tapasan?

“Bu necə oyundu, necə hənəkdi?

Siçanı pişikdən ayırmaq olmur.

Şair burda haşiyə çıxdı. Yəqin evini siçan aparırmış. Yəqin şairin tox pişikləri siçanları tutmaq əvəzinə onarla oynaşırlarmış.

“Dağ uçdu? Uçruldu? — Bilinmir bu sırr! –

Adətən, deyirlər dağ siçan doğdu – ruslar deyirlər, məsəldir. Məmməd Arazda siçan dağı doğdu…

Dağ uçub? Dağı uçurublar? Hansı dağı?

“Zamanın qayçısı düzü düz kəsir,

Səni əl verdiyin hansı əl əydi?

Necə yəni “düzü düz kəsir”? Düzü elə mən də düz kəsərəm. Ümumiyyətlə, zaman nəyisə kəsir?

Səni – kimi? Əl adamı necə əyir? Birinci beytdə dağ uçulur, ikinci beytdə zaman dərzilik edir…

“Hər sözün qulpundan yapışmır əlim,

Söz alğı-satqısı heyrətdi bəlkə?

Başa düşmədim… Bu mətnləri bəlkə qayınatası üçün Aqil Abbas yazırmış? Atalar deyib ki, hər kürəkənə iş tapşırmaq olmaz…Arxayın deyiləm, ancaq mənə elə gəlir ki, deyiblər…

Yadınıza salıram ki, şeirin adı “Qorxuram”dır. Müəllif hara getdi? Şeirinin birində “yüyənsiz qadından” yazmışdı. Biurda yüyən görürsünüz? Burda atlı da başsızdır, at da…

Aşağıdakı bəndi oxusanız, gülməkdən… Demirm nə olacaq. Özünüz görəcəksiniz nə olacaq. Dəyişək hazırlayın.

“Sən dünən beləydin, qaragöz oğlan,

Bu gün də eləsən: — təbi təlaşlı,

 Böyüklər kölgəsi ünvanı olan –

Ay başı fırfıra, ay başıdaşlı!

Ay başı fırfıra…

“Ağlım, bu eyhamı sənsiz kim anlar?

Sən çaşqın qafamda bir qafa da qur…

Bunu başa düşdüm. Xalq şairi ağlına komanda verir ki, qafasının içində bir qafa da qursun…

Axırda, nəhayət ki, deyir nədən qorxduğunu.

“Şairi yalana yatan yığnağın

 Özü də plana yata, qorxuram.

Təəssüf ki, yenə  başa düşmək olmur nədən. Şair məlumatı elə şifrələyib ki, heç kim aça bilməsin.

“Plana yatmaq” nədir?

“YAXŞILAR” – bu şeir yaxşı olmalıdır, adından bilinir.

“Amandı, qoruyun bir-birinizi.

 Qoymayın soyuya Arazı Kürdən

Çətinliklə ikinci misranı başa düşdüm. Yəni deyir ki, Araz Kürlə mehribandır, qoymayın soyusunlar, araları dəysin.

Nə danışırsan, kişi, qoyarıqmı. Bəs əlahəzrət prezident hara baxır? Heç qoyarmı? Birinci xanım şəxsən Arazla Kürün mehribanlığını nəzarətdə saxlar.

“Gəzib igidlərlə qədəmbəqədəm,

Yaxşılar ordusu yaradacağam.

Şairin qlobal planları varmış. Yaxşılar ordusu yaratmaq!  Rəhim Qazıyevlə paralel işləməklə. Əvvəl igidlərlə gəzəcəkmiş, sonra yaxşılar ordusu yaradacaqmış. Görəsən dünyasını dəyişənə qədər bir-iki taqım yarada bilibmi? İndi o yaxşılar taqımına kim komandanlıq edir? Doğrudanmı Aqil Abbas? Eh…

“Döyüş nə ağıdır, nə də meyxana,

Ağlağan qatlanar, — Qatlanan sınar!

Beş gün əlinizə düşən meydana

Kürnəş bağlayanlar yığışmasınlar!

Məmməd Araz əməlli-başlı hərbi strateq imiş! Yəqin iki-üç müharibənin iştirakçısı olub. Ancaq onu da deyim ki, bu bənddə ifadə olunmuş hərbi-nəzəri bilikləri başa düşə bilmədim, çünki Məmməd Arazdan fərqli olaraq döyüş meydanında olmamışam… Kürəkənim də olmayıb. Çünki kürəkənim yoxdur…

X.X.

