Архив тегов | metroda öpüş

XAQANİ SƏFƏROĞLUYA MƏKTUB

Qəhrəmanı Vova adlı alabic uşaq olan rus ltifələrindən biri:

Bir dəfə Vova valideynlərinin yataq otağına qapının deşiyindən baxır öz-özünə deyir: “Bunlar nə oyun çıxaırrlar?! Özləri də mənə deyirlər ki, burnunu qurdalama…”

Jurnalist Xaqani    metroda gənclərin öpüşməyi təhqir edib. Elə təhqir edib ki, durb öpüşən oğlana təpik də vurub.

A kişi, sən belə qeyrətlisən, get o təpiyi Şuşada, Ağdamda, Kəlbəcərdə oturan ermənilərə at.

Ermənilərin məscidlərimizə at bağlamağı qeyrətinə toxunmur, gəncləri öpüşməyi toxunur?

Onlarla günahsız gənc türmədə çürüyür – bu, qeyrətinə toxunmur?

Ər – prezident, arvad vitse-prezident – bu, qeyrətinə toxunmur?

Yüz minlərlə soydaşın öz ölkəsində qastarbayter kimi yaşayır – bu, qeyrətinə toxunmur?

Uşaqlarının yanında gənclərin öpüşməyi sənin qeyrtinə toxunur? Bəs məmurlar, polislər, hampazorlar soydaşlarının anasını … yaxşı, ağladanda…, sən uşaqlarından xəcalət çəkmirsən?

On səkkiz yaşlı kasıb balalarının cəbhədə qırğına verilməyi sənin qeyrətinə toxunmur?

Otur yerində, kişi, qeyrət davası eləmə. Uşaqlarına da de ki, öpüşməkdə pis heç nə yoxdur. Pis — arvadların ənginə yumruq vyrmaq, boğazlarına bıçaq soxmaqdır.

Pis — xalqın sərvətin talamaqdır. Pis — hampazorluqdur. Pis — uzurpatorluqdiur.

Öpüşən görəndə, başını sal aşağı. Necə ki, erməni işğalına quzu kimi dözürsən, necə ki, Artur Rəsizadəyə, Arif Paşayevə, Kəmaləddin Heydərova, Ramiz Mehdiyevə, onların gül balalarına dözürsən, metro öpüşünə də elə döz. Əgər qeyrət havası başına vursa, ermənilər oturub ağzının içində, acığını tök onlara.

Ümumiyyətlə, sənin kimi oğlanların metroda, özü də uşaqları ilə, getməyi məsləhət deyil. Metro ingilis hoqqasıdır, pozğun yerdir. Piyada get, canın sağlam olar, həm də camaatı harahat etməzsən.

Yaxşı yol!