Архив тегов | Məzahir Pənahov

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «DEDİM ƏĞYAR İLƏ GƏZMƏ, SƏNƏ ÇOX YALVARDIM…»

Əliağa Vahid

Azərbaycan xalq artisti və eyni zamanda milli konservatoriya professoru adını daşıyan müğənnilərin sevə-sevə oxuduğu qəzəllərin biri belə başlanır:

“Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardım”.

Təsəvvür edirsiniz? Bunu yazan Əliağa Vahid və ya bunu boğazından çox burnunun telləri ilə oxuyan İslam Rzayev yalvarır ki, “gəzmə”. Gəzəyən canan da Flora Kərimova kimi deyir ki, gəzirəm, əlimin içindən gəlir. Və sözünü rusca tamamlayır: «Да пошел бы ты на…»

Gəzəyən canana yalvarıb “gəzmə” demək, Məzahir Pənahova “seçkini saxtalaşdırma” deyib yalvarmaq kimidir. Nətəcə — sıfır.

Maraqlıdır ki, Azərbaycan qəzəllərində, xüsusən Vahiddə və Vahiddən sonra vahidanə yazanlarda ancaq qadınlar gəzəyəndirlər. Kişilər – yox! Kişiyə “gəzmə” deyib yalvaran qadın dilindən qəzəl eşitmisiniz? Vahid özü deyir ki, ətrafı gözəllərlə doludur. Ancaq bu, gəzmək sayılmır.

Və daha maraqlı budur ki, Vahid bu qəzəli cananının gəzmək dərdindən öləndən sonra yazır. Özünüz baxın:

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.”

Ölüb ya ölmэyib?

“Bir sədaqətli gözəl tapmadım aləmdə, qərəz,

Bu az ömrümdə çox ətrafı gəzib axtardım.”

Şair az ömründə bütün Azəribaycanı ətraflı gəzib, bir “sədaqətli gözəl” tapmayıb, hamısı gəzəyən çıxıb.

“Könlüm aldatdı məni hüsnünə məhparələrin,

Sanmayın, mən bu vəfasızlara bel bağlardım.”

Akademik şair Səməd Vurğun deyirdi ki, ürək candan ayrılmaz. Ancaq Vahid bunu təkzib edir, onun ürəyi canından ayrıdır, öz könlü, yəni ürəyii onu aldadır, o da “vəfasızlara” bel bağlayır.

“Fələkin qəddi bükülmüşsə, mən ondan qocayam,

Onda ki, yoxdu nə dünya, nə fələk, mən vardım!”

Fələyin qəddi niyə bükülür və necə bükülür? Vahidi fələkdən qoca edən nədir? Dünyadan, fələkdən qabaq olmağına Vahidin nə sübutu var? Biz bilirik ki, fələkdən qədim ancaq erməni ola bilər.

Bəlkə bu qəzəl erməni dilindən tərcümədir? Bəlkə bunu erməni yazıb və ona görə bizim gözəllərə gəzəyən deyilir?

“Səni mən istədiyim günlər ölürdüm sənsiz”

Bir şey başa düşdünüz? Aranızda “Tarix-Nadir”i yarısınacan oxuyanlar var? Əvvəldə deyirdi ki, cananın gəzmək dərdi onu öldürüb, indi deyir “sənsiz ölürdüm”.

Axırda məlum olur ki, şair ölməyib, tamamilə sağdır, eşqində də, yarının gəzəyənliyinə baxmayaraq, “sabitqədəmdir”.

“Vahidəm, eşqdə mən indi də sabitqədəməm,

Varam öz yarım ilə mən necə əvvəl vardım.”

Azərbaycanda hər şeydən vacib sabitlikdir. Eyni rəhbərlik, eyni kütlə, eyni Məzahir Pənahov, canan əğyar ilə sabit gəzməyində, yar sabit yalvarmağında və yalvarıb yerində oturmağında…

Akademik şair Səməd Vurğun nə deyirdi? —

“Bundan da gözəl bir daha dövran ola bilməz…”

Mirzə Əlil

12.02. 2024, Samara

ALİ BAŞ KOMANDANIN NÖVBƏDƏNKƏNAR ÇASTUŞKALARI

İlham Əliyev 4

Qalib çıxdım mən yenə də,
Yenə prezidentəm.

Prezident sarayında,

Daimi rezidentəm.

 +

Asanlıqla qalib gəldim,
Mən bütün rəqiblərə.