30.05. 2024, Samara

ardı var

əvvəli burda: https://xeyrulla.com/2024/05/30/gedebiyyat-sozun-curuynu-cixarmaqla-corek-ve-sohret-qazanmis-sair-memmed-araz-iv/

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -III

Məmməd Araz şeirləri

“Tikansız yazılar” şeiri “dostu İsaya» həsr olunb, ancaq hansı İsa olduğu bilinmir. Əvvəldə deyir ki, tikanlı yazmaqdan yozulub, indi tikansız yazmaq istəyir.

«Nə qızıl üzəngi, nə gümüş yəhər,

Yol hamar olmasa, könül oxşamaz.

Burda xəbər təsdiq halında olmalıdır, çünki iki inkar (nə üzəngi, nə yəhər) təsdiq verir. Şeir lap peyğəmbər İsaya həsr olunsun, Azərbaycan dilinin qanunu hələ ləğv olunmayıb.

Bəs kimdən «töhfədir» yolumda bu tir?

Demişdi ki, tikansız yazacaq. Bəs bu tir nədir?

Yolum, yol kəsəni kövrək görmədim.

Başa düşdünüz? Tir kövrək deyil? Kövrək olmalıymış?

“Çiçək talasında qanqal da bitir,

 Heç bundan darılan çiçək görmədim”.

Bu beytin yuxarıdakı beytlə əlaqəsi vat? «Çiçək talası» düz deyil, tala meşəyə aid olan yerdir. (Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə — Vikipediya).Bəlkə çiçəkli tala olmalıdır? Şair deyir ki, çiçəklərin içində qanqal bitir, çiçəklər vecinə almır.

Necədir?

Sözə arğac elər söz bildiyini.

Başa düşmədim…

Tikanlı yazılar çax-çax yerində,

Zaman üyüdəcək öz bildiyini.

Şairin dostu İsa kimdirsə, çətin bunu başa düşə. Mənə belə şeir həsr eləsəydilər, inciyərdim, deyərdim yəqin məni dolayıb…

Bəlkə az düşünüm, dayaz düşünüm?

Aha! İndiyəcən düşündükləri dərin imiş! Ona görə başa düşə bilmirəm!

A kişi, insafın olaydı, bundan da dayaz?

Sonra şair keçir heyvanlar aləminə. Bəlkə dostu İsa zooloq olub?

Arı tikanıyla ilan dişinin

Bəlkə çəkisi bir, zəhəri birdi.

Gözəyarı ölçüb, ona görə bəlkə deyir…

Xəyanət caynaqlar didsə sinəmi,

 «Qarışqa tükümü gəmirdi», — deyim?

Xəyanət caynaqlar…Tükümü gəmirdi… Özü də qarışqa…

Molla Nəsrəddinin yanına biri gəlmişdi. Molla  soruşdu ki, şikayətin nədir. Cavab verdi ki, tüküm ağrıyır…

Şeir uzundur. Təsəvvür edirəm İsa nələr çəkib. Yazıq bəlkə lap ölüb də…

Heç düşmənimə də belə şeir həsr olunmasın…

Başqa bir şeir: “AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN

Gözündən ovcuna arx açdin, yetər”.

Keçmişlərdə göz yaşını selə bənzədirdilər. Məmməd Araz kolxoz tərbiyəsi aldığına görə arxa bənzədir.

“Əl atsan, çiçəklər solar, quruyar

Baxın, bəndin birinci misrasında kiminsə gözündəna arx axır. İkinci misrada şair o adama deyir ki, “əl atsan, çiçəklər solar, quruyar”.

Ağlayan adam əlini hara atacaq ki, bu qəza baş verəcək?

“Üzünün yanğısı ocaqdan betər,

Xanımın gözündən arx axır, üzündə isə ocaq yanır. Bu necə olur? Arx ocağı söndürmür?

Sonra deyir:

“Gözlərin varisi göz yaşlarıdır».

Bayaq arx olan göz yaşları gözün varisi oldu.

“Hələ dostlarım var — əli qolumda,.

Dostlarının əli şairin qolundadır. Bu nə pozadır belə? Vals oynayacaqlar?

