VODEVİL

Mirşahin: Alo! Mən Londondayam?
Qurban: Yox, Londonda mənəm. Sən Bakıdasan, özü də deyəsən içmisən. İçkili olanları Azerfredomun efirinə çıxarmırıq.
Mirşahin: Qurban bəy, salam. Londondayam o mənada dedim ki, yəni zəngim çatıb Londona. Deyəsən, səsimdən tanımadın. Yadındamı, soyuq fevral günü?
(Şövkət Ələkbərovanın səsiylə oxuyur)
Mən sənin yanına qışda gəlirdim,
Bir əlimdə bahar, bir əlimdə yaz…
Qurban: Mən anlamadım. Bahar elə yaz deyil? Yox, sən içkilisən, məni işimdən ayırma.
Mirşahin: Qurban bəy, bu, poeziyadır, bahar və yaz bir fəslin iki üzüdür. Çöllə bayır kimi. Qurban bəy, mən sənin yanına türməyə gəlirdim, qucaq dolusu çiçəklə… Məm Mirşahinəm…
Qurban: Tanımadım, ruslar demişkən, varlı olacaqsan.
Mirşahin: Qurban bəy, mən çoxdan varlıyam. Ancaq rusların başqa məsəli də var: Yüz rublun olmasın, yüz dostun olsun… Mən səndən ötrü darıxmışam. Sən mənim üçün həm dost, həm böyük hüquqşünas, həm də dahi siyasətçisən.
Qurban: Tərifə görə sağ ol, anca mən sadə bir insanam.
Mirşahin: Sadəsən, ancaq adi deyilsən, qeyri-adisən. Sənin tənqidini mən qılınca, kalaşnikova, Bayraqdara bənzədirəm. Fəxr edirəm ki, məni də öz tənqidinə layiq görürsən…
Qurban (doluxsunur): Yox, Mirşahin, sən tərifə daha çox layiqsən. Bizim Azerfredomda bəzən nəzarət zəifləyir, yəqin sənin ünvanına nalayiq sözlər işlədirlər. Bundan sonra buna yol vermərəm. Səni söyənin mən anasını… Yəni səni söyəni bloklayaram ömürlük…
Mirşahin: Böyük və mqəddəs insansan, Qurban bəy. Mən istəyirəm bundan sonra sənə Mirqurban deyəm.
Qurban: Mirşahin, axı mənim atam seyid olmayıb.
Mirşahin: Eh, Qurban bəy… Mirqurban bəy… Sənə bir ekzistensial sual verim: hansımız öz atasının kim olduğunu dəqiq bilir? Məsələn, mən bahalı maşınlar alandan, villa tikdirəndən Yardımlıda bir neçıə kişi iddia edir ki, mənim əsl atam onlardır…Sənin də atan seyid çıxa bilər…
Qurban: Ancaq hələlik Aynur… o nə qızıdır…. Məni erməni çıxarıb…
Mirşahin: Mirqurban bəy, sənə olan hücumlar sənin böyüklüyünün sübutudur.
Qurban: Sağ ol, Mirşahin. Söz verirəm ki, prezident olan kimi səni mətbuat katibi qoyum.
Mirşahin: Etibara görə sağ ol, Mirqurban bəy. Ancaq bir məsələ məni pərt edir. Məndə olan məlumata görə Ərəstun Oruclu deyib ki, o, prezident olan kimi Eynulla Fətullayevi mətbuat katibi qoyacaq.
Qurban: Niyə pərt olursan, Mirşahin? Məsələ sadədir. Biz hakimiyyətə gələndə iki prezident olacaq. Biz yalnız beləliklə avtoritarizmin kökünü kəsə bilərik.
Mirşahin. Başa düşdüm, Mirqurban bəy. Rişi Sunaka məndən salam de, o məni yaxşı tanıyır.
Qurban: Bay-bay…
Mirzə ƏLİL
24. 05. 2024, Samara