Kaş ki, gətirəydi əlim,
Kazinoda da delə.

Eyy! Uxx!

 +

Qəqiblərim cındırdılar,
Təəssüf ki, belədir,
Bu ölkədə ciddi adam,
Mənəm, bir də ki, Heydər.

Eyy! Uxx!

 +

Yekdilliklə səs verildi,

Qalibə, müzəffərə.

Minnətdar xalq hazır idi,

Can istəsəm –can verə.

 +

Mənə elə  böyükdü ki,

Məhəbbəti millətin,
Atırdılar iki-iki,
Ya da üç-dörd bülleten.

Eyy! Uxx!

 +

Seçki günü ölülər də,
Tərk edib qəbirləri,

Səslərini verirdilər,
Və dönürdülər geri.

 +

Səs veribdir Kürdəxanı,
Mənə yüz əlli faiz.

Açıqlayıb özü bunu,

Ordakı jurnalist qız.

Eyy! Uxx!

 +

Gələn il də keçirərəm,
Seçki növbədənkənar.

Xalqımın, görürəm ki, mən,
Bu işə sevgisi var.

 +

Dünya bizə qibtə edir,
Paxıllıqdan cırılır.

Çünki bizdən başqa hər yer,
Aclıq çəkir, qırılır.

Eyy! Uxx!

 +

And içirəm mən Qurana

And içirəm Qanuna.

 “Bir gəncin manifesti”nə,

Arvadım Mehribana!

 +

Üstünüzdən olmaz əskik,

Dəmir yumruq heç zaman,

Gəlmişik, gedən deyilik,
Bunu bilsin hər insan!

 +

Eyy! Uxx!

Mirzə TƏBİL

14. 02. 2024, Samara

ƏHVALPÜRSANLIQ: İLHAM ƏLİYEV VƏ MƏZAHİR PƏNAHOV

     

(Sabirə nəzirə)

   Əliyev

Mənə  son seçkilərin söylə necə keçdiyini

                Pənahov

Heç nə baş vermədi, vallah, bu seçkilərdə yeni.

 Verdi yekdil sizə səs ölkə əhalisi tamam,
İndi vurçatlasın hər yerdə, xalq edir bayram.

                  Əliyev

Səs verən olmadımı başqa namizədlərə bəs?

                   Pənahov

Namizəd kimdi sayan onları ki, versin səs?

Güldü millət, açığı, onlara “cındır” deyərək,
Dedilər “rəhbər olan yerdə bizə ayrı namizəd nə gərək”.

                   Əliyev

Bəlkə yol vermisiniz seçkidə pozuntulara?

                   Pənahov

Bu nə sözdür? Biz hara, seçkidə pozğuntu hara!

Seçkilər şəffaf idi, körpələrin göz yaşı tək,
Türkmənə. tacikə, hətta rusa da Azəribaycan örnək!

                 Əliyev

Nə fikir bildirir Avropa bizim seçkilərə?

               Pənahov
Keçəcək karvanımız, bir sürü lap it də hürə!

                    Əliyev

Arzu və istəyini seçkidə bildirdimi xalq?

                   Pənahov

İstəyir azəri xalqı  təzə  bir seçki quraq.

Səs verib, ali komandan, yenə yekdilkliklə,
Sizi rəhbər seçərik onda biz on yeddi ilə.

Tac qoyub başınıza taxta çıxsanız siz əgər,

Oğlunuz Heydərə millət daha şahzadə deyər.

 

13. 02. 2024, Samara

ÇƏNLİBEL SEÇKİ DAİRƏSİNDƏ: «AĞZINDA DƏLİ DEYİRSƏN…»

AZƏRBAYCAN ORDUSU

Çənlibbel seçki dairəsində prezident seçkiləlinin yekunları məlum olub. Seçki komissiyasının sədri Keçəl Həmzə məlumat verib ki, 7777 dəlinin hamısı, onların arvadları, uşaqları yekdilliklə əlahəzrət İlham Əliyevə səs veriblər. Jurnalistlər prezident təqaüdçüsü, xalq şairi, əməkdar aşıq və əməkdar idman ustası Koroğlu ilə də görüşüblər. Jurnalistlərdən biri soruşub ki, bu 7777 dəlidən heç Əlieyə səs verməyəni olmaybmı. Koroğlu əlini şeşə bığlarına çəkərək deyib: “Olmayıb, bala, olmayıb. Hardan olar? Ağzında dəli deyirsən…”

Mirzə Əlil

11.02. 2024, Samara