Sonra şair ağlayanı ifşa edir.

“Duydum bir məqamda o ağlağanı,

 Gözü ağlayanda qəlbi gülürmüş!.

Ayıb olsun! Qəlbi gülürmüş… Fırıldaqçı…

Məmməd Araz ustad Şəhriyara da şeir həsr edib.

“Dönən döndü, yenən yendi dönməzliyə…

Kimsə desə ki, bu misranı başa düşür, tüpürün onun gözünün içinə, deyin Mirzə Əlil icazə verib.

Yeri gəlmişkən, Məmməd Arazın dönə-dönə “enmək” mənasında işlətdiyi “yenmək” heç də enmək deyil, dəf etmək, üstün gəlmək, qələbə qazanmaqdır. Azərbaycan dilinini başına  Məmməd Arazın gətirdiyi müsibəti bəlkə ancaq Səməd urğun gətirib. Nə gəldi, soxuşdurur, sonra da deyirdi “Aha!”…

Doğru yolun nərdivanı qalır hələ»

Aha!

Doğru yola nərdivanla çıxırlar? Harda satılır? İKEAda ucuz olar…

Dərdlə yarış meydanı da əlimdədir,

Dərdlə güləş meydanı da əlimdədir.

Dərdə atəş meydanı da əlimdədir,

Ehtiyatda söz mcydanım qalır hələ.

Vallah, utanmasan, oynamağa nə var…Həsən keçəl, keçəl Həsən… Bu boyda bənddə bu nə dedi? Görəsən, Şəhriyara bu cəfəngiyat çatıb? Kaş çatmayaydı, fikirləşərdi ki, bu Məmməd kimdirsə, onu lağa qoyub…KQB-nin tapşırığı ilə…

Son bəndə möhürünü vurub.

“Məmməd Araz, əzilsən də əzim-əzim

Əzim-əzim…

“Araz boyu meh olmazsan bircə əsim”.

 Əzim-əzim əzilən, əlbəttə, yel olmaz, …xa dönər…

Acığımdan delə deyirəm. Necə acıqlanmayasan?

Bunu qoyaq qırağa. Növbəti əsər:

 SİNƏM SƏHRA SİNƏSİ

“Səhra qumlarının hesabı varmı?..

Belə suallara Molla Nəsrəddinin bir cavabı vardı: “Eşşəyimin tükü qədər”.

“Təklərə hay verib, tənha qalmışam…

Çörəyinin duzu yox imiş…

Sinəmdən ay doğar — qaranlıq olsa.

Bəh-bəh! İndi şübhəm yoxdur ki, Məmməd Araz təvazökarlıqdan ölməyib… Sinəsindən ay doğur…

“Sonuncu qorumla od qalamışam,

Yanarlıq olacaq

Qanarlıq olsa.

Onurğa, bel yırtığı almaq riski ilə özümüzü gücə salıb birtəhər “yanarlığ”ı özümüzə başa salırıq.

Bəs “Qanarlıq” nədir?

Yüz il qulağımın dibində qışqır,

Ürək eşitməsə, qulaq eşitmir.

Qoydu özünü karlığa… Vallah, dəli əlində girinc qalmışıq…

Nəfəsimizi dərək…

29.05. 2024, Samara

ardı var

‘əvvəli burda: https://xeyrulla.com/2024/05/28/gedebiyyat-sozun-curuynu-cixarmaqla-corek-ve-sohret-qazanmis-sair-memmed-araz-ii/

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -II

Məmməd Araz şeirləri

Kurort söhbətinə qayıdaq. Şair SSRİ-nin müxtəlif yerlərindəki kurortlarda və sanatoriyalarda dincəlsə də, Azərbaycanda da olur. 1984-cü ildə, yəni Pitsundadan sonra, Məmməd Araz Mərdəkanda dincəlib. Ancaq Mərdəkan Pitsundanın yerini verə bilməz. Heydər Əliyev də Moskvada – yəqin Məmməd Arazın kefini lazımi səviyyədə təmin edə bilməyblər. Bəlkə buna görə Məmməd Araz ölüm arzulaylb. Hətta şeirlə vəsiyyət yazıb: “Dostlar qazsın məzarımı”.

Göz yaşları tökə-tıkə oxuyaq.

“Gözlərimə payın yetsə

 Gözün aydın, torpaq anam”.

