Архив тегов | Məmmədyarov və Nalbandyan

KİRVƏLƏRİN SÖHBƏTİ

Məmmədyarov və Nalbandyan Brüsseldə görüşürlər. Nalbandyan Məmmədyarovu gözdən keçirib deyir:

  • Kirvə, nə xarablaşmısan? Xəstə deyilsən ki?

Məmmədyarov deyir:

  • Yox, kirvə, xəstə deyiləm. Bu yay Bakıda havalar pis keçir, ondandır. Sən, maşallah, buğa kimisən.
  • A kişi, elə demə, gözün dəyər! Zarafat edirəm, kirvə! Özümə korluq vermirəm. Həftənin üç gününü Şuşada oluram, üç gününü Kəlbəcərdə. Bilmirəm o yerlərdə olmusan ya yox, kirvə, cənnətdir, cənnət…