Məmmədyarov: Allo! İspaniyadır? Monserat Kabalyedir? Xanım, bizim qapımız bundan sonra sizin üzünüzə bağlıdır.
Kabalye: A kişi, nə işdir?
Məmmdyarov: Siz Dağlıq Qarabağa getmisiniz, ora bizim torpaqdır, işğal olunub!
Kabalye: Haçan işğal olunub, a kişi? Mən gələndən sonra?
Məmmədyarov: Ay xanım, məni lağa qoymusan? İyirmi ildən çoxdur, neçə dəfə yubiley keçirmişik.
Kabalye: Daha onda adınızı niyə kişi qoyursunuz? Gedib niyə azad eləmirsiniz? Niyə özünüz gedib oxumursunuz?