Mən birinci misra üzərində o qədər baş sındırdım ki, gözümün yaşı da qurudu. Nəhayət, başa düşdüm ki, şair “pay” deyəndə torpağı nəzərdə tutur. Yəni vətənin torpağı qəbirdə gözlərinə dolacaq.

Pardon! Məgər insan öləndə gözlərini qapamırlar? Qapalı gözlərə torpaq necə tökülər? Əgər diri-diri basdırsalar, bu, ayrıı məsələ…

Son sözümü, son andımı

Gumuldana-gumuldana,

 Dostlar qazsın məzarımı.”.

“Gumuldana-gumuldana” – bu necə olur? Bu, xüsusi qəbir qazmaq üsuludur? Bilən var?

İkinci bənd bir az dolaşıqıdır. Ələsgərin, Kərəmin adı çəkilir, sonra deyir “Araz üstdə sivri duran qayada” qəbrini qazsınlar.

Qayada qəbir? Qayanı Fərhad kimi yonmalıydılar?

Üçüncü və dördüncü  bəndi başa düşmədim, keçdim beşinciyə.

“ Günahlarım çoxsa, yığın,

 Büküb qoyun başaltına.”

 Mənə elə gəlir ki, Məmməd Arazın ən böyük günahı kürəkəni, əbədi deputat soğanbaş Aqil Abbasdır. Onu qəbirdə Məməd Arazın başının altına qoymaq Azərbaycan xalqına əvəzsiz xidmət olardı…

Bunu deyən kimi, şairibn başındakı qurdlar yenə qalxır:

“Bəlkə elə başım halal

Baş altdakı daş altına?!”

Məni istəyən bunu izah edə bilənə xələt versin!

“Öz qəbrimə gülə-gülə

Özüın yenmək istəyirəm…”

Təsəvvür edirsinizmi, basdırılmağa gətirilən ölü birdən gülməyə başlasaydı nə mərəkə qopardı? İndiyəcən belə şey olub? Hansı xalq şairi qəbrinə gülə-gülə yenib?

Məmməd Araz bu epoxal şeiri yazandan iyirmi il sonra ölüb. Və şübhəniz olmasın ki, elə o şeiri yazmamışdan çox-çox qabaq planı Fəxri xiyabanda basdırılmaq olub. Qaya-maya söhbəti özünü naza qoymaq, məzənnə qaldırmaqdır. Məramı düz olan adam yazıb qoyardı ki, məni öz kəndimdə basdırın…

Bu adamların əli qələm tutandan bir kəlmə səmimi söz deməyiblər. Lotuluqla yaşayıb, ölümə də naz-qozla gediblər….

“Özünə bax deyirsən” şeirinə baxaq.

“Özümə necə baxım, söylə, atam balası?”

“Atam balası” kimdir? Ruh? Çexovdakı “qara rahib”?

Ramiz Rövşən bunun ağzındam “atam balası”nı götürüb hər iki şeirindən birinə təpişdirir…

“Özünü qəlpə-qəlpə yapmalıdı öz əlin”

Mən özümü gücə salıb güman edə bilərəm ki, şair insanı avtomobilə ya traktora oxşadır. İnsan da mühərrik kimi tədricən tökülür, gərək özü-özünü yığa.

Biz kasıblar doğrudan da öz-özümüzü yığırıq, çünki mexaniklərə, yəni “doxdurlara” verməyə, kurortlara getməyə pulumuz yoxdur. İlin yarısını pitsundalarda keçirən Məmməd Araz deyir ki. guya “öz-özünü” yığır…

Anxaq “qəlpə-qəlpə” yerindədirmi? Qəlpə insanı  dağıdan şey deyilmi?

Balta əlin kəsmədi,

 Kəsməlidi söz əlin”.

???

Bəlkə əlini? Təsirlik hal, hə?

Belə başa düşək: balta əlini kəsmədisə, söz kəsməlidir.

Niyə? Hansız söz? Odunçunun əlini? Meşəqıranın?

«Ömür elə çevrədi: irəli yox, geri yox.

Yerə təkan verənin:

Heç özünün yeri yox!»

Ömür çevrədir ya xətdir? Ömrün gerisi də var, irəlisi də var – doğulursan, ölürsən…

Yerə təkan verən kimidir? Allah? Yeir yoxdur? Bəs ərş-mərş?

Göz gərəksiz oldu — tök,

Əl gərəksiz oldu — sat –

Fəlsəfə fəvvarə vurur. Ancaq… Deyək ki, gərəksiz gözü vurub tökdük. Bəs gərəksiz əli satmaq necə olur? Gərəksiz əli kim alar?

“Bir qarışqa gücündə

bir dəyirman gücü var.”

“Gücdə güc var”? Bəlkə belə olmalıydı: “Qarışqada dəyirman gücü var”.

 “Dəyirman gücü” nə qədərdir? Bəlkə qarışqanın mühərrikini şair at gücüylə verməliydi?..

Sonrakı iki misra:

“Başı olan baş əyməz!

Kotançı var, cütçü var!”

Başa düşdünüz?

Deyir “özümə necə baxım”. A kişi (sağlığına deyirəm) yazdığına bir baxaydın.

“Dövrəmdə vaxt olur ki, neçə dövran rəqs edir,

Tərifi — küləkçidir, Tənqidi — ələkçidir.

Rəqs edən dövranların hansının tənqidi ələkçidir?

Burulğandı — qudurğan,

 Qudurğandı — burulğan…

Keçəl Həsən, Həsən Keçəl…

Yox, bu şeiri Məmməd Araz milləti dolamaq  üçün yazıb Keçək ayrısına. Yaxşısını tapaq.

“Tanrım, məni məndən qoru” – bu şeir yaxşı olmalıdır. Baxaq:

Tanrım, məni məndən qoru bu yaşda:

Hər döngəyə döndərməyim döngəmi,

Yox, yaxşı şeir deyilmiş, Allah şeytana lənət eləsin, hamısı onun fitnələridir, girirmiş şairin beyninə, belə sarsaq şeyləri yazıdıdrmış: “döngəyə, döngəmi…”

“Boyaqçıdan borc almayım rəngimi,

 Zumaçıya pay verməyim cəngimi…

Deyəki ki, tanrı Məmməd Arazı qorumadı. Zurnaçıya necə pay verəcıəkdi? Zurnaçıya harda kim pay verir. Ələkçiyə qıl verənlər var, ancaq zurnaçıya pay vermək…

Ağıla hay ulduz axdı, ay axdı,

Ağılsız baş gödənçiyə ayaqdı.

Mən bütün Məmməd Araz sevənlərə,bütün Naxçıvan xalqına və millətinə səslənirəm: içinizdə bu beyti başa düşən var? Qubada, Dilgahda yazıb.Kefi yuxarı imiş…

Məmməd Araz Puşkinin ölümünün yüz illiyinə şeir həsr edib. Baxaq.

“Hər xəyanət uçrumundan bir tale alsaq,

Min gccəmiz, Min küçəmiz çıraqban olar.

Məncə, şair qüruruna daş atan alçaq

Anasına-bacısına kəm baxan olar.

“Xəyanət uçrumu” nədir ki, ondan alınan tale “min gecəni, min küçəni”işıqlandırır?

Şair qüruruna daş atan alçaq kimdir? Dantes? Onun ana-bacısı yox idi, onu Gekkeren oğulluğa götürmüşdü…

İndi qatil min donludu, bir donlu deyil.

 İndi «ağıl daşqınından» qatil artmada

“Qatil artmada” – yəni qatillər çoxalır? Ağıl daşqınından?

İndi qatil atlı deyil, faytonlu deyil»

 İndi qatil ulduzlara kəmənd atmada!

Şeir 1987-ci ildə yazılıb. Qatil o vaxt ulduzlara necə kəmənd atırmış?

“Şair səsi el səsinə Allahdan yaxın

Bu misranı yəqin ki, naxçıvanlılar oxumayıblar. Oxusaydılar, şairdən üz döndərərdilər, Məməd Araz Allahı aşağılayıb, lənət o buynuzlu, quyruqlu şoğəribə…

“Nəsiminin qürubunu görsəydin, yəqin

Sən birinci namizəddin ikinci yerə...”

Çox dolaşıqdır. Nəsimi çempion, Puşkin ikinci? – Belə?

“Yenə şair güllələyir görünməz əllər…

Hansı şairləri? Kurortlarda can bəsləyənləri?

28.05. 2024, Samara

ardı var